Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-162/2022 23.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X4 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun,cəmi 905,40 (doqquz yüz beş manat qırx qəpik) manat pul məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.01.2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri,Yasamal rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış,X1 məxsus və Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan “HOWO” markalı, ** HU *** dövlət nişanlı avtomobil “Mercedes Benz 220D” markalı,** VS *** dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobil maddi zərər dəymişdir.Bakı şəhəri DYPŞ-in 23.01.2021-ci il tarixli İXP ******* protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericilliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmək) inzibati məsuliyyətə cəlb edilmişdir.Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz 220D” markalı, 99 VS 532 dövlət qeydiyyat nişanlı avtomobilə 875 (səkkiz yüz yetmiş beş) manat maddi zərər vurulmuşdur.Bununla əlaqədar olaraq, 0723 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Mercedes Benz 220D” markalı, ** VS *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək,ekspert rəyindəy dəymiş zərərin məbləği 765 manat müəyyən olunmuşdur,lakin ehtiyat hissələrinin qiymətlərinin ekspert rəyində nəzərdə tutulmuş məbləğlə uyğun gəlsə də,təmir qiymətlərində dəyişiklik olduğunu bildirərək,iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 0723 saylı 23.02.2021-ci il tarixli işə dair Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış avtomobil ** HU *** dövlət qeydiyyatı nömrə nişanlı, “HOWO” markalı avtomobil, sığortalanmış avtomobili idarə edən şəxs Cavabdeh, zərəçəkən avtomobil ** VS *** dövlət qeydiyyatı nömrə nişanlı avtomobil, zərərin ümumi həcmi 875 manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan 26.02.2021-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 0723 saylı akta əsasən sığorta ödənişi qismində X3 875 AZN məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan 01.02.2021-ci il tarixli qüsur aktının məzmunundan aydın olur ki, “MERCEDES BENZ C” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 875 manat təşkil edir. İş materiallarında olan icbari sıorta müqaviləsi haqqında məlumatın məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sıorta Kommersiya Şirkəti ilə Cavabdeh arasında sığorta müqaviləsi bağlanılmış, sığorta predmeti 99HU962 dövlət qeydiyyat nömrə nişanlı HOWO markalı avtomobil çıxış etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə Arayışın məzmunundan görünür ki, 99HU962 dövlət qedyiyyat nömrə nişanlı HOWO markalı avtomobillə Mercedes Benz C markalı ** VS *** dövlət qedydiyyat nömər nişanlı avtomobilin toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, nəticədə Mercedes Benz 220D markalı ** VS *** dövlət qedydiyyat nömər nişanlı avtomobilə maddi ziayn dəymişdir. İş materiallarından görünür ki, Cavabdeh barəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İXM-in 327.1, 332.1-ci maddələri əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir İş materiallarından görünür ki, 99HU962 dövlət qedyiyyat nömrə nişanlı HOWO markalı avtomobilin sahibi X2 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2022-ci il tarixli 9/8860 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş 01.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “MERCEDES BENZ 220D” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 765 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 99HU962 dövlət qeydiyyat nişanlı HOVO markalı avtonəqliyyat vasitəsi X1 məxsusdur. Cavabdeh həmin avtomobili idarə etmək üçün etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə 99VS532 dövlət qeydiyyat nişanlı Mercedes Benz 220D markalı avtonəqliyyat vasitəsi toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində 99VS532 dövlət qeydiyyat nişanlı Mercedes Benz 220D markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş sığorta aktı əsasında həmin avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 875 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, iş materiallarından görünür ki, 999HU962 dövlət qeydiyyat nişanlı HOVO markalı avtonəqliyyat vasitəsinin sahibi tərəfindən cavabdehə həmin avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Bununla da, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü Cavabdeh olduğundan və həmin avtomobil onun tərəfindən etibarnamə olmadan idarə edildiyindən, sığorta ödənişi vermiş sığortaçı iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iş materiallarından görünür iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin məbləği müstəqil ekspert tərəfindən deyil, onun özü tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 99VS532 dövlət qeydiyyat nişanlı Mercedes Benz 220D markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 765 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu halda həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və sığorta ödənişinin əsası olan vurulmuş ziyanın məbləği bu rəylə müəyyən edilmiş 765 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarının tələbini rəhbər tutaraq, iddia tələbinin təmin eidlmiş hisəssini əsas götürərək, hesab edir ki,iddia tələbi ödənilmiş dövlət rüsumunun ödənilməsi hisəsində də təmin edilməlidir. Həmin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 765 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 765 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-162/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-162/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver