Məhkəmə qərarları › İş №2(002)-1620/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1620/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1620/2022 07.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Atəşgah» SİĞORTA ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Atəşgah» SİĞORTA ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-ə məxsus olan Bakı ş.,Qaradağ ray.,Müşviqabad qəs-də yerləşən “Mədinə” adlı mağazada “İD 720” saylı “eManat” ödəmə terminalına dəymiş zərər görə İddiaçı Sığorta ASC tərəfindən həyata keçirilən 1713 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37.13 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh3,Cavabdeh1,Cavabdeh2 alınaraq İddiaçı Sığorta ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilmiş Cavabdeh2 adının cavabdhelər adından çıxarılmaısnı, qlaan hissədə dəyişiklik olunmadan saxlanmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla "xxxx" MMC-ə məxsus olan Bakı ş.,Qaradağ ray.,Müşviqabad qəs-də yerləşən “Mədinə” adlı mağazada “İD 720” saylı “eManat” ödəmə terminalının qapısını sındıraraq oğurluq etmişlər və nəticədə eManat ödəmə terminalına maddi ziyan dəymişdir.Baş vermiş oğurluq hadisəsində cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X1 təqsirli olması Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(004)- 189/2016 saylı Hökmündə öz əksini tapmışdır.Baş vermiş oğurluq hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığorta "xxxx" MMC-ə məxsus “İD 720” saylı “eManat” ödəmə terminalına maddi ziyan dəymişdir.”Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq,sığortalanmış “İD 720” saylı “eManat” ödəmə terminala dəymiş zərərə və oğurlanmış nağd pul üzrə ümumilikdə 1713 AZN sığorta ödənişi həyata keçirmişdir.Baş vermiş oğurluq hadisəsində cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X3 təqsirli olduğu üçün onlara qarşı subroqsiya hüquqları yaranmışdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiəedərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı SİĞORTA ASC tərəfindən "xxxx" MMC-ə məxsus “İD 720” saylı “eManat” ödəmə terminalına dəymiş zərər məbləği 1817 manat məbləğdə müəyyən edilmiş, oğurlanmış nağd pul 1500 manat, terminala dəymiş zərər 313 manat, 100 manat azad olma məbləği çıxılmaqla, sığorta ödənişi 1713 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, İddiaçı Sığorta ASC tərəfəindən "xxxx" MMC-in hesabına xx.xx.2015-ci il tarixli 019061 № li akta əsasən sığorta ödənişi əsası ilə 1713 AZN məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarınd olan xx.xx.2015-ci il tarixli, 28 dekabr 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlərə "xxxx" MMC-ə məxsus “İD 720” saylı “eManat” ödəmə terminalına maddi ziyan üzrə ümumilikdə 1713 manat məbləğində borcunun qaldığını, həmin borcu 3 gün müddətində ödəmədikdə, müqavilə üzrə qalıq borcunun vaxtından əvvəl qaytarılması və bununla əlaqədar çəkilmiş xərcin tutulması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qiymətləndirilmə hesabatının məzmunundan görünür ki, "xxxx" MMC-ə məxsus “İD 720” saylı “eManat” ödəmə terminalına ehtiyat hissələrinə dəymiş zərər 313 manat olduğu, oğurlanmış pul 1504 manat olduğu, onunla birlikdə ümumi dəymiş zərər 1817 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə aktın məzmunundan görünür ki, "xxxx" MMC-ə məxsus “İD 720” saylı “eManat” ödəmə terminalında 1 manatlıq-99 ədəd,5 manatlıq-11 ədəd,10 manatlıq-4 ədəd,20 manatlıq-3 ədəd,50 manatlıq 17 ədəd,100 manatlıq-4 ədəd olmaqla,cəmi 1504 manat vəsait olmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(004)- 189/2016 saylı hökmünün məzmunundan görünür ki,Cavabdeh3, Cavabdeh1 Azərbaycan Respubliksaı CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək, barələrində müvafiq cəza təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hərəkətləri nəticəsində "xxxx" MMC-yə məxsus 1504 manat pulu ələ keçirərək, habelə 115 manat dəyərində pul kasetini ələ keçirməklə, ümumilikdə 1619 manat məbləğində maddi ziyan vurulmuşdur (müvafiq məhkəmə hökmündə qeyd edilmişdir). Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus 720 saylı E-manat ödəmə terminalına 313 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq "xxxx" MMC-yə 1713 manat məbləğində ödəniş edilmişdir. Bu halda, məhkəmə hesab edir ki,mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının cavabdehlərə qarşı ödənilmiş sığorta öədnişi məbləğində reqress qaydasında pul tələb etmək hüququ yaranmışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddia tələbi üzrə vurulmuş ziyanın məbləği müvafiq hökm (ələ keçirilmiş 1504 manat pul vəsaiti) və xx.xx.2015-ci il tarixli qüsur aktı (ödəmə terimnalının sındırılması nəticəsində 313 manat məbləğində əmlaka vurulmuş ziyan) əsas götürülməklə müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlərin hərəkətləri nəticəsində "xxxx" MMC-yə 1713 manat məbləğində maddi ziyan vurulması və vurulmuş həmin ziyanın məbləğinin idiaçı tərəfindən zərəçəkmiş şəxsə öədnilməsi halı aşkardır. Ona görə də, məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 37.13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1713 manat məbləğində pul vəsaiti və ödənilmiş 37.13 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1713 manat məbləğində pul vəsaiti və ödənilmiş 37.13 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar