Məhkəmə qərarları › İş №2(002)-1673/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1673/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1673/2024 04.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Rəfayıl oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Rəfayıl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «avtomobilin alınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfayıl oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomobilin və ya dəyərinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi və 12.000 manat pulun və ya avtomobilin Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Rəfayıl oğlu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, avtomobil ünvan 1 ünvanda yaşayan Cavabdeh3 istifadəsində olduğuna görə onun da cavabdeh kimi cəlb edilməsi, mülkiyyətində olan ** HO *** dövlət qeydiyyat nişanlı «Opel» markalı avtomobilin Cavabdeh3 alınaraq onun mülkiyyətinə verilməsi və ya avtomobilin dəyəri olan 12.000 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Rəfayıl oğlu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ** HO *** dövlət qeydiyyat nişanlı «Opel» markalı avtomobilin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq onun mülkiyyətinə verilməsi, ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rəfayıl oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ildə hala zəhməti ilə Polşadan 2007-ci il buraxılışlı, ** HO *** dövlət qeydiyyat nişanlı «Opel» markalı avtomobil almışdır. Həmin avtomobili Cavabdeh1 satmalı olmuşdur. Aralarında olan şifahi müqaviləyə əsasən avtomobili notariusda Cavabdeh1 adına keçirməli, sonuncu da 12.000 manat pulu notariusda ona verməli idi. Lakin o, avtomobili Cavabdeh1 adına keçirsə də, sonuncu demişdir ki, sonuncu pulu ona kart vasitəsi ilə verəcək. Onlar bu razılığa gəlmişlər ki, Cavabdeh1 onun pulunu verəcək, o da sənədləri Cavabdeh1 verəcək. O, hər dəfə pulu verməsini tələb edəndə, Ceyhun müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh1 sözünə görə sonuncu, ona çatası 12.000 manat pulu dostu-tanışı Elşada vermişdir. Elşad Gürcüstan vətəndaşıdır. ** HO *** dövlət qeydiyyat nişanlı «Opel» markalı avtomobili ona Elşad satmışdır. Pulunun da hamısını vermişdir. Avtomobil onun adına qeydiyyata salınmışdır, necə ola bilər ki, onun avtomobilinin pulu Elşada verilir? Ceyhunun ona fırıldaq gəldiyini başa düşmüş və onu Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən polis şöbəsinə şikayət etmişdir. İstintaqın gedişi zamanı Cavabdeh1 etiraf etmişdir ki, ona çatası 12.000 manat pulu ona verməmişdir. Avtomobilin qeydiyyatı Lökbatan qəsəbəsində aparıldığı üçün həmin işi Qaradağ rayonu Lökbatan qəsəbəsinə 10-cu polis bölməsinə göndərmişlər. Polis bölməsindən şifahi cavab verilmişdir ki, Elşad Gürcüstana qaçmışdır. Onun 12.000 manat pulu Cavabdeh1dır. O, avtomobili Cavabdeh1 satmışdır. Elşad maşını ona satıb, sözü gedən maşının Azərbaycanda bütün xərcini çəkib avtomobili öz adına qeydiyyata saldırmışdır. Artıq 7 aydır ki, sürünür. Bu müddətdə ona əlavə olaraq 1.500 manat ziyan dəymişdir. İddiaçı Rəfayıl oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Ceyhun avtomobilin idarə edilməsi üçün Nicatın adına etibarnamə vermişdir. O, sonuncuların onu aldatdığını bilmiş və etibarnamələri notarial qaydada ləğv etdirdikdə ona məlum olmuşdur ki, hazırda avtomobil Cavabdeh3dir. Avtomobilin Vüsalın adına necə keçməsindən onun xəbəri yoxdur. Hazırda avtomobil onun mülkiyyətində olsa da, Cavabdeh3 istifadəsindədir və ona qaytarmaqdan imtina edirlər. Uzun müddətdir ki, avtomobil cavabdehlərin istifadəsindədir və dəfələrlə qeydiyyatda olduğu Ağdaş rayonundan Bakı şəhərinə puluna və avtomobilinə görə gəlib-getmək məcburiyyətində qalmışdır. Hər dəfə yol pulu xərcləmişdir, bir neçə gün məcbur olub Bakı şəhərində qalmışdır. Yola və qalmağa xeyli məbləğdə pul xərcləmişdir. Eyni zamanda, etibarnamənin verilməsində və ləğv edilməsində dövlət rüsumları ödəmişdir. Cavabdehlərin təqsiri səbəbindən ona 1.500 manat maddi ziyan dəymişdir. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı avtomobili ona yox, Cavabdeh2 satmışdır. Lakin həmin vaxt Nicatın sürücülük vəsiqəsi, yəni avtomobili idarə etmək hüququ olmadığından, Rizvan onun adına etibarnamə vermis, o isə daha sonra Nicata etibarnamə vermişdir. Amma iddiaçı ilə Cavabdeh2 arasında olan pul alış-verişində olmamış, iştirak etməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Rizvan pulunun verilmədiyini əsas götürərək vermis olduğu etibarnamələri ləğv etdirmiş və bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Həmin avtomobil İddiaçı adına rəsmiləşdirilsə də, Elşad özünün avtomobilin sahibi olmasını bildirib avtomobili o satmış və İddiaçı da Nicat üçün etibarnamə verilməsini tələb etmişdir. Rizvan da Elşadın tapşırığı əsasında Nicata etibarnamə vermişdir. Ona görə də, iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı avtomobili Cavabdeh1 yox, ona satmışdır. Lakin həmin vaxt onun sürücülük vəsiqəsi olmadığından, Rizvan Cavabdeh1 adına etibarnamə vermis, sonuncu isə onun adına etibarnamə vermişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, Rizvan pulunun verilmədiyini əsas götürərək vermis olduğu etibarnamələri ləğv etdirmiş və bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Həmin avtomobil İddiaçı adına rəsmiləşdirilsə də, Elşad özünün həmin avtomobilin sahibi olmasını bildirib, avtomobili Elşad satmış və İddiaçı da onun adına etibarnamə verilməsini tələb etmişdir. Rizvan da Elşadın tapşırığı əsasında ona etibarnamə vermişdir. Ona görə də, iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisə predmeti olan 2007-ci il buraxılışlı, açıq boz metallik rəngli, ******* mühərrik, W0L0AHL********** ban nömrəli, «Opel» markalı, «Astra» modelli, universal tipli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobili qardaşı Elşadda olmuş, lakin qardaşı həbs olunduğundan faktiki olaraq onun sahibliyinə keçmiş, avtomobili idarə etmək üçün açarları da ondadır. Qeyd edilən avtomobili o həyətlərində saxlayır. Həmin avtomobilin iddiaçıya məxsus olmasından onun xəbəri yox idi. Qeyd edilən avtomobilə öz əmlakı kimi qulluq edir. Ona görə də, iddianın ona münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 yanvar 2023-cü il tarixli BB346093 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2007-ci il buraxılışlı, açıq boz metallik rəngli, ******* mühərrik, W0L0AHL********** ban nömrəli, «Opel» markalı, «Astra» modelli, universal tipli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı Rəfayıl oğlunun mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 02 aprel 2024-cü il tarixli HK-1/334 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan, eləcə də, iddiaçının notariat orqanına verdiyi ərizədən və «Elektron notariat» AİS-dən çıxarışdan görünür ki, İddiaçı Rəfayıl oğlu mülkiyyətində olan «Opel» markalı, «Astra» modelli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Cavabdeh2 adına Bakı şəhəri 52 saylı notariat ofisində 19 avqust 2023-cü il tarixdə 7E-7127 reyestr nömrəli etibarnamə vermişdir. Sonradan iddiaçı həmin etibarnaməni Bakı şəhəri 48 saylı notariat ofisinə müraciət edərək ləğv etdirmişdir. Belə ki, iddiaçı avtomobilini 12.000 manat müqabilində satmaqla bağlı Cavabdeh1 ilə şifahi razılığa gəlmiş, avtomobilə dair müvafiq Cavabdeh1 adına etibarnamə versə də, pul ona ödənilməmiş, iddiaçı bir müddət pulunun verilməsini Cavabdeh1 tələb etmiş, pulunun ödənilməsini gördüyündə avtomobilə dair verilmiş etibarnaməni və həmin etibarnamə əsasında verilmiş etibarnaməni ləğv etdirmişdir. Bundan sonra avtomobilinin qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh Əsədov X1 RPİ İŞ-də verdiyi izahatında bildirmişdir ki, iddiaçı avtomobilini ona deyil, Cavabdeh2 satmışdır. Bundan sonra təzadlı izahat verərək, izahatının sonunda avtomobilin onlara Elşad adlı şəxs tərəfindən satıldığını bildirmişdir. Halbuki, hüquq sahibi müvafiq sənədlərə əsasən Elşad adlı şəxs deyil, iddiaçıdır və Cavabdeh1 etibarnamə üzrə səlahiyyətlər məhz iddiaçı tərəfindən verilmişdir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, hazırda avtomobil faktiki olaraq Cavabdeh3 istifadəsindədir. Halbuki, bunun üçün qanuni əsas mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, iddiaçının avtomobilin ona qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, iddiaçı qanunsuz şəkildə öz mülkiyyətində olan daşınar əşya sayılan avtomobildən məhrum edilmişdir və onun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ pozulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2007-ci il buraxılışlı, açıq boz metallik rəngli, ******* mühərrik, W0L0AHL********** ban nömrəli, universal tipli, «Opel» markalı, «Astra» modelli, universal tipli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh3 alınaraq İddiaçı Rəfayıl oğluna verilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 132 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2007-ci il buraxılışlı, açıq boz metallik rəngli, ******* mühərrik, W0L0AHL********** ban nömrəli, «Opel» markalı, «Astra» modelli, universal tipli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh3 alınaraq İddiaçı Rəfayıl oğluna verilməlidir. Ödənilmiş 132 manat dövlət rüsumunun 41 manat hissəsi Cavabdeh3 tutularaq İddiaçı Rəfayıl oğluna ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 91 manat hissəsi İddiaçı Rəfayıl oğluna aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, avtomobil faktiki olaraq Cavabdeh3 istifadəsindədir, digər cavabdehlər həmin avtomobildən istifadə etmirlər. Ona görə də, avtomobil Cavabdeh3 alınaraq iddiaçıya verilməli, digər cavabdehlərə münasibətdə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2007-ci il buraxılışlı, açıq boz metallik rəngli, ******* mühərrik, W0L0AHL********** ban nömrəli, «Opel» markalı, «Astra» modelli, universal tipli, ** HO *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh3 alınaraq İddiaçı Rəfayıl oğluna verilsin. Ödənilmiş 132 manat dövlət rüsumunun 41 manat hissəsi Cavabdeh3 tutularaq İddiaçı Rəfayıl oğluna ödənilsin. Ödənilmiş dövlət rüsumunun 91 manat hissəsi İddiaçı Rəfayıl oğluna aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar