Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-17/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və X9 Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı2 xeyrinə vurduğu 2800 manat məbləğindəki maddi zərər, 50 manat məbləğindəki dövlət rüsumu 50 manat məbləğindəki hüquqi xidmət xərci cəmi 2900 manat pul ödənilməsi, Cavabdeh İddiaçı1 vurduğu mənəvi zərər üçün 500 manat məbləğində kompensasiya, 30 manat məbləğindəki dövlət rüsumu, 50 manat məbləğindəki hüquqi xidmət xərci cəmi 580 manat pul Cavabdeh tutulub İddiaçı1 ödənilsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş və nəticədə İddiaçı1 idarə etdiyi mülkiyyətçisi İddiaçı2 olan Renault Dokker markalı 90ST-483 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və bu İddiaçı1 7800 manat məbləğində zərər dəymiş, digər İddiaçı1 isə qəzanın təsiri ilə mənəvi olaraq sarsılmışdr. İddiaçı2 dəymiş 7800 manat məbləğindəki zərərin bir 5000 manatını cavabdehin mülki məsuliyyətini icbari sığorta etmiş Xalq Sığorta şirkəti ödəmişdir. Qalan 2800 manat zərər dəfələr ilə cavabdehdən tələb olunsa da o hər dəfəsində müxtəlif bəhanələr ilə həmin zərəri ödəməkdən yayınmışdır. İddia tələbi hələ də ödənməyən 2800 manat maddi zərərin cavabdehdən tutularaq İddiaçı2 ödənilməsi və mənəvi zərər üçün İddiaçı1 xeyrinə cavabdehdən 500 manat pulun tutulması ilə bağlıdır. Sübutlar: İddia ərizəsinə əlavə edilmiş Yasamal Rayon DYPŞ Polis kapitanı X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli 12.07.23 tarixli İXP5544018 saylı Protokoldan göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş, nəticədə o, AR İnzibati Xətalar Məcəlləsinin 327.1cimaddəsinin tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş Yasamal Rayon DYPŞ Polis kapitanı X2 verdiyi xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərarından göründüyü kimiCavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş, onun barəsində 12.07.23 tarixli İXP5544018 saylı protokol tərtib olunmuş, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibaticərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfəruatlar barədə Arayışdan göründüyü kimi,Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş və nəticədə İddiaçı1 idarə etdiyimülkiyyətçisi İddiaçı2 olan Renault Dokker markalı ** ST *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və bu İddiaçı1 maddizərər dəymişdir. Bütün bu faktlar iddia ərizəsinə əlavə edilmiş cavabdehin və İddiaçı1 hadisə barədə verdiyi izahatların surətindən də aydın olur. İddia ərizəsinə əlavə edilmiş İndivudal Servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli Qüsur Aktından göründüyü kimi, həmin qəza səbəbi ilə İddiaçı2 dəyən maddi zərər 7800 manat məbləğindədir. İddia ərizəsinə əlavə edilmiş Xalq Sığorta Şirkətinin tərtib etdiyi PXA148774 saylı Sığorta Aktından göründüyü kimi, 7800 manat məbləğində olan zərərin 5000 manatı Xalq Sığorta Şirkəti tərəfindən İddiaçı2 ödənilib, qalıq zərər 2 800 manat təşkil edir İddiaçı1 və X3 vəkili və nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbini qəbul etmir. O qiymət üçün əsas yoxdur. Ziyanı sığorta ödəmişdir. Polis də ona demişdir ki, ziyanı sığorta ödəyəcək, ona görə hadisədən sonra qarşı tərəfdən səs soraq gəlməmişdir. Hadisədə mənəvi ziyanlıq heçnə yoxdur,sadəcə maşınlar toqquşub. Həmdə hadisədə onun qədər qarşı tərəfin də günahı var belə ki , qarşı tərəfin maşını onun maşına toqquşmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yasamal Rayon DYPŞ Polis kapitanı X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli 12.07.23 tarixli İXP5544018 saylı Protokoldan göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş, nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsinin tələblərini pozmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yasamal Rayon DYPŞ Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərarından göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş, onun barəsində 12.07.23 tarixli İXP5544018 saylı protokol tərtib olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İndivudal Servisin tərtib etdiyi xx.xx.2023-cü il tarixli Qüsur Aktından göründüyü kimi, həmin qəza səbəbi ilə İddiaçı2 dəyən maddizərər 7800 manat məbləğindədir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Xalq Sığorta Şirkətinin tərtib etdiyi PXA148774 saylı Sığorta Aktından göründüyü kimi, 7800 manat məbləğində olan zərərin 5000 manatı Xalq Sığorta Şirkəti tərəfindən İddiaçı2 ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfəruatlar barədə Arayışdan göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixində mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı minik avtomobili ilə Yasamal rayonu Kənar dairəvi yolda yol hərəkətləri qaydalarını pozmuş və nəticədə İddiaçı1 idarə etdiyi mülkiyyətçisi İddiaçı2 olan Renault Dokker markalı 90ST483 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və bu İddiaçı1 maddi zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki , Renault Dokker markalı 90ST483 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi xx.xx.2023-cü il tarixdən İddiaçı1dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli 9/5500 saylı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "X14 Tacəddin VÖEN ********** tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur akti məlumatlarına əsasən 2014-cü il buraxılışlı, "Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə, yəni 2023-cü ilin İyul ayına təxminən 5920,00 manat müəyyən edilir. O cümlədən:-dəyişilməli hissələrin qiyməti 4060,00 manat;- təmir-bərpa işlərinin qiyməti 1860,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması İxtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı, "Renault Dokker markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(002)-146/2024 №-li mülki iş materiallarında olan qüsur aktı əsasında hesablandı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AS 08-015/25 saylı mütəxəssis rəyinindən görünür ki,dəyərin hesablanması üçün qiymətləndirici xərc metodundan istifadə etmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillər nəticesinde giymətləndirici mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı cavablandırılmışdır.Qüsur aktında qeyd edilen ehtiyat hissələrinin sayı tam nəzərə alınmaqla "Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 8352(səkkiz min üç yüz əlli iki) manat təşkil etmişdir.Qüsur aktında qeyd edilən ehtiyat hissələrinin sayı tam nəzərə alınmaqla "Renault edilən hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) 2023-cü ilin iyul Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişdirilən və ya təmir ayına hesablanmış məbləği 6852 (altı min səkkiz yüz əlli iki) manat təşkil etmişdir.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarına fotoşəkillər də əlavə edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2023-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olub idarə etdiyi ** XP *** dövlət nömrə nişanlı X15 markalı avtomobil X7 məxsus "Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinmişdir. Həmin vaxt hadisə nəticəsində “Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7800 manat ziyan dəymiş və həmin zərərin 5000 manat məbləğində olan hissəsi iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan məbləğ cavabdeh tərəfindən ödənilmədiyindən hazırda iddiaçı hadisə nəticəsində onun maşına dəymiş maddi ziyanı və mənəvi zərəri cavabdehdən geri tələb edir.Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə tərəfindən mülki iş üzrə ekspertiza təyin edilmiş və iş materiallarından olan xx.xx.2024-ci il tarixli 9/5500 saylı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, "Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə, yəni 2023-cü ilin İyul ayına a) dəyişilməli hissələrin qiyməti 4060 manat, b) təmir-bərpa işlərinin qiyməti 1860,00 manat olmaqla təxminən 5920 manat müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması və iddia tərəfin vəsatəti əsasında müəyyən edilmişdir ki, ekspert tərəfindən mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün hərtərəfli rəy verilməmiş, beklə ki, qüsur aktında qeyd olunan nöqsanların sayını əksik yazılmışdır.Ona görə də məhkəmə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasını təyin etmiş, qüsur aktında qeyd edilən ehtiyat hissələrinin sayı tam nəzərə alınmaqla rəy verilməsini qərara almışdır. Beləliklə, məhkəmə tərəfindən mütəxəsis rəyinin verilməsi həvalə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AS 08-015/25 saylı mütəxəssis rəyinindən görünür ki, aparılmış hesablamalara və təhlillər nəticəsində qüsur aktında qeyd edilən ehtiyat hissələrinin sayı tam nəzərə alınmaqla "Renault Dokker" markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 8352 manat təşkil etmişdir. Hazırda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində hadisə nəticəsində avtomobilə 7800 manat ziyan vurulduğunu və onun 5000 manat məbləği sığorta tərəfindən ödənildiyindən hazırda cavabdehdən onun xeyrinə 2800 manat məbləğində pul tutulmasını tələb etdiyi halda, hazırki mütəxəsis rəyi ilə isə avtomobilə dəymiş ziyanın məbləği 8352 manat qeyd edilmişdir,yəni mütəxəsis rəyi ilə iddia tələbinin məbləğini aşdığından və iddiaçı tərəfindən isə iddia tələbinə dəqiqləşmə verilmədiyindən məhkəmə hesab edir ki, hazırda iddia tələbi vurulmuş ziyan hissəsində tam təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin mənəvi zərər və vəkilə ödənilmiş xidmət haqqı hissəində qeyd edir ki, iddiaçı tərəfindən yaranmış vəziyyətlə və baş vermiş hadisə ilə əlaqədar olaraq-müvafiq hüquqlarının pozulması nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirabların keçirilməsini ifadə edən-təsdiqləyən hər hansı sübutlar təqdim edilməmişdir. İddiaçının mənəvi zərər tələbi sadəcə formal mülahizələrə əsaslanmışdır. Eyni zamanda məhkəmə iddia tələbinin vəkilə göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması hissəsinə dair qeyd edir ki, iddiaçı tərəfindən vəkilə tələb olunan məbləğdə ödənişin edildiyini təsdiqləyən sübut- ödəniş qəbzi və yaxud onlar arasında hüquqi xidmətə dair bağlanmış müqavilə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi ancaq vurulmuş ziyan tələbi hissəsində əsaslı olmaqla təmin edilməli, digər hissələrdə isə müvafiq sübutlar təqdim edilmədiyindən əsassız olmaqla təmin edilməmlidir. Belə ki, məhkəmə qeyd olunanlara əlavə edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (2800 manat) mütənasib olaraq 48 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 2800 manat və 48 manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməli, 50 manat ekspertiza xərci cavabdeh X1 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə, 300 manat məbləğində mütəxəssis xərci isə AECS” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 2800(iki min səkkiz yüz) manat və 48(qırx səkkiz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilsin. 50(əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. 300(üç yüz) manat məbləğində mütəxəssis xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. (VÖEN:**********, Hesab: AZ74AİİB400600F**********112, Bank: Kapital Bank ASCnin Mərkəzi filialı, Bankın VÖENİ: №**********, Müxbir hesab: AZ37NABZ********************, KOD:200026, SWİFT: AİİBAZ2XXXX) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-17/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-17/2025
17.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver