Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1710/2022 18.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 500 (beşyüz) manat əmlakına vurduğu maddi ziyanın,5000 (beş min) manat mənəvi ziyanın və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh həyat yoldaşının qohumudur.19 mart 2021-ci il tarixdə yaşadığı Qaradağ rayonu,Qobustan qəsəbəsi,massiv 1,ev 5 ünvanına gəlmiş şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı hamilə olduğunu bilə-bilə qəsdən saçından tutub yerə yıxıb sürüyərək ona sağ əlin 2-ci barmağını cərrahi müdaxiləyə ehtiyacı olan kəsilmiş yarası,sol əlin 2-ci barmağının,sağ budun sıyrıqları,sol bazunun,sol budun,sol baldırın qançırları ilə nəticələnən ümumilikdə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir.Bundan başqa uşağı vaxtından əvvəl yəni,1 ay tez doğmuşdur.Cavabdeh mətbəxin şüşələrini sındırmış,mətbəxdə olan qablarını qırmışdır,buna görədə əmlakına 500 manatdan artıq zərər vurmuşdur.Cavabdehin cinayət hərəkətləri nəticəsində fiziki və mənəvi zərər çəkmişdir.Hələ də onun stresindən qurtara bilmir.Özünü və vaxtından əvvəl doğulan uşağını müxtəlif həkimlərə aparmaqla müalicələr qəbul etmişdir.Cavabdeh ona qarşı cinayət törətdiyindən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(002)- 268/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20(iyirmi) faiz məbləğində pul tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir.Ona,əmlakına dəyən zərəri cavabdehdən tələb etsə də,bundan boyun qaçırır.Cavabdehin hərəkətləri qanunsuzdur qanunvericiliyin tələbinə görə ona dəyən zərərin əvəzini tam ödəməlidir.Bundan başqa cavabdehin cinayət əməli nəticəsində dəfələrlə istintaq orqanına,məhkəmələrə gəlib-getmiş,mənəvi iztirablar və sarsıntılar keçirmişdir,bunun nəticəsində də sağlamlıqlarına zərər dəymişdir.Ona görə də hesab edir ki,5000 manat mənəvi ziyan da dəymişdir.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində ona 19 mart 2021-ci il tarixdə yaşadığı Qaradağ rayonu ünvan 2 ünvanında guya xəsarət yetirməyini, ənlaklarını sındırmağını və bunagörəonamaddvəmənəviziyandəyməsiniiddiaetsə də onun iddia ərizəsinin heç bir əsası yoxdur. İddianı qəbul etmirvəbildirirki,onlarınarasındamünaqişə19mart2021-ci il tarixdə baş vermiş və mən AR CM-nin 128-ci madəsi ilə təqsirlibilinərək01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.Həmin hökmdən də görünür ki. hadisə zamanı iddiaçı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Əslində həmin vaxt aralarında münaqişə olsa da mən onaxəsarətyetirməmişdivənədəevindəəmlakınazərər vurmamışdır. Bütün bunlar Cəmilənin özünün uydurması olubdur. Eyni zamanda guya onun təqsirim üzündə onun uşağı vaxtından əvvəl dünyaya gətirməsi barədə yazdıqları da tamamilə əsassızdır. Belə ki. hazırda uşaq dünyaya gəlməklə əgər doğurdan da uşağın vaxtından əvvəl dünyaya gəlməsinə səbəb olan hallar həkimlər tərəfindənmüəyyənedilsəydiaraşdırılıbvaxtındainzibati orqanlara məlumat verərdilər. Bütün bunlar tamamilə yanlışdırvəbundaonun heç bir təqsiri yoxdur. İddiaçının iddia ərizəsində qeyd etdikləri reallığı əks etdirmir. Oiddiaçınıvurmamış onun şəri ilə barəsidə cinayət işi başlanmışdır. Artıq həmin vaxtdan bir ildən artıq vaxt keçsə də yenə də iddiaçı onu şərləmək, böhtan ataraq pul almaq istəyir.İddiaçı ondan 500 manat əmlaka vurduğu ziyanın,5000 manat mənəvi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki mülki iş üzrə sübut vasitəsinin yalnız müvfaiq hökm və cavabdehin izahatının olduğunu bildirərək, ddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərfələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(002)- 268/2021 saylı hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübutetmək öhdəliyini daşıyır. Lakin buna baxmayaraq, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun əmlakına maddi ziyanın vurulduğunu bildirsə də, qeyd edilən hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə onu qeyd edir ki, müvafiq məhkəmə hökmündə də qeyd edilən halın müəyyən edilməsi aşkar edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus olan hansı əmlaka qeyd edilən məbləğdə maddi ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vuruımuş maddi ziyanın öədnilməsi hissəsində əsasız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi ziyanın öədnilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı tələbində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsə də, sarsıntı və iztirabların nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bu hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, mülki prosessual qanunvericiliyin tələbinə əsasən öədnilmiş dövlət rüsumu iddiaçının özünə aid eidlməlidir. Ona görə də iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1710/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1710/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver