Məhkəmə qərarları › İş №2(002)-1723/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1723/2020

23.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1723/2020 23.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusuna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusuna qarşı icra qeydinin ləğv edilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu x1 tərəfindən 04.12.2019-cu il tarixli, 8İ-9765 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Dövlət Rüsumu haqqında qanunun 8.4.11-cı maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən dövlət rüsumu 10 manat təşkil edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbi icra qeydinin ləğv edilməsi tələbi ilə bağlı olmaqla, hazırki iş üzrə iddianın mahiyyəti qeyri-əmlak xarakterli iddia tələbinə aiddır. Yuxarıda qeyd olunduğu kimi məhkəməyə verilən qeyri-əmlak xarakterli iddia ərizələrindən ödənilən dövlət rüsumunun məbləği 10 manat təşkil edir. Lakin iş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə qeyd olunan məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunun ödənilməsindən azad olunması hallarına dair heç bir sənəd işəəlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırki iş üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qayatrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, habelə iddiaçıya iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusuna qarşı icra qeydinin ləğv edilməsinə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar