Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1739/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X8 İnqilab qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdehin vəkil və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi, müalicə xərcinin ödənilməsi və mənəvi zərərə görə kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin əvəzinin ödənilməsi və mənəvi zərərə görə kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 maddi ziyana görə 4 000 manat, burunun yenidən əməliyyat edilməsi və sonrakı müalicənin davam etdirilməsi üçün 4 000 manat, mənəvi ziyana görə 6 000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 14 030 manat tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Novruzova Sevinc 2019-cu Okyabr ayının sonlarında Asmed klinikasında kosmetoloq Cavabdeh yanında üzünə baxım etdirməyə getmişdir və daha sonra söhbət əsasında burnunun ucunun nazik olmadığı üçün kompleksinin olduğunu bildirmişdir.Cavabdeh isə dolğu metodu vasitəsilə bu kompleksinin aradan qaldırılmasına köməklik edəcəyini bildirmişdir. Daha sonra iddiaçı 31.10.2019 tarixində Cavabdehlə əlaqə saxlamış və dolğu üçün onun yanına getmişdir.Cavabdeh öz mənzilində saat 7-də iddiaçının burnuna dolğu vurmuşdur. Həmin gün iddiaçının burnunun uc hissəsi ağarmışdır.Buna rəğmən ,Cavabdeh burunda hər şeyin normal olduğunu bildirmişdir. Növbəti gün- noyabrın 1-i Cavabdeh ağrılar barədə soruşduqda, iddiaçı çox ağrılarının olduğunu ,bumunun hədsiz şişdiyini,ən çoxda bumumun kənarında alergiya kimi qızartının olduğunu və içində yanğı olduğunu demişdir. Cavabdeh yenə də bunun normal hal olduğunu bildirmişdir. Noyabrın 2-si İddiaçı danışıq zamanı yenə ağrıların çox olduğunu,göyərtilərin olduğunu,burnunda iynə vurduğu yerdən kənarda alergiya kimi qızartılardan narahat olduğunu bildirsə də, Cavabdeh hər zamankı kimi narahat olmamağı,göyərtilərin snyak olduğunu,ağrılar üçün ağrıkəsici içməyi məsləhət görmüşdür. Noyabrın 3-ü günorta saatlarında iddiaçının burnunda ağ sızanaqlar əmələ gəlməyə başlamış və daha sonra ağartılar bir az da artmağa,çirk əmələ gəlməyə başlayıb.Bundan sonra cavabdeh təcili İddiaçını evinə çağırmış və evində iynələr vurmuşdur. Növbəti gün-noyabrın 4-ü işdən Cavabdeh İddiaçını Xətai estetik mərkəzinə aparıb və çöldə gözləməyini istəmiş,içəri keçib həkimlərlə danışdıqdan sonra iddiaçını çağırmışdır.Həkimlərin qorxu və həyəcan içində iddiaçını müayinə ediblər və iddiaçının burnuna iynələr vurmuşlar. Həkimlər prosesin çox irəlilədiyini, iddiaçının gecikdirilmiş şəkildə gətirildiyini bildirmişlər. İddiaçı həkim danışıqlarından iynənin yalmş vurulduğu üçün damarı tutub qanqreni olduğunu anlamışdır. İddiaçıya səhərlər Xətai estetik mərkəzində, axşamlar isə Cavabdehin evində dolğu əridən iynələr vurulub. X7 müalicəni cavabdehin tövsiyəsi X11 həyata keçirib. Bütün bu müalicələr də öz təsirini göstərmir və iddiaçının ağrıları daha da dözülməz və ciddi olur, yara suluğ bağlayıb. Cavabdeh yenə iddiaçıya narahat olmamağı, burnunun əvvəlki vəziyyətinə qayıdacağı barədə vədlər vermişdi. Noyabr - Dekabr ayları ərzində iddiaçı işdən dəfələrlə icazə almaq məcburiyyətində qalmışdır. Daha sonra, müalicə ərəfəsində ilk günlərində cavabdeh iddiaçı ilə Xetai Estetik klinikasına, barokameranın isə sadəcə ilk günündə getmişdir. Bu vaxt ərzində iddiaçının burnunun üstünü çirk qaysağlayıb qalmış, burun ucu çürümüş vəziyyət almışdır və burun damarları tutulduğu üçün burunda hissiyyat olmamışdır. 10-15 günə sagalacağ, 1-2 günə düşəcək deyilən yara (nekroz olumuş hissə), ay yarım sonra dekabrın 14-də düşmüş (qismən sağaldı) müalicə dayandırılmışdır və cavabdeh iddiaçıya dekabrdan (yeni ildən) sonra 2-3 lazer prosesiylə heç bir izin qalmayacağını sağlamlıq baxımından isə heç bir narahatçılığının olmayacağını qeyd edirmiş. Cavabdeh iddiaçıya dəfələrlə qısa müddətdə yaranın daha da yaxşılaşacağını bildirmişdir. Buna baxmayaraq, iddiaçı yaranın artıq aylarla sağalmamasında psixoloji sarsıntılar keçirmişdir. Yara (nekrozlaşmış hissə) iddiaçının burnundan düşəndən (sağalandan) sonra ortası çökək və deşik qalıb. Beləliklə, aylardır davam edən müalicələrin gözlə görünən nəticəsi olmaması iddiaçıda psixoloji gərginlik, ciddi ağrılar və iztirab hissləri yaratmışdır. İddiaçı cavabdehə daha uzun-uzadı müalicə prosesi keçmək istəmədiyini, yara və çapıq izlərinin götürülməsi üçün birdəfəlik əməliyyat olunmaq istədiyini bildirmişdir. Cavabdeh də iddiaçıya onunla eyni niyyətdə olduğunu bildirmişdir. Daha sonra qohumların tövsiyəsi ilə iddiaçı Novruzova Sevinc X12la əlaqə saxlayıb onıın yanına korisultasiya getmişdir. Vüqar Fərhadov iddiaçıya əməliyyatla yaranın görünüşünü düzəldə biləcəyini, burun ucunu da bərpa edə biləcəyini amma damarlara müdaxilə etməyəcəyini bildirib. İddiaçı burun damarlarının bərpa olunması üçün isə hələdə heç bir müalicə üsulu tapmamış, cavabdeh tərəf isə bununla bağlı məsuliyyəti üzərinə götürməyə heç bir səy göstərməmişdir. Bütün bu period ərzində iddiaçı dəfələrlə işlədiyi yerdən icazə almış və o cümlədən iddiaçı maddi itkilərə məruz qalmışdır. Cavabdehin təqsiri ucbatından iddiçıya dəyən maddi itkilər cavabdeh tərəfindən ödənilməmişdir. Bütün bunlara rəğmən, Cavabdeh İddiaçıya onun onsuzda burnuna kompleksi olduğunu və estetik əməliyyat olunacağını düşündüyünü, bu əməliyyatın isə ona aid olmadığını bildirmişdir. (Yəni həkim Vüqar Fərhadov tərəfindən keçiriləcək əməliyyata görə maddi dəstək göstərməyəcəyini bildirmişdir). İddiaçı bildirir ki, cavabdehin bu ifadəsi çox gözlənilməz olmuşdur və iddiaçının gözləmədiyi bu danışıq, ona aylardır çəkdiyi əzab əziyyətin, tökdüyü göz yaşının, bütün yaşadığı psixoloji stresslərin sanki pik nöqtəsi idi. Bundan sonra, cavabdeh əməliyyat qəbul etmədiyini, hətta may ayında, payızda iynə müalicəsinə başlayacağını, narahat olma dediyi müalicənin isə ehtiyac olmadığını və prosesi lazer vasitəsilə bitirəcəyini demişdir. X12 isə lazer etməməyi tövsiyə edib və bunun səbəbi kimi lazerin burun ortasındakı dəri yığınını götürdüyü zaman burun mərkəzi çökəkliyə düşəcək olacağını və həmin zaman isə artıq əməliyyatla da nəticə əldə etməmək riski olduğunu vurğulamışdır. Bu əməliyyata üçün iddiaçının maddi İmkanı çatmadığından o, cavabdehə maddi cəhətdən köməklik etməsinə zərurət olduğunu bildirmişdir. İddiaçı və cavabdehin son danışıqlarında cavabdeh iddiaçıya qaçmadığını və cavan qız olduğu üçün müalicəni etdirdiyini dəfələrlə təkrarlamışdır. Ən son yazışmalarda iddiaçı əgər onun tapdığı həkimi istəmirsə, cavabdehin effektiv müalicəylə onun burnunda cavabdehin zədələdiyi damarları, burun ucıı hissiyyatının berpa etməsini, görünüşünü bərpa edəcək və zəmanət verəcək həkimi tapmalı olduğunu,və bunları həyata keçirməyəcəyi təqdirdə hüquqi yola baş vuracağını bilirmişdir. iddiaçının cavabdehə Whatsapp vasitəsilə yazdığı bu mesajdan sonra, ümumiyyətlə cavabdeh bir daha iddiaçıya cavab verməmişdir. Cavabdeh öz əməli nəticəsində iddiaçıya maddi zərər vurmaqla bərabər, iddiaçının sağlamlığına, xarici görünüşünə, çəkdiyi şiddətli, dözülməz ağrıları və psixoloji gərginliklə müşahidə olunan mənəvi ziyan da vurmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsinin məzmununa izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında iddiaçının sağlamlığına maddi ziyanın vurulması halının aşkar olduğunu, bu halın işin mübahisəsiz halı olduğunu, lakin həmin ziyanın aradan qalıdırlması üçün zərrui olan prosedurların dəyərinin nəqədər təşkil etməsinə dair sübutlarının olmadığını, heç bir klinikadan həmin hala dair yazılı şəkildə məlumat ədə edə bilmədiklərini, iddiasının sağlamlığına maddi ziyan vurulduğunu, həmçinin bu ziyanın aradan qaldırılması üçün bir sıra müalicə üsulunun tətbiq edilməsinin zəruriliyini qeyd edərək, habelə iddiaçının mənəvi sarsıntı keçirilməsi halını bildirərək, bu halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkil və nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin pasienti (xəstəsi) olub, cavabdehin burun nahiyəsinə həmin proseduralar onun öz razılığı əsasında, istəyi ilə həyata keçirilmişdir, həmin halın hansı səbəbdən baş verməsini bilmədiyini, cavabdeh tərəfin indiki halda da həmin yaranmış qüsurun aradan qaldırılmasına razı olduğunu, iddiaçının isə bununla bağlı onun özünə mürcaiət etmək istəmədiyini, iddiaçının qeyd etdiyi məblğdə heç bir ziyan vurulmadığını, şişirdilmiş məbləğin qeyd edildiyini, iddiaçı tərəf vurulmuş ziyanın məbləği, müalicə xərci ilə bağlı sübut təqdim etməlidir, indiki halda həmin ziyanın məbləğinin, müalicənin dəyərinin müəyyən edilməsi üçün indiyədək heç bir sübut məhkəməyə təqdim edilməmişdir, bu halların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 459/KEŞ nömrəli 13.11.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1991-ci il təvəllüdlü X2 adma tərtib edilmiş iş materiallarına əlavə edilmiş məlumatlara, çəkilmiş fotoşəkillərə, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir, İddiaçının məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, hal-hazırda onun burun nahiyəsinin uc hissəsində kosmetik olaraq çapıq toxumasının olduğu müəyyən edilmişdir. Aparılmış kosmetoloji prosedur zamanı həmin nahiyəyə yeridilmiş dolğu ilə əlaqədar orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq qeyri-adekvat reaksiya yaranmış və həmin nahiyədə nekrozlaşma prosesi baş vermişdir. Nekrozlaşmanın aradan qaldırılması ilə əlaqədar tibbi mdaxilələr aparılmış və nəticədə burun nahiyəsində çapıq toxumasının yaranmasına gətirib çıxartmışdır. Bununla əlaqədar hazırda kosmetik prosedurların aparılmasına ehtiyac vardır. Qeyd olunan çapıq toxuması İddiaçının səhhətinə hər hansı bir mənfi funksional təsir göstərmir. Kosmetoloji prosedurlara sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi eskpert komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarına əlavə edilmiş 459/KEŞ nömrəli 13.11.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1991-ci il təvəllüdlü X2 adma tərtib edilmiş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. İddiaçının məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, onun burun nahiyəsinin uc hissəsində müəyyən edilən çapıq toxumasının aradan qaldırılması ilə əlaqədar hazırda onun dermobraziya, PRP və digər kosmetik prosedurların aparılmasına ehtiyacı vardır. Kosmetoloji prosedurlara sərf olunacaq vəsaitin təyini məhkəmətibbi ekspertizasının komissiyasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan “Çöhrə” Estetik klinikasının 02 iyul 2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, vətəndaş İddiaçının burnunda yaranmış qüsurların aradan qaldırılması üçün gərəkli olan maddi texniki təminat hal-hazırda klinikada olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurulması, müalicə üçün qeyd edilən məbləğdə xərcin tələb edilməsi, mənəvi ziyan vurulması kimi halları sübut etməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması halını hər iki tərəf təsdiq etməklə, qeyd edilən hal işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müəyyən edilməli olan hal məhz iddiaçının sağlamlığının pozulması nəticəsində ona hansı məbləğdə maddi ziyan vurulması, habelə pozulmuş sağlamlığın bərpa edilməsi üçün hansı məbləğdə xərcin tələb edilməsi halıdır. Lakin məhkəmə aarşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən halların müəyyən edidlməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən halların (iddiaçıya qeyd edilən məbləğdə maddi ziyanın vurulması, habelə sağlamlığın bərpa edilməsi üçün qeyd edilən məbləğdə xərcin tələb edilməsinə dair halların) müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi və müalicə xərcinin ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyann ödənilməsi hisssəi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 11-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyrimütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə hazırki mülki iş üzrə iddiaçının sağlamlığının məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulması halının işin mübahisəsiz halı olmasını, bu halın aşkar olmasını əsas götürərək, hesab edir ki, iddiaçının sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, başqa sözlə, burun nahiyəsinin görünüşündə baş vermiş dəyişiklik və bu dəyişikliyin onun xarici görkəminə təsirinin olması halı məhz onun mənəvi iztirab keçirməsinin əsası qismində çıxış edir. Həmçinin, məhkəmə vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 6000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirəsə də, məhz həmin məbləğdə mənəvi ziyan vurulması halına dair heç br mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, iddiaçıya məhz qeyd edilən məbləğdə mənəvi ziyan vurulması halının olmasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə mənəvi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə müvafiq ekspert rəyində iddiaçının sağlamlığının bərpası-çapıq toxumasının aradan qaldırılması üçün üçün kosmetik prosedurların aparılmasına (dermobraziya, PRP və digər) ehtiyacın olması, çapıq toxumasının yaranmasının iddiaçının səhhətinə hər hnası mənfi funksional təsirin olmaması qeyd edilmişdir. Bu halda, məhkəmə, iddiaçının sağlamlığının pozulmas halının aşkar olmasını, hazırki halda isə onun pozulmuş sağlamlılığının bərpa eidlməsinin mümkün olması, onun səhhətinə mənfi təsirinin olmaması halını, kosmetik prosedurların tətbiq edilməsi ilə aradan qaldırılmasının mümkün olması halını, habelə cavabdehin özünün həmin qüsuru aradan qaldırmaq istəyinin olması halını, əsas götürərək, hesab edir ki, vurulmuş mənəvi ziyanın məbləğinin 500 manat məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Ona görə də, məhkəmə qeyd edilən halalrı əsas götürərək, hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsaəsn məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmən iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh iddiaçının sağlamlığının pozulması nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğidə pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının sağlamlığının pozulması nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğidə pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1739/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1739/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver