Məhkəmə qərarları › İş №2(002)-1802/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1802/2020

07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1802/2020 07.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdeh Xalidə adlı şəxsə qarşı tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Xalidə adlı şəxsə qarşı tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2, 149.2.3, 150.0.1 və 150.0.2-ci maddələrinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, habelə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməli, ərizədə iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Bu halda ərizəçinin tələbi qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsində Xalidə adlı şəxs cavabdeh olaraq göstərilsə də, həmin şəxsin tam adı, habelə onun poçt ünvanı göstərilməmiş, bundan əlavə, cavabdehin sayına görə iddia ərizəsinin surəti, dövlət rüsumunun ödənilməsi haqqında sənəd ərizəyə əlavə edilməmiş, habelə ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263- 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Xalidə adlı şəxsə qarşı tibb müəssisəsinə məcburi yerləşdirilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlə. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar