Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1820/2022 18.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı1, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X5, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 yetkinlik yaşına çatmayan uşaqları - X22, X14, X18 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı, eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzil növbəlilik qaydasında 04 yanvar 1970-ci il tarixdə order əsasında ailəsinə verilmişdir. Hazırda həmin mənzildə o və ailə üzvləri-oğlu Novruzov Pənah və qızı Novruzova Aytac qeydiyyatda olmaqla yaşayırlar. İddiaçılardan başqa orderdə qeyd edilən digər şəxslər onun bacısı, qardaşları və valideynləri vəfat etmişlər. Mənzili adına xüsusi mülkiyyət kimi rəsmiləşdirərkən ona məlum olmuşdur ki, mərhum bacısı X8 əri Cavabdeh1 Kamal oğlu və onun uşaqları Cavabdeh2, X10 və Cavabdeh4 həmin mənzildə yaşamasalar da, orada qeydiyyatdadırlar. Halbuki onlar heç vaxt həmin mənzildə yaşamayıb, faktiki olaraq Qaradağ rayonu, Salyan yolu, ev 30, mənzil 30-da yaşayıblar. Həmin mənzili də atası növbəlilik qaydasında 1992-ci ildə almış və mərhum bacısı Əbilova Lətifəyə vermiş, sonuncu da ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Göründüyü kimi, qeyd edilən şəxslər onun ailə üzvü deyildir, həmçinin heç vaxt 26 saylı mənzildə yaşamayıblar. Lakin cavabdehlərin həmin mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X15 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddianı qəbul edir. Belə ki, o və digər cavabdehlər Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzildə yaşamırlar. Qeyd olunanlara əsasən, iddianın təmin olunmasına hər hansı etirazı yoxdur. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 081774 saylı xx.xx.1970-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzil Novruzov Pənaha verilmişdir, onun ailə üzvləri X4, X11, X19, X21, X2 olmaqla 5 (beş) nəfərdən ibarətdir. İş materiallarında olan AZ-1669235 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı1 atası X12, anası X1r. İş materiallarında olan 14 saylı xx.xx.1992-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 30 saylı mənzil X7 verilmişdir, ailə üzvləri X2, İddiaçı1 olmaqla 2 (iki) nəfərdən ibarətdir. İş materiallarında olan İ-JQ seriyalı No 454708 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 may 1994-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 10 may 1994-cü il tarixində 30 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı No 073614 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15 yanvar 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 23 yanvar 2020-ci il tarixində 174 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı No 866881 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 31 may 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 18 aprel 2017-ci il tarixində 184 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı No 021702 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 15 mart 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 25 iyul 2019-cu il tarixində 303 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan V-JQ seriyalı No 343513 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 1999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 13 mart 1999-cu il tarixində 11 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa X18, X22, X14, Cavabdeh1, Cavabdeh2, X10, Cavabdeh4, X16, X13 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş 269 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 həqiqətən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 1970-ci il tarixdən qeydiyyatdadır və həmin ünvanda yaşayır. Onunla birlikdə övladları X16, X13 da qeydiyyatda olmaqla yaşayırlar. 1981-ci ildən yeznəsi Cavabdeh1, bacısı oğlu Cavabdeh2n, bacısı oğlu X10, bacısı oğlu Cavabdeh4 qeydiyyatda olmuş, lakin faktiki yaşamamışlar, onlar faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007ci il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən mənzilə dair yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd edilən qərarda, ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 46-cı maddəsinə əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 151-cü maddəsində isə beynəlxalq müqavilələrin üstünlüyü prinsipi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə sübutlara, o cümlədən Qobustan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına və Cavabdeh2 yazılı etirafına əsasən müəyyən edir ki, cavabdehlər hazırda 26 saylı mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar, onlar həmin qəsəbədə başqa ünvanda yaşayırlar. Cavabdehlər 26 saylı mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçılar onların əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, bu da onların maddi vəziyyətini çətinləşdirir, eyni zamanda hüquqlarını məhdudlaşdırır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Digər tərəfdən, iddiaçıların orderə əsasən qanuni sahibliyində və istifadəsində olan mənzildə cavabdehlərin qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 yetkinlik yaşına çatmayan uşaqları - X22, X14, X18 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30, 26 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1820/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1820/2022
18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver