Məhkəmə qərarları › İş №2(002)-183/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-183/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-183/2024 27.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı paylı mülkiyyətdə olan mənzilin paylara mütənasib naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********39-05101-093031 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında 4/12 hissəsi İddiaçı1, 4/12 hissəsi İddiaçı2, 7/24 hissəsi Cavabdeh1 və 1/24 hissəsi Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76,01 kvadat metr olan mənzilin paylı mülkiyyətçilərin pay hissələrinə mütənasib olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə yazılı ərizə təqdim edərək iddianı geri götürdüklərini bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmaqla, araşdırılma aparılmış, iş üzrə icraat dayandırılmaqla məhkəmə eksertizası təyin edilmiş, mülki iş cəmi 42 gün icraatda olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işin uzun müddət icraatda olduqdan sonra iddianın geri götürülməsi dövlət resurslarının əsassız sərf edilməsinə səbəb olduğundan və hazırkı məsələdə xüsusi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsində dövlət rüsumunun qaytarılması barədə imperativ qayda müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu qaytarılmamalı və iş üzrə keçirilmiş tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçılardan tutularaq dövlət hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı paylı mülkiyyətdə olan mənzilin paylara mütənasib naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıların özünə aid edilsin. İş üzrə keçirilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyəri olan 50 (əllli) manat pul vəsaiti iddiaçılardan tutularaq dövlət hesabına (Büdcə təsnifat kodu: 141595, büdcə səviyyəsinin kodu 3, X1, kodu 210005, VÖEN **********; Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar