Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1846/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, digər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə ilk iddiası, Cavabdeh1 İddiaçı qarşı evə köçürülmə tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 15, 57 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı evə köçürülmə tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 15, 57 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 onun keçmiş gəlini, Cavabdeh2 isə oğlunun qızıdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 15, mənzil 57 mərhum həyat yoldaşına məxsus olmuş, həyat yoldaşı vəfat etdikdən sonra isə öz mülkiyyətinə keçmişdir. Cavabdeh1 gəlin gələndən sonra qaynatasının razılığı ilə mənzilə qeydiyyata alınmış, lakin mənzildən istifadə ilə bağlı hər hansı notarial müqavilə bağlanmamışdır. Son illərdə münasibətləri gərgin olmuşdur. Nəticədə Cavabdeh1 ilə oğlu arasında nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Lakin bundan əvvəl, təxminən bir ildir ki, Yeganə uşaqlarını da götürərək ona məxsus mənzili tərk edib getmişdir, həmin vaxtdan öz atası evində yaşayır. Göründüyü kimi, cavabdehlər bir ildir ki, başqa yerdə yaşayırlar, buna baxmayaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Qarşılıqlı iddiaya münasibətdə isə onu bildirməyi zəruri hesab edir ki, keçmiş gəlini Gülnaz oğlu ilə ayrıldıqdan sonra uşaqları ilə birlikdə həmin mənzildən çıxıb getmişdir. Onun həmin mənzilə dair hər hansı hüquqları mövcud deyildir. Qeyd olunalara əsasən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 15, mənzil 57 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, İşin mübahisəsiz halıdır ki, cavabdehlər onun keçmiş gəlini və nəvələridir. Hansı ki, iddiaçının onları saxlamaq vəzifəsi yoxdur. Cavabdehlər mübahisəli mənzilə pasport qeydiyyatındadırlar və həmin mənzilə ehtiyacları olmadığından öz istəkləri ilə boşanmadan da əvvəl həmin mənzili tərk edib getmişlər, bir ildən çoxdur ki, yaşayış hüquqlarını başqa ünvanda təmin etmişlər. İddiaçı ilə onun keçmiş gəlini Cavabdeh1, eləcə də, onun övladı Cavabdeh2 arasında iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 15, mənzil 57-dən istifadə hüquqlarına dair hər hansı notarial razılaşma olmamış və bu barədə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bundan əlavə, cavabdehlər iddiaçının ailə üzvləri kateqoriyasına daxil deyildir. Mülki Məcəllənin 228.5-ci maddəsi bu məsələyə aydınlıq gətirir, belə ki, ailə üzvləri dedikdə, mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları nəzərdə tutulur. Hazırki iş üzrə cavabdehlər isə iddiaçının keçmiş gəlini və onun uşaqlarıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin saxlanması üçün iddiaçı heç bir məsuliyyət və öhdəlik daşımır, onları yaşayış yeri ilə təmin etmək öhdəliyi iddiaçıya aid deyildir. Qeyd olunalara əsasən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, İddiaçı oğlu Kazımov Rasim Mirzǝağa oğlu 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. 2024-cü ildə Kazımov Rasim Mirzǝağa oğlu ilə ayrılmışlar, münasibətlər gərgin olduğundan məcburiyyət qarşısında qalaraq atası evinə sığınmışdır. Onu mübahisəli mənzilə mərhum qaynatası Kazımov Mirzǝağanın yazılı ərizəsi ilə qeydiyyata almışlar. Ona görə də ilk iddia ərizəsinə etiraz edir. Eyni zamanda, qarşılıqlı iddia ərizəsini müdafiə edir. Belə ki, hazırda uşaqları ilə Biləcəri qəsəbəsində atasına məxsus fərdi yaşayış evində yaşayır, həmin evdə indi yaşamaq mümkün olsa da, qardaşı evlənəndən sonra olduqca çətin olacaqdır. Ona görə də iddiaçıya məxsus evə köçürülməsini xahiş edir. Qeyd olunanlara əsasən, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 izahatına uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 mənzilin mülkiyyətçisinin razılığı ilə mənzilə köçürülmüş və qeydiyyata alınmışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göstərilənlərə əsasən, ilk iddia əsassız, qarşılıqlı iddia əsaslı hesab edilməli, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, 30 ildir ki, İddiaçı qonşusudur. Cavabdeh1 bir ildən çoxdur ki, uşaqları ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən atası evində yaşayır. X5 ilə boşanması ona məlumdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, 8 ildir ki, İddiaçı qonşusudur. Cavabdeh1 bir ildən çoxdur ki, uşaqları ilə birlikdə atası evində yaşayır. X1 ayrılması ona məlumdur. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2, Kazımov Rasim Mirzǝağa oğlu Bakı şəhəri 3 saylı "Asan Xidmət" Mərkəzinin notariat kontoru tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, 2V/772 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1246 saylı reyestr kitabında, 187085 səhifə, qeydə alma № 30/187085, xx.xx.2002-ci il tarixli Qeydiyyat Vasiqəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 4 otaqlı, yaşayış sahəsi: 47.29 kv.m., ümumi sahəsi: 81.7 kv.m., b.15, mən.57 ünvanda yerləşən mənzildən ibarət miras əmlakdakı paylarını İddiaçı bağışlamışlar. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Akif Qurbanov küçəsi, ev 15, 57 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 15, 57 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh2, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Qradağ Rayon Məhkəməsinin 2(002)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında xx.xx.2004cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən 1117 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X6 boşanmadan sonra Cavabdeh1 yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X3 Cavabdeh1 xeyrinə 21 avqust 2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 000099 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X4, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Akif Qurbanov küçəsi, ev 15, 57 saylı mənzil 244120 saylı 1986-cı il tarixli orderǝ, Kazımov Rasim Mirzǝağa oğlu, İddiaçı tərəfindən verilmiş razılıq ərizələrinə və forma 2 arayışına əsasən Kazımov Mirzǝağa Əlimusa oğlunun adına ilkin qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 3 saylı "ASAN xidmət" mərkəzində notariat kontorunun notarisu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə və 3 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli miras payı bağışlama müqaviləsinə əsasən İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Akif Qurbanov küçəsi, ev 15, 57 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 125 saylı MKİS tərəfindən verilmiş 232 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Akif Qurbanov küçəsi, ev 15, 57 saylı mənzildə qeydiyyatdadır və yaşayır. Keçmiş gəlini Cavabdeh1 və onun 2 (iki) övladı göstərilən ünvanda bir ildən artıq yaşamırlar (qonşuların təsdiq etdiyi akta əsasən). Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 15, 57 saylı mənzil 1986-cı il tarixli orderǝ əsasən iddiaçının mərhum həyat yoldaşı Kazımov Mirzǝağa Əlimusa oğluna verilmiş, xx.xx.2002ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2016-cı il tarixdən isə İddiaçı mülkiyyətindədir. Cavabdeh1 isə iddiaçının oğlu ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Cavabdehlər bir ildir ki, göstərilən mənzildə yaşamırlar və Cavabdeh1 atasına məxsus evdə yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, mənzilin mülkiyyətçisi ilə cavabdehlər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma mövcud deyildir, habelə cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmamışdır. Habelə, onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə ilk iddia tələbi əsaslı hesab olunmalı, həmçinin eyni əsaslarla Cavabdeh1 mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qərarda qeyd olunur ki, MMin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 15, 57 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1846/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1846/2024
08.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver