Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1880/2021 24.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında akt qeydi bərpa edilməklə xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmasına dair hüquqi faktın müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən ata qrafasında “X7”, ana qrafasında “X5” qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonun, Oxcoqlu kəndində anadan olmuşdur. Onun doğum akt qeydi Ermənistan Respublikasının Amasiya rayonunun Oxcoqlu kəndində qeydiyyata alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında o, pasport və başqa sənədlər əldə etmişdir. Sonradan doğum haqqında şəhadətnaməsi naməlum səbəbdən itmişdir. Məlum hadisələrlə əlaqədar hazırda onun doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından yeni doğum haqqında şəhadətnamə ala bilmir. Bu barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. X1, anası X2r. Ərizəçi doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. O, Ermənistan Respublikasında anadan olmuşdur. Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. X1, anası X2r. Ərizəçi doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. X1, anası X2r. Ərizəçi doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan SQ seriyalı, ******* saylı şəxsi vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Oxçoğlu kəndində anadan olmuşdur və milliyəti azərbaycanlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş M/V seriyalı, 004836 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. İş materiallarında olan 453778 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Ərizəçi 09.04.1980-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. İş materiallarında olan AZ-İ No 626829 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 25 sentyabr 2013-cü il tarixində 479 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ No 626829 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 yanvar 1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 yanvar 1996-cı il tarixində 12 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-cı il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.1-ci bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə, iş üzrə sübutlara, o cümlədən izahatlara və şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması faktı müəyyən olunur. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməli, Ərizəçi doğum faktı müəyyən edilərək, doğum aktı qeydinin aparılması və onun adına yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması faktı müəyyən edilsin. xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Ərizəçi ata qrafasında “X7”, ana qrafasında “X5” qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1880/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1880/2021
24.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver