Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-190/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X6 İnqilab qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus **-ZO-*** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə Cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 33290 (otuz üç min iki yüz doxsan) manat, mənəvi zərərə görə 50 000 (əlli min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 mart 2020-ci il tarixində Nəsimi rayonu Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində X1 etibarnamə əsasında idarə etdiyi İddiaçı məxsus Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh etibarnamə əsasında idarə etdiyi X3 məxsus BMW X-6 markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil arxası üstə yerə aşmış, sürücü isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Hadisə nəticəsində avtomobilə 33290 manat məbləğində maddi ziyan vurulmuş və avtomobil tamamilə yararsız hala düşmüşdür. Nəticədə sözü gedən AZ İO ZO 062 dövlət nömrə nişanlı avtomobil 20 iyun 2020-ci il tarixdə dövlət qeydiyyatından çıxdaş edilmişdir. Araşdırma nəticəsində Nəsimi Rayon Polis İdarəsinin 30.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Cavabdeh AR İXM-in 327.2-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilmişdir. Onların tərəfindən dəfələrlə müraciətlər olsa da, Cavabdeh dəymiş zərərin ödənilməsindən boynun qaçırmaqda davam etdirir. Hadisəyə qədər heç bir zərər görməmiş, üzərində heç bir təmir işi (boya, cila və s.) aparılmamış avtomobilin bu vəziyyətə düşməsi İddiaçı daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur . Qeyd olunanları nəzərə alaraq məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onun maşınının sığortası olduğunu, avtomobilin ona məxsus olduğunu, digər şəxsin onu etibarnamə əsasında idarə etdiyini, sığorta tərəfindən həmin şəxsə 4800 manat pulun ödənildiyini, əslində isə avtomobilin tamamilə məhv olduğunu, onun heç bir hissəsinin düzəldilməsinin mümkün olmadığını,tamamilə yararsız hala düşdüyünü qeyd edərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz verərək, öz izahatında iddiaçıya məxsus avtomobilə ziyan vurulduğunu qəbul etdiyini, lakin vurulmuş ziyanın məbləğinin 4800 manat müəyyən edildiyini, bunu sığorta şirkətinin mütəxəssisləri tərəfindən müəyyən edildiyini, həmçinin, faydalanan şəxs qismində çıxış edən şəxsə həmin pulun ödənildiyini, başqa ziyan məbləği ilə razı olmadıqlarını bildirərək, bu halların nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edən “xxxx” Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06.05.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş qüsur aktın məzmunundan görünür ki, İddiaçı məxsus buraxılış ili 2007, Mitsubishi Pajero markalı, **-ZO-*** dövlət nömrə nişanlı minik avtomobilinə texniki baxış keçirilmiş, dəyişdirilməli olan ehtiyat hissələrinin siyahısı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 07.05.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş qüsur aktın məzmunundan görünür ki, İddiaçı məxsus buraxılış ili 2007, Mitsubishi Pajero markalı, **-ZO-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərərin ümumi məbləği 33,290 manat məbləğində ziyan dəymişdir. İş materiallarından görünür ki, İddiaçı Qaflan oğlu tərəfindən Cavabdeh ona vurulmuş ziyanın ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmiş, ona vurulmuş ziyanın ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, 01.05.2020-ci il tarixdə avtonəqliyyat sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmiş, zərər vurulmuş avtonəqliyyat vasitəsi İddiaçı oöluna aid olan Pojero Mitsubishi markalı 10ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobil olduğu qeyd edilmişdir. İş amteriallarından görünür ki, BMW X-6 minik markalı 90CN701 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdeh olmaqla, X2 adına nəqliyyat vasitəsinin idarə eidlməsinə dair 1 il müddətinə etibarnamə veirlmişdir. İş materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinə dair Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib eidlmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul eidlmişdir. İş materiallarında olan DİN BDYPİ QİŞ tərəfindən verilmiş20.06.2020-ci il tarixli arayışın məzmunundan aydın olur ki, İddiaçı ya məxssu olan Mitsubishi PAjero markalı 10ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobil çıxdaş edilmişdir. İş materiallarında olan “xxxx” Sığorta Şirkəti ASC tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışın məzmunundan görünür ki, 22.03.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağl faydalanan şəxs X5 bank hesabına 4800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Sıorta ödənişinin verilməsi 08.10.2020ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur. Mitsubishi Pajero markalı 10ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 4800 manat məbləğində olması ilə bağlı 11.08.2020-ci il tarixli razılaşma sənədinə imza edərək, avtomobilə dəymiş zərər ilə razı olmuşdur. İş materiallarına Mitsubishi Pajero markalı 10ZO062 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair fotoşəkillər əlavə edilmişdir İş materiallarına əlavə edilmiş 9/1549 nömrəli 05.05.2021-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, 2007-ci il buraxılışlı “ Mitsubishi Pajero markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab edilmir və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla, təxminən 15400 manat müəyyən edilir. Avtomobilə dəymiş ziyan hər iki qüsur aktına şamil edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmlaka vurulmuş ziyanın ödənilməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh **-CN-*** dövlət qeydiyyat nişanlı BMW X-6 markalı minik 2008 buraxılış ili olan nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Abbasbəyli Rəşid Qoca oğlunun idarə etdiyi Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Bununla əlaqədar 22.04.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlunun hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuş, müvafiq sığorta şirkəti tərəfindən vurulmuş ziyanın məbləği qismində faydalanan şəxsə 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı ona məxssu avtomobilə dəymiş ziyanın məbləğinin 33290 manat olduğunu bildirsə də, həmin hallara dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müvafiq qüsur aktında qeyd edilmiş avtomobilin ehtiyat hissələrinin və görülməli olan təmir-bərpa xidmətlərinin dəyərinin bazar qiymətinə uyğun olub-olmamasının müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə araşdırması çərçivəsində müvafiq ekspertiza təyin edilmiş və həmin ekspertizanın nəticəsinə dair rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər 15400 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçıya mıxsus avtomobilə vurulmuş ziyanın məbləği müəyyən edilərkən müvafiq ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, müvafiq sığorta şirkəti tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 4800 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçıya məxsus avtomobilə vurulmuş zaiyanın məbləği müvafiq ekspert rəyi əsas götürülməklə (vurulmuş ziyanın məbləği 15400 manat),habelə ödənilmiş sığorta ödənişi (4800 manat) nəzərə alınmaqla, 10600 məbləğində müəyyən eidlməli, iddia tələbi bu hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd eidlən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydiəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsin də təmin olunmamalıdır. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsaəsn məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmən iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh İddiaçı məxsus Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 10600 manat məbləğində pul vəsiati tutularaq İddiaçı ödənilməli, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməli, qalan hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh iddiaçıya məxsus olan Mitsubishi Pajero markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 10600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət büdcəsinə köçürlüsün. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-190/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-190/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver