Məhkəmə qərarları › İş №2(002)-1955/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1955/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1955/2020 27.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkiliştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyan hesabına pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «vurulmuş maddi və və mənəvi ziyan hesabına pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyan hesabına 12000 manat, vurulmuş mənəvi ziyan hesabına 50000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş pul hesabına pul hesabına 200 manat, ödənilmiş dövlət rüsumu hesabına 30 manat pulun alınaraq İddiaçı1, vurulmuş maddi ziyan hesabına 8000 manat, vurulmuş mənəvi ziyan hesabına 50000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş pul hesabına 150 manat pul alınaraq İddiaçı3, vurulmuş maddi ziyan hesabına 2000 manat, vurulmuş mənəvi ziyan hesabına 50000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş pul hesabına 150 manat pulun alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı1 2020-ci ilin yanvar ayında tələbə yoldaşı vasitəsi ilə Bakı şəhəri, Ələt qəsəbəsi, K.Məmmmədov küçəsi, 6 nömrəli evin, 26 nömrəli mənzilində qeydiyyatda olan, SOCAR şirkətinin N.Nərimanov adına NQÇİ-də elektro mexanik vəzifəsində işləyən Cavabdeh (əlaqə tel: ***-***-**-**; 070- 288-52-32) ilə tanış olmuş, və Azneft dairəsində onunla görüşmüşdür. Söhbət zamanı Cavabdeh, İddiaçı1 Ukrayna Respublikasında təhsil almasına dair diplomunun Təhsil Nazirliyi tərəfindən tanınması üçün ona köməklik edə biləcəyini bildirmiş, bunun üçün İddiaçı1 5000 manat məbləğində pul ödəməli olduğunu izah etmişdir. Cavabdeh həmin işi Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyən tanışı Eşqin Bağırovun vasitəsi ilə həyata keçirəcəyini demişdir. İddiaçı1 həmin təklif ilə razılaşmış, 2020-ci ilin fevral ayının əvvəllərində 5000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavbdeh Cavabdeh pulu aldıqdan sonra bu məsələni 01 ay ərzində həll edəcəyini vəd etmişdir. Cavabdeh söhbət zamanı işlədiyi SOCAR şirkətində vakant ış yerləri olduğunu bildirib, lazım gələrsə həmin vəzifələrə kimisə işə düzəltməsinə imkanı olduğunu bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında İddiaçı1 Cavabdehla görüşərək, həmkəndlisi İddiaçı3 oğlunu SOCAR şirkətində operator vəzifəsinə işə düzəltməyə köməklik etməsini xahiş etmişdir. Cavabdeh bu işi düzəltməsi üçün 8000 manat pul ödəmək lazım olduğunu bildirmişdir. Bu məsələni iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh birgə müzakirə edərkən İddiaçı3 bu məbləğdə pulu ödəməyə razı olduğunu bildirmiş və fevral ayının axırında üçü birlikdə Qaradağ rayonu, Lökbatan dairəsi ərazisində görüşərək, pulu Cavabdeh ödəmişlər. Cavabdeh pulu qəbul edərək 15-20 gün müddəti ərzində işi həll edəcəyini vəd etmişdir. Eyni qaydada 2020-cı ilin fevral ayında Qaradağ rayonu, Ələt qəsəbəsində Cavabdeh İddiaçı2 onu SOCAR şirkətində tikinti tresində çilingər işinə düzəltmək üçün 2000 manat pul almışdır. Eyni qaydada 2020-ci ilin mart ayında Azneft dairəsində Cavabdeh İddiaçı1 onu işlədiyi SOCAR şirkətində iş yerini dəyişmək üçün 5000 manat pul almışdır. Qeyd olunanlardan əlavə Cavabdeh digər şəxslərdən, o cümlədən İddiaçı1 vasitəsi ilə onun iş yoldaşı İbrahimov Şamildən onu N.Nərimanov adına NQÇİ-nin baş mühəndisi Şahəddin müəllimin vasitəsi ilə iş yerini dəyişmək üçün 2000 manat məbləğində pul almışdır. Ötən müddət ərzində Cavabdeh vəd etdiyi işlərin heç birini görməmiş, nə də ona verilən pulları qaytarmamışdır, iddiaçıların dəfələrlə onunla görüşmələrinə, telefon əlaqəsi saxlamalarına baxmayaraq, o hər dəfə müxtəlif bəhanələrlə iddiaçıları aldatmış, onlara xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. iddiaçılar Cavabdeh onlara qarşı törətdiyi dələduzluq cinayəti ilə bağlı DİN-nin 102 Xidmətinə müraciət etmişlər. Onların müraciəti Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə həvalə olunmasına baxmayaraq, Cavabdeh barəsində heç bir tədbir görülməmiş, bu günə qədər iddiaçılara heç bir rəsmi cavab verilməmişdir. Daha sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis idarəsinin rəhbərliyinə müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Hazırki vaxta qədər cinayətkar Cavabdeh cəzasızlıqdan istifadə edərək sərbəst gəzir və dələduzluq cinayətləri törətməkdə davam edir. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, əlavə olaraq Cavabdeh iddiaçıların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlaklarını ələ keçirib onlara xeyli miqdarda ziyan vurması, bununla da AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə AR MPMin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 onların vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, Cavabdeh iddiaçıların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlaklarını ələ keçirib onlara xeyli miqdarda ziyan vurması, bununla da AR CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə AR MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi hissəsindən iddiadan imtina etdiyini bildirmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin dəqiqləşdirilməsi ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianın etirafı barədə ərizə təqdim edərək bildirmişdir ki, iddianı İddiaçı1 12000 manat, İddiaçı2 2000 manat, İddiaçı3 8000 manat pulun ondan tutulması hissəsində qəbul edir. Mənəvi ziyan hissəsini qəbul etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı3 və onların vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, 19 saylı Vəkil bürosuna 150 manat, 150 manat və 200 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçılardan 12000, 8000, 2000 manat pul alaraq, onları qaytarmamış, beləliklə, cavabdeh iddiaçılar hesabına əsassız varlanmışdır. Bu hal iddiaçı tərəflərin izahatı, Cavabdeh hazırlıq iclasında verdiyi izahatı və yazılı ərizəsi ilə sübuta yetirilir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilməli, mənəvi ziyan tələbi hissəsində sübuta yetirilmədiyindən rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və psixoloji iztirablar keçirdiyini, bu səbəbdən mənəvi zərər tələb etdiyini qeyd etsələr də, sarsıntı və iztirabların nədə ifadə olunması barədə sübutları məhkəməyə təqdim etməmiş, bu hal iddiaçılar tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın qismən etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, 30 manat dövlət rüsumu üçün ödənilmiş pul alınaraq İddiaçı1, 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq İddiaçı3, 2000 manat manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq İddiaçı2 ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı1, vurulmuş maddi ziyan hesabına 8000 (səkkiz min) manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat pul alınaraq İddiaçı3, 2000 (iki min) manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 (yüz əlli) manat pul alınaraq İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar