Məhkəmə qərarları › İş №2(002)-1975/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1975/2021

09.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1975/2021 09.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «tikiliyə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 qarşı «iddiaçıya mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112A ünvanda yerləşən 4,743 ha torpaq sahəsində inşa edilmiş, tikinti sahəsi 32583,72 m2 təşkil edən Bakı Loqistik Mərkəzi və tikinti sahəsi 40970,37 m2 təşkil edən anbar binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi yanlış göstərdiyi X5 iddia ərizəsində göstərilən iş üzrə tərəflərin siyahısından çıxarılması, 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112A ünvanda yerləşən 4,743 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə nəzərə alınaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi göstərilmiş X7 iddia ərizəsində qeyd olunan tərəflər siyahısından çıxarılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolunda yerləşən, istifadəsində olmuş 4,58 ha torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsi, həmin sahədə istehsalat binası və anbar tikintisi barədə X7 ilə aralarında 01.03.2020-ci il tarixdə razılaşma əldə edilmiş, razılaşmaya uyğun olaraq, U.Əhmədov tərəfindən həmin torpaq sahəsində tikintinin layihələndirilməsi barədə ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 18.04.2013-cü il tarixli 141 saylı sərəncamı ilə həmin torpaq sahəsində tikintinin layihələndirilməsinə icazə verilmişdir. Bundan sonra, "xxxx" MMC-yə tikintinin layihələndirilməsi barədə müraciət olunmuş, cəmiyyət tərəfindən 2013-cü ildə tikinti sahəsi 32583,72 m2 təşkil edən Bakı Loqistik Mərkəzinin eskiz layihəsi tərtib edilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən həmin torpaq sahəsində tikinti sahəsi 40970,37 m2 təşkil edən anbar binasının eskiz layihəsi tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi ilə bağlanmış 04.10.2013-cü il tarixli 1201/2013 saylı və 22.09.2014-cü il tarixli 1532/2014 saylı müqavilələr əsasında tikililərin ekspertizası keçirilmişdir. 2018-ci ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112A ünvanı verilmiş, torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 4,743 ha olduğu müəyyən edilmiş və idarə tərəfindən verilmiş 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hal-hazırda, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112A ünvanda yerləşən 4,743 ha torpaq sahəsində ona məxsus tikinti sahəsi 32583,72 m2 təşkil edən Bakı Loqistik Mərkəzi və tikinti sahəsi 40970,37 m2 təşkil edən anbar binası mövcuddur. Hesab edir ki, qanunvericiliyə əsasən, inşa etdiyi qeyriyaşayış sahələri üzərində onun mülkiyyət hüququ tanınmaqla, ona həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarış verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, caabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112A ünvanda, mülkiyyətində olan 4,743 ha torpaq sahəsində yerləşən, 101,9 m2 ümumi sahəsi olan qeyri-yaşayış binası tam pay üzrə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 7719 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.04.2013cü il tarixli 141 saylı, istehsalat bazasının və anbar tikintisinin layihələndirilməsi haqqında sərəncamından görünür ki, vətəndaş X5 27.03.2013-cü il tarixli müraciəti nəzərə alınaraq, Bakı şəhər XDS İK-nın qərarı ilə «Məmləkət» X1 Bakı şəhəri, Qaradağ rayonu, Heybət stansiyasının şimal-qərbində ayrılmış (aprel 1992-ci il tarixli 92/43 b saylı ayrıc aktı) halhazırda istifadəsiz vəziyyətdə olan 4,58 ha torpaq sahəsi istehsalat bazasının anbar tikintisinin layihələndirilməsi üçün eyni məqsədlə icarə əsasında vətəndaş U.F.Əhmədovun istifadəsinə verilmişdir. Sifarişçiyə tapşırılmışdır ki:

1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin.

2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin.

3. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin.

4. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin.

5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın.

6. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

7. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün lazım olan xüsusi nişanın alınması məqsədi Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Və s. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsinin 13.12.2013-cü il tarixli 17109 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Heybət stansiyasının şimalqərbində istehsalat bazası və anbar binasının (Korpus B) işçi layihəsi X7 tərəfindən digər sənədlərlə birlikdə (memarlıq və konstruksiya bölmələrinin işçi cizgiləri, eskiz layihəsi; kostruktiv elementlərin hesabatı; mühəndis-geoloji hesabat; tikintinin təşkili layihəsi və s.) 30.09.2013-cü il tarixdə ekspertiza olunmaq üçün həmin İdarəyə təqdim olunmuşdur. İdarənin 08.11.2013-cü il tarixli məktubuna cavab olaraq sifarişçi çatışmayan sənədləri təqdim edərək, 14.11.2013-cü il tarixli təkrar ərizə ilə müraciət etmişdir. Layihələndirmə üçün əsas aşağıdakılardır: - Bakı şəhər İHB-nin 18.04.2013-cü il tarixli, 141 nömrəli sərəncamı əsasında hazırlanmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, şəhərin Baş memarı A.Abdullayevin möhür və imzası ilə təsdiq edilmiş 18.07.2013-cü il tarixli, 12742 nömrəli «İnşaat pasportu»; - Ü.F.Əhmədovun imzası ilə təsdiq edilmiş 29.07.2013-cü il tarixli «Layihələndirmə tapşırığı». İşçi layihə aidiyyəti qurumlarla razılaşdırılmışdır. Belə ki; - Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23.09.2013-cü il tarixli, 18/04-335 nömrəli məktubu ilə, eskiz layihəsi; - FHN X8 Xidmətinin 13.11.2013-cü il tarixli YTNƏŞ-1537 nömrəli rəyi ilə; - Ekologiya və TSN-in 21.10.2013-cü il tarixli, 15/3151 nömrəli məktubu ilə; - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 29.11.2013-cü il tarixli 04-22/7- 3513 nömrəli məktubu ilə. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsi qeyd olunan sənədləri araşdıraraq, «Bakı şəhəri Qaradağ rayonu Heybət stansiyasının şimal-qərbində istehsalat bazası və anbar binası (Korpus B)» üzrə işçi layihəsini bu rəyin 4-cü bölməsinin tələbinin yerinə yetrilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsinin 25.09.2014-cü il tarixli, 18702/17109 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsi təqdim olunmuş sənədləri araşdıraraq, «Bakı şəhəri Qaradağ rayonu Heybət stansiyasının şimal-qərbində istehsalat bazası və anbar binası (Korpus B)» üzrə işçi layihəsini bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisində tikinti planlaşdırma idarəsinin tərtib etdiyi 12742 saylı inşaat pasportundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Heybət stansiyasının şimalqərbində istehsalat bazası və anbar tikintisinin inşaat pasportu 18 iyul 2013-cü il tarixdə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, şəhərin Baş memarı A.Abdullayevin möhür və imzası ilə təsdiq edilmişdir. İnşaat pasportunda zəruri məlumatlar, o cümlədən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin; FHN DYN Xidmətinin; Ekologiya və TSN Dövlət Ekspertiza İdarəsi; "xxxx" ASC-nin; Bakı Telefon Rabitəsi İB-nin; "xxxx" ASC-nin; "xxxx" İB-nin; DTXK X3 razılaşdırmaları və texniki şərtləri; həmçinin Bakı şəhər İH-nin sərəncamından çıxarış; Memarlıq-Planlaşdırma göstərişləri; Situasiya cizgisi; Mühəndis xətlərə dair texniki göstərişlər; mühəndis xətlərin cizgisi; Topogeodeziya hissəsi Ayrıc aktı; Küləyin il üzrə təkrarlanması və cədvəli qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, inşaat pasportundakı siyahıda göstərilən qoşma sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir, o cümlədən, Memarlıq-planlaşdırma göstərişləri, 13/114 saylı ayrıc aktı, ayrılmış torpaq sahəsinin 1:3000 miqyaslı cizgisi və s. Həmin sənədlərdə bütün müraciətlər, həmin müraciətlərin tarixi və məzmunu, alınan icazələr və razılaşdırmalar, texniki şərtlər və göstərişlər, tövsiyələr öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, həmin sənədlərin məzmununun müfəssəl şəkildə ayrıayrılıqda göstərilməsinə zərurət yoxdur. Nəticə etibarı ilə, tikililərin inşa edilməsinə zəruri olan bütün icazələr və razılaşdırmalar alınmışdır. İşin faktiki hallarından göründüyü kimi, torpaq sahəsində inşa edilən tikililərə dair razılaşdırmalar və icazələr alınmış, həmin icazə və razılaşdırmalara əsasən ərazidə tikililər İddiaçı tərəfindən inşa etdirilmişdir. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Aparılmış tikinti işləri qanunvericiliyə əsasən aparılmışdır və tikililər öz statusuna görə «Özbaşına tikili» kateqoriyasına aid deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, tikintilər məhz həmin məqsəd üçün ayrılmış torpaq sahəsində, lazımi icazələr alındıqdan sonra, şəhərsalma və tikinti norma və qaydalarına riayət edilməklə inşa edilmişdir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla, həmin tikintiləri özünə məxsus torpaq sahəsində inşa etdirmişdir. Bu zaman qanunvericiliyin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Dövləti də sivil ölkələr kimi mülkiyyət hüququnun toxunulmazlığına təminat verir, mülkiyyət hüququna kənar müdaxilələrdən immunitet verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 2.0.1-ci, 3.0.11-ci və 3.0.24-cü bəndlərinə əsasən dövlət reyestrində daşınmaq əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dölət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək xidmətin vəzifələrinə aid edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları). Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlaka dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Məhkəmə bir daha vurğulayır ki, yuxarıda qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir, həmin torpaq sahəsində olan 101,9 m2 ümumi sahəsi olan qeyri-yaşayış binası da iddiaçının mülkiyyətindədir, iddiaçının torpaq və tikili üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr alındıqdan sonra, tikinti norma və qaydalarına riayət etməklə, ərazidə tikinti işləri aparmışdır və hazırda həmin tikililər üzərində mülkiyyət hüququnun tanınmasını xahiş edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun tanınmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Həmin tələbin təmin edilməsi əsaslı və qanuni olmaqla yanaşı, digər hüquqi və fiziki şəxslərin maraqlarına toxunmur. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112 A ünvanda yerləşən 4,743 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüquqları tanınmalıdır. Hazırki qətnamə həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün əsasdır. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 11.05.2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 112 A ünvanda yerləşən 4,743 ha torpaq sahəsində inşa edilmiş daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüquqları tanınsın. Hazırki qətnamə həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün əsas hesab edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar