Məhkəmə qərarları › İş №2(002)-2018/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2018/2021

09.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2018/2021 09.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X13 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydi bərpa edilməklə xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikası Qafan rayonunda doğulmağına dair hüquqi faktın müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən “Ərizəçi”, ata qrafasında “X2”, ana qrafasında “X7”, miliyyətləri azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmuşdur. Sonradan Qubadlı rayonunda yaşamışlar. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan Respublikasından qaçqın olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışlar. Doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən o 2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Hazırda onun doğum şəhadətnaməsini müəyyən səbəblər üzündən itirmişdir, doğum akt qeydi Ermənstanda Respublikasında aparıldığından yeni doğum şəhadətnaməsi ala bilmir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət. etməsini bildirmişlər. Hazırda həmin şəhadətnamə ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, onun adına olan doğum haqqında şəhadətnamənin itdiyini, qafan rayonunda qeydiyyata alındığından, indiki halda qeydiyyat şöbəsində bərpası mümkün deyildir, qızı universitetə qəbul olunması ilə bağlı sənədləşmə işində həmin sənədin lazım olduğunu, ona görə də həmin sənədin bərpasına zəruri olduğunu bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclaısnda ifadə veərrək, öz ifadəsində ərizəçinin onun qardaşı olduğunu, onun adına doğum haqqında şəhadətnamənin Ermənistan Respublikasında verildiyini, sonra məlum hadisələr nəticəsində həmin sənədlərin itildiyini, onun özünün, o biri bacısının adına doğum haqqında şəhadətnamənin qaldığını, lakin qardaşının adına olan sənədin itdiyini, hazırda isə onun uşağının universitetə qəbul olunması ilə bağlı sənədləşmə işində həmin sənədin lazım olduğunu, lakin ala ilmədiklərini, qardaşının xx.xx.1966-cı il tarixdə Ermənistan, Qafan rayonunda anadan olduğunu, atalarının adının X2, anasının adının X8 olduğunu, onların da rəsmi nikahda olduğunu, lakin həmin nikah haqqında əsnədin də Qafan rayonunda qeydiyyata alındğından, indiki halda isə itdiyindən tapa bilmədiklərini bildirdi. İş materiallarında olan AA 140830 nömrəli 05.07.2006-cı ildə verilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Qubadlı rayonundan məcburi köçkün olmaqla, doğum yeri Ermənistan Respublikası Qafan rayonu, doğum tarixi 1966-cı il kimi qeyd olunmuş, vəsiqənin verilmə tarixi 05.07.2006-cı il tarix kimi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 27.05.2021-ci il tarixli 05/Q-750/15 saylı məktubundan görünür ki, ərizəçi doğum haqqında akt qeydinin əvvəllər olduğunu təstiq edən sənəd təqdim edilmədiyinə görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan AZ-İ№ 733098 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21.12.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZE № 03604996 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 1935-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. İş materiallarında olan AZ-İ№ 862007 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09.02.2017-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, X1 10.05.1964-cü il tarixdə Qafan rayonunda anadan olmuş, atası X2, anası X5r. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin tələbi doğum akt qeydinin bərpa edilməklə, ona yeni doğum haqqında şəhadətnamə verilməsinin təmin edilməsindən ibarətdir. Belə ki, ərizəçi məcburi köçkün (qaçqın) olduğundan, məlum səbəblərdən onun doğum haqqında şəhadətnaməsi itirlmişdir, bu barədə müvafiq qeydiyyat şöbəsində heç bir arxiv məlumatları aşkar edilməmiş, ərizəçi isə ona bəzi sənədlərin hazırlanması üçün doğum haqqında şəhadətnamənin lazım olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçi xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. Bundan əlavə, şahid ifadəsi və digər sənədlər, mötəbər sübutlar əasında ərizəçinin soyadının İskəndərov olması, ata adının X2, ana adının X8 olması halı da öz təsdiqini tapmışdır. Ona görə də, m\hkəmə qeyd eidlən halalrı əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, Ərizəçi xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin soyadı İskəndərov,adı Hidayət. doğum tarixi xx xxxxxx 1966-cı il, doğulduğu yer Ermənistan Respublikasının Qafan rayonu valideynləri qrafasında ata qrafasında atasının adı “X2”, ana qrafasında anasının adı X7, milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin soyadı İskəndərov, doğum tarixi xx xxxxxx 1966-cı il, doğulduğu yer Ermənistan Respublikasının Qafan rayonu valideynləri qrafasında ata qrafasında atasının adı “X2”, ana qrafasında anasının adı X7, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə, Bakı şəhəri Maraqlı şəxsndə müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar