Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-204/2025 16.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X12 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 6, 7 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı onun anasıdır. İddiaçı Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, 7 saylı mənzili dövlətdən növbəlilik qaydasında almış, sonra isə öz adına özəlləşdirmişdir. Hazırda mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlər isə onun keçmiş gəlini və nəvələridir. Belə ki, iddiaçının oğlu X6, yəni o, 24 aprel 2004-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan xx xxxxx 2006-cı il tarixdə Xoşqədəm, 01 dekabr 2007-ci il tarixdə Həlimə adlı iki uşaqları olmuşdur. İddiaçı həmin cavabdehi mənzilinə qeydiyyata salandan sonra sonuncu nə iddiaçı ilə, nə də onunla yola getməmişdir. Onlar həmişə mənzildə dava-dalaş salmışlar, nəhayət iddiaçı onun və iddiaçının mənzili tərk etmələrini tələb etmişdir. Bundan sonra onlar mənzili tərk edib, mənzili boşaltmışlar. O, şəhərdə kirayə qalmağa başlamışdır, cavabdeh isə uşaqlarını da götürüb 2015ci ilin əvvəllərində valideynlərinin yaşadığı Qobustana köçmüşdür və o vaxtdan hal-hazıradək iddiaçının mənzilində yaşamır, həmin mənzildə heç bir əmlakı da yoxdur. 2015-ci ildə cavabehin müraciəti əsasında Qobustan Rayon Məhkəməsinin 2(026)-101/2015 saylı qətnaməsi ilə uşaqlar cavabdehin himayəsində saxlanılmaqla nikahın pozulması haqqında qətnamə qəbul edilmişdir. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, eyni zamanda kommunal ödənişlərdə çətinlik yaradır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından və onların məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, habelə cavabdehlər dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə sms-bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 135.7, 147, 185.5ci maddələrinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, o, iddiaçının 20 ildir ki, qonşusudur. Cavabdehlər ailə dağıldıqdan sonra, yəni 2015-ci ildən etibarən həmin ünvanda yaşamırlar. İddiaçının gəlini 2 uşağını da götürüb başqa yerə köçüb getmişdir. Evi tərk edərkən özü ilə bütün əşyalarını da aparmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, iddiaçının 2007-ci ildən etibarən qonşusudur. İddiaçının gəlini Səbinə 2015-ci ildə 2 uşağı ilə birlikdə evi tərk etmişdir. Evi tərk edərkən özü ilə bütün əşyalarını da aparmışdır. 2015-ci ildən etibarən cavabdehləri həmin ünvanda görməmişdir, hal-hazırda harada yaşadıqlarını bilmir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2674 nömrəli reyestr kitabının 249117 nömrəli vərəqində xx.xx.2017-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 044437 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 24 aprel 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 753058 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur, Cavabdeh2 atası X6, anası Cavabdeh1dır. İş materiallarında olan AZ-İİ seriyalı, 022493 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur, Mustafazadə Həlimənin atası X6, anası Cavabdeh1dır. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 2(026)-101/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X6 arasında 24 aprel 2004-cü il tarixdə bağlanmış nikahın pozulması, onların 29 aprel 2006-cı il tarixdə anadan olmuş qızları Xoşqədəmin və 01 dekabr 2007-ci il tarixdə anadan olmuş qızları Həlimənin anaları Cavabdeh1 yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 fevral 2015-ci il tarixdən başlayaraq X2 hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 242471 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh1 arasında nikahın ləğv edilməsi 12 oktyabr 2016-cı il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 132 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və X12 2015-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, mənzil 7-də yaşamırlar. İş materiallarında olan X7, X11 və X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və onun ailəsini yaxından tanıyırlar. Cavabdeh1, iki qızı, yəni Cavabdeh2 və X12 ilə qeyd edilən ünvanda qeydiyyatda olmalarına baxmayaraq 2015-ci ildən bu günə kimi orada yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 6, 7 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh2, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X12 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan AZ-T seriyalı, 019012 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur, Mustafayev Əsədin anası Cavabdeh2dır. Beləliklə, mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, 7 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu ilə 2004-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikah 2015-ci ildə pozulmuşdur. Cavabdehlər 2015-ci ildən göstərilən mənzildə yaşamırlar. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, mənzilin mülkiyyətçisi ilə cavabdehlər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma mövcud deyildir, habelə cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmamışdır. Habelə, onlar mülkiyyətçi olan iddiaçının qanunda nəzərdə tutulan ailə üzvü olmamaqla onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir. Ona görə də cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qərarda qeyd olunur ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X12 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, ev 6, 7 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-204/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-204/2025
16.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver