Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2056/2020 16.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olduğu “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasını müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olduğu “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasını müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat İdarəsinin arxivində saxlanılan Zəngilan Rayonuna aid Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyatı kitabında onun doğum tarixi ilə bağlı aparılan qeydin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,xx.xx.1961-ci il tarixdə Zəngilan Rayonu Genlik kəndində anadan olduğunu qeyd etmişdir. Doğum tarixi ilə bağlı Zəngilan VVAQ-nın verdiyi şəhadətnaməni qaçqın düşərkən Ermənistanın, Gorus rayonunda qoyub gəlmişdir.o, doğum haqqında şəhadətnaməsi itmişdir. Ona şəhadətnamə verilməsini, şəxsiyyət vəsiqəsində qeyd olunan doğum tarixinin də həmin şəhadətnamədəki doğum tarixi ilə dəyişdirilməsini, müvafiq düzəlişlər edilməsini xahiş etmişdir. VVAQ kitabında anadan doğuduğu tarix yazılmayıb, doğum günü və ay da yalnış yazılıb. Həmin qeydiyyat itirdiyi şəhadətnamədə olan doğum tarixinə uyğun gəlmir. Belə ki, attestatı, əmək kitabçası, nikah şəhadətnaməsində doğulduğu tarix xx.xx.1961-ci il kimi yazılmışdır. Doğum tarixinin dəyişdirilməsi ona müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. O, Maraqlı şəxsnə şəhadətnamənin dublikatını almaq üçün müraciət etmiş, sonradan məlum olmuşdur ki, Vətəndaş vəziyyəti aktlarının qeydiyyat kitabında doğulduğu il qeyd edilməyib, doğulduğu gün və ay isə yanlış qeyd edilmişdir. Ərizəçi məhkəmədən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notarial və Qeydiyyat İdarəsinin arxivində saxlanılan Zəngilan rayonuna aid Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında onun doğum tarixi ilə bağlı aparılan qeydin düzgün olmasının müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunan halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə edərək bildirmişdir ki, onun əslində doğum tarixi xx.xx.1961-ci il olmalıdır, onun itirdiyi doğum haqqında şəhadətnamədə də həmin tarix yazılıbdır, sonradan doöum şəhadətnaməsi almaq üçün müraciət etdiyi halda, ona məlum olmuşdur ki, arxivdə olan sənəddə onun doğum tarixini 25.05 kimi yazılıbdır, sənədinin düzgün olmasını istədiyini, ona görə də həmin səhvin düzəldilməsini, yalnışlığın aradan qaldırılmasını istədiyini, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 050-43/13 №-li məktubdan görünür ki, Ərizəçi ərizəsində qeyd olunan faktların təsdiq edilməsi üçün əsaslı sənədlər olmadığı üçün, sonuncu barəsində olan sənədlərdə ziddiyətlərin aradan qaldırılması bu şöbənin imkanları xaricindədir. İş materiallarında olan AZE ******** seriya №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1961-ci il kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaş Vəziyyəti Aktlarının Resyestri Xidmətindən alınmış xx.xx.2020-ci il tarixli, 05/2-6014/13 №-li məktubdan görünür ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Məmmədova (nikahdan əvvəlki soyadı Abbasova) Şəkil Məhərrəm qızının doğumunun xx.xx.1961-ci il tarixdə Maraqlı şəxsndə dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli 018-10936-1220 №-li məktubdan görünür ki, Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE 03816633 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə dair fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçin doğum tarixi xx.xx.1961-ci il kimi göstərilmişdir. İş materialalrında olan xx xxxx 1988-ci il tarixli nikah haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, həmin şəhadətnamədə X2 doğum tarixi xx xxxx 1961-ci il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” haqqında Qaydaların 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Qanunvericiliyin təhlilindən aydın olur ki, şəxsin doğum tarixi onun doğum haqqında məlumatlara aid olmaqla, həmin məlumatlar müvafiq səhiyyə orqanını tərəfindən müvafiq qeydiyyat orqanlarına ötürülür ki, məhz həmin məlumatlar əsasında müvafiq qeydiyyat orqanları tərəfindən doğum akt qeydi aparılır və onun əsasında şəxsin adına doğum haqqında şəhadətnamə verilir. Məhkəmə araşıdırması zamanı müəyyən eidlmişdir ki, ərizəçi onun doğum tarixinin doğum akt qeydində düzgün yazılmaıdğını əsas gətirərək, həmin doğum akt qeydinin düzgün olmamamsı halının müəyyən edilməsini tələb etmişdir. Müvafiq qeydiyyat şöbəsi qeydin düzgün olmaması halına dair əsaslı sənədlər olmadığından, həmin düzəlişin edilməsindən imtina etmişdir. Ona görə də ərizəçi həmin qeydin düzgün olmamasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi iddia tələbinin əsası kimi onun doğum tarixinin xx xxxx 1961-ci il tarix olması, lakin doğum akt qeydində doğum tarixinin 25 may kimi qeyd olunması, əvvəlki doğum haqqında şəhadətnaməsində də doğum tarixinin xx xxxx 1961-ci il kimi qeyd olunması, həmin doğum haqqında şəhadətnaməni itirdiyindən, yeni şəhadətnamə alarkən, onun doğum akt qeydində doğum tarixinin 25 may kimi yazıldığını bilməsi, bunu isə yalnış ollması, onun adına olan bütün digər sənədlərdə doğum tarixinin xx xxxx 1961-ci il tarix kimi qeyd olunması kimi hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxsndə Ərizəçi doğumunun xx xxx 1961-ci il tarixdə qeydə alındığı, həmin doğum akt qeydində isə doğum tarixi 25 may kimi qeyd olunmuşdur. Ərizəçi həmin qeydin düzgün olmamaması halına dair sübut qismində yalnız ona aid digər sənədlərdə- şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamədə qeyd olunan məlumatlara istinad etmişdir. Məhkəmə hesab edir ki, ərizəçiyə aid olan müvafiq sənədlərdə doğum tarixinin onun doğum haqqında akt qeydində qedy olunmuş doğum tarixindən fərqli qeyd olunması, özülüyündə həmin doğum akt qeydindən qeyd olunmuş məlumatın yalnış olması, düzgün olmaması kimi qiymətləndirilməsinə əsas verə bilməz. Belə ki, müvafiq qeydiyyat şöbəsində ərizəçinin doğumunun məhz xx xxx 1961-ci il tarixdə qeydə alınması və doğum tarixinin məhz 25 may tarixi olması halı aşkar şəkildə qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən məhz onun doğum akt qeydində yazılmış məlumatların düzgün olmaması, yalnış olması halına dair heç bir digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı ərizəçinin doğum akt qeydinin düzgün olmaması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X6 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2056/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2056/2020
16.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver