Məhkəmə qərarları › İş №2(002)-2060/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2060/2024

09.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2060/2024 09.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdeh «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı uşağı - X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 4dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh məxsus bir ədəd servant və bir ədəd siyirməli şkafın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10/ mənzil 4-dən çıxarılması, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 51 manat dövlət rümunu və mediasiya xidməti üçün ödədiyi 51 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Məhkəməyə bildirmək istəyirəm ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 4 mənim xüsusi mülkiyyətidədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyarı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı çıxarış verilmişdir. Cavabdeh oğlu - X9 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Həmin nikahdan onların bir övladı - xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Sonradan münasibətləri pozulduğuna görə xx.xx.2015-ci il tarixində nikaharı pozulmuşdur. Cavabdeh və onun azyaşlı uşağı - X2 artıq uzun müddətdir ki, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 4-də yaşamırlar. Buna baxmayaraq hələ də onlar onun məzilində pasport qeydiyyatında qalır və Cavabdeh məxsus bir ədəd servant və bir ədəd siyirməli şkaf da onun mənzilindədir. Cavabdehin onun mənzilində qeydiyyatda qalması və ona məxsus iki əşyanı onun evində saxlaması bir mülkiyyətçi kimi onun bəzi hüquqularının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olur. Evindən sərbəst surətdə istifadəsinə maneə yaranır. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh və onun azyaşlı uşağı - X1 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 4-dən istifadə hüquqları itirilmiş hesab edilməli və cavabdehə məxsus əşyalar onun evindən çıxarılmalıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, qeyd etdi ki, cavabdeh mənzildə olan əşyalarını apardığından hazırda iddia tələbinin həcminin azaldılmasına dair zərurət yaranmış və beləliklə, Cavabdeh və onun azyaşlı uşağı - X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 4-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 51 manat dövlət rüsumunu və mediasiya xidməti üçün ödədiyi 51 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh əşyalarını apardığından iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etmişlər və hazırda ancaq cavabdehin müvafiq mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, 2012-ci il tarixdə həmin evə gəlin köçmüş, 2014-cü il tarixdə isə boşanmaları olmuş, birgə nikahdan olan uşaq onun himayəsindədir. Hazırda mübahisəli evdə qeydiyyatda olsalar da, orada yaşamırlar. İddiaçının onları həmin mənzilin qeydiyyatından çıxarılmasında məqsədi onlara o evdən pay düşməsin deyədir. Məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçınin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrinın MA seriyalı, ******* saylı çıxarışından görünür ki olan Bakı şəhəri, ünvan 1ənzili İddiaçı adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmaqla mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 204833 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 09 nömrəsi ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan AZ-İİİ seriyalı 501322 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 anası X3, atası X5r. AZEMİS Elektron Məhkəmə Sistemindən də görünür ki, Cavabdeh qeydiyyatı Bakı şəhəri, ünvan 1ənzil ünvanındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsininin məktubundan görünür ki , Bakı şəhəri, ünvan 1ənzil İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Mülki işin materiallarında olan xx.xx.1993-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, ünvan 1ənzil ( bir otaqlı, ümumi sahəsi 23,35 m2) xx.xx.1993-cü il tarixdə alqı-satqı müqaviləsi ilə almışdır. Mülki işin materiallarında olan mediasiya arayışından görünür ki, iddiaçı müvafiq tələblə ilə meddiasiya təşkilatına müraciət etmiş və qarşı tərəf isə mediasiyada iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla hazırki iş üzrə tərəflər arasında mövcud mübahisəli hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığından, hazırki vəziyyətdə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsinin normaları əsasında həll edilməlidir. İş materiallarında göründüyü kimi mübahisəli mənzil iddiaçının tam mülkiyyətindədir. Hazırda iddiaçı yuxarıda sadalanan qanunvericilik normalarına istinad edərək, Cavabdeh mübahisəli evə olan istifadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclaslarında müəyyən olunmuşdur ki, cavabdeh hazırda azyaşlı uşağı ilə birlikdə başqa ünvanda yaşamaqla mübahisəli evdə yaşamır. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvü olaraq mübahisəli mənzil sahəsindən istifadə hüququnu saxlanmır.Nikahın pozulması zamanı birgə nikahdan olan azyaşlı uşaq anasının-cavabdehin himayəsində saxlanıldığından qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeri sayıldığından hazırda iddiaçının cavabdehlə bərabər azyaşlı uşağın da istifadə hüquqlarının olmamasınıın müəyyən edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Beləliklə, məhkəmə cavabdehin digər iddiaçılara münasibətdə mübahisəli evdən istifadə hüququnun itirilməsi məsələsinə dair qeyd edir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aild olmadığını və həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, eyni zamanda cavabdehin həmin məzildə yaşamadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus evə istifadə hüquqlarının itirilməsi müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh (onun azyaşlı uşağıxx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 10 saylı evin 4 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Hazırda iddiaçı tərəfindən 51 manat dövlət rüsumu və 51 manat mediasiya xərci ödənilmiş və həmin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu və 51 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun azyaşlı uşağı- xx.xx.2013-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, 10 saylı evin 4 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh və onun azyaşlı uşağı- xx.xx.2013-cü il təvəllüdlü X1 pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Ödənilmiş 51(əlli bir) manat məbləğində dövlət rüsumu və 51(əlli bir) manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar