Məhkəmə qərarları › İş №2(002)-2085/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2085/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2085/2023 12.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı hesaba köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçın hesaba köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, səhvən iddia qaldırmaq üçün ödədiyi 100.00 manat pulun "xxxx" ASC-də olan hesablaşma-hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də iddia qaldırmaq üçün səhvən 100.00 manat ödəniş etmişdir. Lakin məhkəmədə heç bir iddia qaldırmamışdır. Hesab edir ki, həmin pul vəsaiti onun Kapital Bank” ASC-də olan bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsini yolverilməzliyə görə qəbul etməkdən imtina edir və iddiaçıya qeyd edilən mübahisə ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə müraciət etmək, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati orqanın üzərinə öhdəlik qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı hesaba köçürülmüş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar