Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2094/2022 21.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X5 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavabdeh2 və onun vəkilinin, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona vurulmuş 12014.34 manat dəyərində maddi ziyanın,tərəfindən ödənilmiş 133 manat dövlət rüsumunun,eləcə də mənəvi zərərin kompensasiyası kimi 2000 manat məbləğində pulun,ümumilikdə 14147.34 manat pulun cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,31 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Cavabdeh1 idarə etdiyi “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayon ərazisində İddiaçı (onun) idarə etdiyi “KİA RİO” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir.Hadisənin baş verməsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş və o Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir.Baş vermiş hadisə nəticəsində avtomobilinə 11388 manat məbləğində ziyan dəymişdir.Qəzanın baş verməsində günahkar olan Cavabdeh1 idarə etmiş olduğu “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qeydiyyat Şəhadətnaməsindən də görünür ki,qeyd edilən avtomobili cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir. “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi X2 da qeyd edilən hadisə zamanı ona dəymiş mülki ziyana görə birbaşa məsuliyyət daşıyır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbii müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında 31 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Cavabdeh1 idarə etdiyi “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonu ərazisində İddiaçı idarə etdiyi “KİA RİO” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir.Hadisənin baş verməsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş və o Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir.Baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə 11388 manat məbləğində ziyan dəymişdir.Qəzanın baş verməsində günahkar olan Cavabdeh1 idarə etmiş olduğu “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Qeydiyyat Şəhadətnaməsindən də görünür ki,qeyd edilən avtomobil cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir.“Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi X2 da qeyd edilən hadisə zamanı ona dəymiş mülki ziyana görə birbaşa məsuliyyət daşıyır.Hadisəni törədən avtomobilin mülkiyyətçisi Cavabdeh2dur,hadisə zamanı avtomobili idarə edən isə Cavabdeh1 olub,hadisə baş verən zaman Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi də orada olub,sürücünün təqsirli olması barədə inzibati xəta haqqında protokol tərtib edilib,cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti nə protokoldan şikayət verib,nə də yol polisi əməkdaşlarına məlumat verib,baş vermiş hadisə inzibati xəta haqqında protokolla təsdiq edilmişdir,cavabdehin nümayəndəsi də bildirir ki,maşının qeydiyyat nişanı,ban nömrəsinin dəyişilməsi barədə heç nə deməyiblər,Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur,burada cavabdehlərin üçü də zərərə görə məsuliyyət daşıyır,Mülki Prosessual Məcəlləyə əsasən işin halları yalnız sübutlarla təsdiq oluna bilər,hadisə yerinə dair şəkilləri var,Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta məbləğinin ödənilməsi ilə bağlı müraciət etsək də pulu ödəmədilər,hər gecikdirilən gün üçün faiz məbləğini sığorta şirkəti ödənilməlidir,qəza hadisəsi nəticəsində avtomobilin arxa hissəsi tamamilə məhv olub,iddiaçıya həm də mənəvi zərər vurulub,bütün bu halların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra Şirkət) qarşı “Maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(002)-2094/2022 saylı mülki iş vardır. Yuxarıda qeyd edilən mülki işlə bağlı yeni sübutlar əldə edildiyi üçün yenidən etiraz ərizəsi tərtib edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra Şirkət) qarşı “Maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hissəsində qəbul etmirik. lk öncə diqqətinizə çatdırırıq ki, xx.xx.2022-ci il tarixində Bakı şəhər, Qaradağ rayonunda “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı və “Kia Rio minik” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. AR DİN Qaradağ RPİ DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışına, müvafiq inzibati tənbeh vermə haqqında qərarına əsasən “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol- nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinə əsasən 40,00 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərəfimizdən araşdırılma aparılmışdır. Nəzərinizə çatdırırıq ki, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir və icbari sığorta müqaviləsi yalnız “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş İnformasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Xüsusilə nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin forması, onun çap olunması və doldurulması” qaydalarının 3.7-ci bəndində bu qaydanın 3.1-ci bəndində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, həmin qaydanın 3.2-ci bəndində avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən ban nömrəsi, əgər yoxdursa şassi nömrəsi, o da yoxdursa mühərrikin nömrəsi, sözügedən qaydanın 3.3-cü bəndində avtonəqliyyat vasitəsinin markası, 3.4-cü bəndində modeli, 3.5-ci bəndində növü, 3.6-cı bəndində isə istehsal olunduğu il qeyd edilir. Ümumiyyətlə sözügedən qayda “İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 2011 -ci il 24 iyun tarixli 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin (bundan sonra - “şəhadətnamə”) forması, onun çap olunması və doldurulması ilə bağlı məsələləri tənzimləyir. İş üzrə materiallara əlavə edilmiş PDS********** nömrəli Sığorta Şəhadətnaməsindən (Müqavilə) məlum olur ki, Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina ******* olan ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari qaydada sığortalanmışdır. Hadisə zamanı çəkilmiş “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin fotoşəkillərindən məlum olur ki, ** NP *** dövlət qeydiyyat nişanlı nömrə “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinə üzərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olmuşdur. Həmçinin sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqanın əməkdaşına təqdim edilmiş həmin nəqliyyat vasitəsinin AB №474373 saylı qeydiyyat şəhadətnaməsindən və PDS********** nömrəli Sığorta Şəhadətnaməsindən göründüyü kimi 2007-ci il buraxılışlı “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmişdir. Bundan başqa tərəfimizdən AR DİN BDYPİ-yə “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində və ya sahibliyində olan nəqliyyat vasitləri ilə bağlı AR DİN BDYPİ-nin Qeydiyyat- İmtahan idarəsinin kompyuter uçot bazasında olan məlumatların Şirkətə göndərilməsi barədə xx.xx.2022-ci il tarixdə, 08/01-504 saylı məktub göndərilmişdir. Qeyd edilən müraciətimizə əsasən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində (sahibliyində) Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Həmçinin elektron qaydada çıxarılmış etibarnamədən göründüyü kimi vətəndaş Cavabdeh2 Mirzəğa oğlu tərəfindən Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etmək səlahiyyəti verilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqana təqdim edilmiş AB №474373 saylı qeydiyyat şəhadətnaməsində Şassi nömrəsi XTC6511 N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmiş ** NP *** dövlət qeydiyyat nişanlı, “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti üçüncü şəxslər qarşısında icbari qaydada sığortalanmışdır. İş üzrə materiallara əlavə edilmiş PME********** saylı İcbari Sığorta Müqaviləsindən göründüyü kimi hadisə zamanı yol-nəqliyyat hadisəsinin iştrakçısı olmuş kab ******* şassi nömrəli, 72411640 motor nömrəli “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmamışdır. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, sözügedən hər iki nəqliyyat vasitəsini Cavabdeh1 idarə etmək səlahiyyəti olduğu üçün məhz həmin sürücü tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb edilməməkdən ötrü nəqliyyat vasitələrinin qeydiyyat nömrələrini dəyişdirərək idarə etmişdir. Bu səbəbdən hesab edirik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi 72411640, BAN nömrəsi KAB ******* olan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti Şirkətdə sığortalanmadığından sığorta ödənişinin ödənilməsinə hüquqi əsaslar mövcud deyil. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “Maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hissəsində rədd edilməsi barədə qətnamə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında hadisə Qaradağ Rayon Yol Polisinin postunda ehtiyatsızlıq nəticəsində baş verdiyini,cavabdeh sürücü Cavabdeh1 təqsirli olması barədə təqsirli olması barədə inzibati xəta haqqında protokol tərtib edildiyini,Pünhan mülki hüquq pozuntusu törətdiyini,polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildiyini,hadisədən bir müddət sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin gəldiyini,orada onlar da avtomobilə baxış keçirildiyini,avtomobilin nömrələrinə baxıldığını,əgər nömrələri fərqli olsaydı sığorta şirkətinin işçiləri bunu polis əməkdaşlarına deməli idilər,çünki onlar sığorta işi üzrə peşəkardırlar,bundan sonra avtomobil bir neçə gün yol polisi postunda saxlanılıb,orada da maşının nömrələrinin dəyişdirilməsi qeyri-mümkündür,sığorta şirkəti sığorta ödənişindən yayınmaq üçün avtomobilin nömrələrinin dəyişdirildiyini bildirirlər,hadisə bu ilin mart ayının 31-də baş verib,sığorta şirkəti isə may ayının 5-də sığorta hadisəsinin olmadığını bildirir,aradan 1 aydan çox müddət ötüb,şirkət niyə 1 ay ərzində hadisəyə münasibət bildirməyib,1 ay sonra münasibət bildirirlər,avtomobilin mülkiyyətçisi Cavabdeh2dur,idarə edən isə Cavabdeh1 olub,hadisə nəticəsində vurulan zərərlə bağlı ekspertiza keçirilib,rəydə zərərin məbləği yüksək götürülüb,iddiaçıya mənəvi zərər vurulması halını qəbul etmirik,çünki iddiaçıya mənəvi zərər vurulmayıb,avtomobilin mülkiyyətçisi o zaman mülki hüquq məsuliyyəti daşıyır ki,hadisə zamanı maşını başqa şəxs idarə etməsin,hadisə zamanı isə maşını Pünhan idarə edib,buna görə də Cavabdeh2 məsuliyyət daşımır. Qeyd edilən halların nəzərə alınaraq, iddia tələbinin onu müdafiə etdiyi şəxsə aid hissədə təmin edilməməsini, digər hissədə isə Sığorta şirkəti və cavabdehə aid hissədə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında avtomobili etibarnamə ilə idarə etdiyini,qəzanı da özünün etdiyini bütün bunlarla razı olduğunu,sadəcə məbləğin sığortaya aid hissədə sığorta şirkətinin ödəməsini istədiyini bildirərək, iddia tələbinin qismən təmin eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İcbari sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, 99NP871 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığorta olunmuşdur, şəhadətnamənin qüvvəyə minmə tarixi xx.xx.2021-ci il, sona çatma vaxtı xx.xx.2022-ci il kimi qeyd edilmişdir. 022940 №li arayışın məzmunundan görünür ki, sürücü Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 99NP871 nömrəli avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş, digər iştirakçı İddiaçı Kia Rio 10NH503 nömrəli avtomaşın olmuşdur, zərər dəymişdir. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə Arayışın məzmunundan görünür ki, **-NP-*** dövlət qeydiyyat nömrə nişanlı Kamaz 65115 markalı avtomobillə “Kia Rio” markalı, **-NH-*** dövlət qedydiyyat nömər nişanlı avtomobilin toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, nəticədə “Kia Rio” markalı, **-NH-*** dövlət qedydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. 4939749 №li izibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh1İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunması qərara alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan görünür ki, 99NP871 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 Mirzəğa oğlu olduğu qeyd edilmişdir. Nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamənin məzmunundan görünür ki, Cavabdeh2 Mirzəğa oğlu tərəfindən 99NP871 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsinə dair Cavabdeh1 adına etibarnamə verilmişdir, xx.xx.2022-ci il tarixədək etibarlıdır. xx.xx.2022-ci il tarixli qüsur aktının məzmunundan aydın olur ki, “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 11388 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsinin məzmunundan görünür ki, 10NH503 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi İddiaçıdır. xx.xx.2022-ci il tarixli05/1023 №li sığorta ödənişinin verilməsindən imtina olunması barədə bidirişin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30-da “KAMAZ 65115” markalı, 99NP871 dövlət qeydiyyat nişanlı yük maşını Cavabdeh1 tərəfindən idarə olunarkən Qaradağ rayonu ərazisində İddiaçı məxsus Kia Rio markalı 10NH503 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir. baxıç zamanı şirkətdə icbari sığorta növündə sığortalanmış “”KAMAZ 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki mühərrik və şassi nömrələrinin Şirkətdə icbari sığorta növündə sığortalanmış avtomobilin sığorta müqaviləsində və nəqliyyat vasitəsində şassi və mühərrik nömrələri ilə üst-üstə düşmədiyi aşkar olunmuşdur. bu isə o deməkdir ki, yol-nəqliyyat hadisəsində iştirakçı “KAMAZ 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobil Şirkətdə icbari qaydada sığorta edilməmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək, sizə sığorta ödənişi edilməsindən imtina olunur. xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ona vurulmuş ziyanın 05 gün ərzində ona ödənilməsinə dair tədbir görülməsini, əks halda məhkəməyə mürcaiət olunması barədə məlumat vermişdir. İş materiallarına 20 ədəd fotoşəkil əlavə edilmişdir. Hermes MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanması barədə aktın məzmunundan görünür ki, Kia Rio markalı 10NH503 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 880 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 9/6033 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10988 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi üçün əsaslar sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi;Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi;Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması hesab edilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. “Həmin Qanunun 21-ci maddəsinə əsasən sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə verməlidir. Əks halda sığortaçı sığorta olunana ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi məbləğində, sonra isə ötürülmüş hər gün üçün 1 faizi məbləğində cərimə ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 99NP871 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Mirzəğa oğluna məxsus olmaqla, həmin avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə edərkən, onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus müvafiq avtomobilə maddi ziyan dəymişdir. Həmçinin, məhkəmə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçı ona məxsus əmlaka 12014 manat maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən hala dair sübut qismində akt təqdim edilmişdir ki, həmin akt iddiaçının özü tərəfindən təqdim edildiyindən, onun mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir. Həmçinin, iddiaçının dəbbə pulu qismində vurulmuş ziyanın tələb edilməsi hissəsində də iddia tələbini əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq ekspertiza keçirilmiş və ekspert rəyi əsasında müvafiq əmlaka dəymiş ziyanın məbləğinin 10988 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləği məhz ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 99NP 871 dövlət qeydiyyat nömrə nişanlı avtomobil icbari qaydada cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuşdur. Eyni zamanda qeyd edilən cavabdeh müvafiq sığorta ödənişinin (5000 manat) məbləğində sığorta ödənişinin icra edilməsindən imtina etmiş, buna əsas kimi həmin avtomobilin şassi və mühərrik nömrələrinin üst-üstə düşmədiyindən, yol nəqliyyat hadisəsində iştirak edən avtomobilin icbari qaydad onlarda sığorta olunmaması halına istinad edilmişdir.Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə iclasında veridyi izahatından aydın olur ki, onlar yol nəqliyyat hadisəsində iştirak edən avtomobilin onlar tərəfindən icbari qaydad sığorta olunmadığını, həmin avtomobilin qeydiyyat nömrə nişanının dəyişildiyini, əslində 872 nömrəli avtomobil olduğunu, ona görə də 5000 manat məbləğində sığorta ödənişini etməkdən imtina olunduğunu bildirmişdirLakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı heç bir mötəbər sübut (dövlət qeydiyyat nömrə nişanının dəyişilməsinə dair inzibati xəta haqqında protokol, qərar və ya digər mötəbər sübut) məhkəməyə təqdim edilməmiş, bununla da məhkəmə araşdırması zamanı cavabdehin etirazın əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, cavabdeh sığorta şirkətinin sığorta müqaviləsi üzrə 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmək vəzifəsi mövcud olduğundan və onun tərəfindən qeyd edilən öhdəlik icra edilmədiyindən, həmin sığorta şirkətinin qeyd eidlən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın məbləğinin 5000 manat məbləğində olan hissəsi cavabdeh sığorta şirkətindən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Cavabdeh1 müvafiq avtomobili qanuni əsas ilə (etibarnamə əsasında) idarə etdiyindən, MM-nin 1108-ci maddəsinin və digər qanunvericiliyin tələbi baxımndan, iddia tələbi Cavabdeh2 Mirzəğa oğluna aid hissədə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə təmin edilməməldir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla,təmin edilməməlidir. Məhkəmə onu qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 2000 manat məbləğində pul vəsaitinin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə qeyd olunan hüquq normalarının tələbini rəhbər tutaraq, iddia tələbinin təmin edilmiş hisəssini əsas götürərək, hesab edir ki,hazırki mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 43,08 manat məbləğində olan hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 79,88 manat məbləğində olan hissəsi Cavabdeh1 tutularaq, iddiaçıya öədnilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçıya məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın 5988 manat məbləğində olan hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli və 5000 manat məbləğində olan hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 43,08 manat məbləğində olan hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və 79,88 manat məbləğində olan hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində olan ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın 5988 manat məbləğində olan hissəsi Cavabdeh1 tutularaq və 5000 manat məbləğində olan hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 43,08 manat məbləğində olan hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq və 79,88 manat məbləğində olan hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2094/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2094/2022
21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver