Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2125/2021 23.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məhkəmə iclasının katibi Fərzəliyeva katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağbaba qızından 1872 manat məbləğində verilmiş sığorta ödənişinin 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “"xxxx"ASC-də 08 fevral 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "X9" markalı 99KT022 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 07 mart 2020-ci il tarixdə X4 tərəfindən idarə olunan "Hyundai Elantra" markalı 99NO206 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir.AR BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1872 manat məbləğində sığorta ödənişi verilmişdi. Qeyd edilənlərə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci, Mülki Məcəllənin 1096, 1097, 1108-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş PGU-200709 saylı 01.07.2020-ci il tarixli və PGU-200709 saylı 31.03.2020-ci il tarixli sığorta aktlarının surətindən görünür ki, «Hyundai Elantra” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1872(700+1172) manatdır. Günay Sığorta” ASC tərəfindən “Hyundai Elantra" markalı 99NO206 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 1872 manat məbləğdə sığorta ödənışləri edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07.07.2020-ci il tarixli 53751 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 1872 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, «X9» markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. Qeyd edilən avtomobil etibarnamə ilə Cavabdeh1 oğluna verilmişdir.Etibarnamənin müddəti 29.01.2020-ci il tarixdən 09.01.2030-cu il tarixinədək verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP seriyalı 3129399, 07.03.2020-ci il tarixli inzibati xəta protokolunun surətindən görünür ki, Cavabdeh1 oğlunun barəsində AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC şirkətinin AA040108 nömrəli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın surətindən görünür ki, «Hyundai Elantra” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1872 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli 9/6561 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə ,iş materiallarında olan "xxxx" MMCtərəfindən tərtib edilmiş 09.03.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı «Hyundai Elantra” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 1785 manat müəyyən edilir. Dəyişməli hissələrin qiyməti-1135 manat, təmir-bərpa işlərin qiyməti-650 manatdır.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 07.03.2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "Hyundai Elantra" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 oğlu qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, o, hadisə yerini tərk etmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə ilə idarə etmişdir. “Hyundai Elantra" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci və 63.1-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehlərdən geri tələb edir. 25 oktyabr 2021-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi müəyyən edilmişdir ki, Hyundai Elantra" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş ziyanın məbləği 1785 manat müəyyən edilmiş və iddia tələbi 1785 manat məbləğin cavabdeh Cavabdeh1 oğlundan tutulması hissəsində təmin edilməli dıgər hissədə rədd edilməlidir Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 təqsiri, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş 07.03.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ilə sübuta yetirildiyindən, Cavabdeh1 avtomobili idarə etmək hüququ avtomobilin mülkiyyətçisi Cavabdeh2 Ağbaba qızı tərəfindən etibarnamə ilə verildiyindən Mülki Məcəllənin 1108-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının yalnız Cavabdeh1 qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 ekspertiza rəyi ilə müəyyən edilən məbləğdə, 1785 manat sığorta ödənişi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh1 1785 manat manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməli, 50 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1785(bir min yeddi yüz səksən beş)manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2125/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2125/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver