Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2213/2024 17.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 5ov prospekti, ev 37, 72 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z. Qasımov küçəsi, giriş 112, M4, mənzil 1) mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 (yeni qaydalarla: Bakı səhəri, ünvan 5ov küçəsi, giriş 112, M4, 1 mənzilini) 18 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən anası X8 tərəfindən alınmışdır. X2 vəfatından 23 aprel 2024-cü il tarixli Miras payın bölüşdürülməsi müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 1 ünvanında (Yeni qaydalarla: ünvan 2iş 112, M4,mənzil 1) ümumi sahəsi 48.05 kv.m olan xüsusi mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh həmin evin köhnə sakini olmaqla hazırda onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, ev alqı-satqı müqaviləsi ilə əldə edilmişdir, cavabdeh isə evin köhnə sakinidir.O, 1990-ci il tarixdən Rusiya Federasiyasına köçmüşdür. Evin əvvəlki sahibi cavabdehin evin qeydiyyatından çıxarmağı öz öhdəsinə götürsə də , hələ də bu öhdəlik yerinə yetirilməmişdir. O, həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ünvan 5ov prospekti, ev 37, 72 saylı (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 5ov küçəsi, giriş 112, M4, mənzil 1) mənzilinə istifadə hüququnun itirlmiş hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzilinə (Yeni qaydalarla: ünvan 2iş 112, M4,mənzil 1) tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli miras payın bölüşdürülməsi müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara dair Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli reyestr nömrəsi 2V- 36 ,37 ,38 olan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən aşağıdakı kimi bölüşdürülür.ünvan 3 ünvanında yerləşən mənzil X6, Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzil və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki , İddiaçı Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzilin ½ hissəsində miras pay qalmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 45 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixdə bağlanmış ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzilin X1. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzil ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Qaradağ Rayon İcra Hakimiyəti Başçısının Sahil qəsəbə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 5ov prospekti, 37 saylı evin 72 saylı mənzil ünvanında qeydiyyatdadır, lakin hazırda həmin ünvanda yaşamır.Harada yaşaması barədə məlumat yoxdur. Hazırki mülki iş üzrə məhkəmə mülki işin materiallarını araşdırıraq qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır, amma həmin evdə yaşamır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin satıcı alqı-satqı müqaviləyə görə qeydiyyatdan çıxmağı öhdələrinə götürsə də qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamaması və ev iddiaıya satılarkn qeydiyyatdan çıxmanı öhdəsinə götürməsi işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin satıcı alqı-satqı müqaviləyə görə qeydiyyatdan çıxmağı öhdələrinə götürsə də qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzildə yaşamadıqları üçün həmin mənzilə istifadə hüququnu itirmişdir və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, ünvan 5ov prospekti, ev 37, 72 saylı (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 5ov küçəsi, giriş 112, M4, mənzil 1) mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 5ov prospekti, ev 37, 72 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z. Qasımov küçəsi, giriş 112, M4, mənzil 1) mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh ünvan 5ov prospekti, ev 37, 72 saylı (Yeni qaydalarla: Bakı şəhəri, ünvan 5ov küçəsi, giriş 112, M4, mənzil 1) mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-2213/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2213/2024
17.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver