Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2235/2021 07.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdehnə qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı rəyin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiyasının 23.02.2021-ci il tarixli 4/46 saylı rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi Cavabdeh Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiyasının 23.02.2021-ci il tarixli 4/46 saylı rəyinin etibarsız hesab edilməsi ilə bağlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiyasının 23.02.2021-ci il tarixli 4/46 saylı rəyi Qaradağ rayon məhkəməsinin 2(002)375/2021 saylı mülki işi ilə əlaqədar verilmiş və həmin rəyə Qaradağ rayon məhkəməsinin 2(002)375/2021 saylı 05.04.2021-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)6223/2021 saylı 30.06.2021-ci il tarixli qətnamələri ilə mülki sübut qismində qiymət verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən rəy ayrılıqda heç bir hüquqi qüvvəyə malik olmadığından və başqa məhkəmə qərarları ilə həmin rəyə qiymət verildiyindən yenidən məhkəmədə baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “rəyin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2235/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2235/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver