Məhkəmə qərarları › İş №2(002)-228/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-228/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-228/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona ödənilməmiş birdəfəlik 190 manat məbləğində müavinətin dörd ay üzrə cəmi 760 (yeddi yüz almış) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, mən xx xxxxxxx 2014-cü il tarixdə əmək müqaviləsinə əsasən ********** saylı VÖEN-lə fəaliyyət göstərən Cavabdeh məxsus “Bəxtiyar” marketdə hər ay 150 manat əmək haqqı almaqla şərti ilə satıcı vəzifəsində işə qəbul edilmişdir. xx xxxxxx 2014-cü il tarixdə işçilərin sayı ixtisar edilməsi səbəbindən bağlanmış əmək müqadilsinə xitam verilmiş, lakin cavabdehlə aralarında bağlanmış müqavilə sistemdən silinməmişdir. Hörmətli Prezident tərəfindən pandemiya ilə əlaqədar olaraq işsiz vətəndaşlara dörd ay olmaqla (dörd dəfə) 190 manat pul ödəməsi barədə müvafiq qərar verilmişdir. Həmin pulun alınması barədə o rəsmi olaraq aidiyyatı üzrə müraciət etsə də ona bildirmişlər ki, onun işlədiyi səbəbdən pulu ala bilməz. Bu zaman ona məlum olmuşdur ki, onun adı elektron sistemdən silinməmişdir. Cavabdehin təqsiri üzündən ona verilməli olan 4 aylıq 190 manat pulundan məhrum edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək, cavabdehlə işəgötürən qismində onunla əmək müqaviləsi bağladığını, bir müddət işlədiyini, daha sonra əmək müqaviləsinə 2014-cü ildə xitam veridliyini, lakin pandemiya dövründə işləməyən şəxslərə 190 manat məbləğində müvainət ödənilməsi zamanı ona məlum olmuşdur ki, onunla əmək müqaviləsinə xitam verilsə də, electron sistemə bu barədə məlumat yerləşdirilməyib, bu səbəbdən də müvafiq dövlət orqanı ona həmin əsasla müvainəti verməkdən imtina ediblər, bütün bu hadisələrdən sonra cavabdeh xx xxx 2020-ci il tarixdə həmin məlumatı sistemə daxil edib, lakin yenə də ona həmin müvainəti ödəməyiblər, ona görə də hesab edir ki, onun həmin birdəfəlik müavinətləri almaması məhz cavabdehin təqsiri ucbatından olmuşdur, bu halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasında öz izahatında şəxsin işçi olubolmamasını yalnız müvafiq sistem əsasında müəyyən etdiklərini, sistemdə iddiaçının işsiz kimi görünmədiyi üçün ona 4 aydan ibarət olmaqla hər 190 manat olmaqla, cəmi 760 manat pandemiya səbəbindən işsizlik haqqı ödəmədiklərini, iddiaçı barəsində müvafiq məlumat sistemə xx xxx 2020-ci il tarixdə daxil edlmişdir, lakin həmin müvainət 17 aprel tarixədək işsiz kimi qeydiyyatdan keçən şəxslərə verilməsi nəzərdə tutulmuşdur, ona görə də 20 may tarixində həmin məlumat daxil edilsə də, iddiaçıya həmin vəsaitin verilməsi mümkün olmamışdır, onlar yalnız xitam tarixinin sistemə işlənmiş məlumatlarını əsas götürür, onlarda əmək müqaviləsinə xitam verilməsi barədə məlumat olmuş olsa belə, həmin məlumat sistemə işlənmədiyindən həmin məlumatın nəzərə ala bilmirlər, ona görə də iddiaçıya həmin vəsaitin ödənilməsi mümkün olmamışdır. Cavabdehin nümayənədisnin xx xxxxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında veriyi izahatından aydın olur ki, iddiaçı 2014-cü ildə əmək müqaviləsinə əsaəsn marketdə satıcı kimi işə qəbul edilib, 2014-cü ilin dekabr ayında əmək müqvailəsinə xitam verilib, müqavilə isə sistemdə 2020-ci ilin may ayında silinib. Cavabdeh və müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Dövlət Məşğulluq Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, bu Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubun məzumundan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2014-cü ildə xitam verilmiş, bu xitam sistemə xx.xx.2020-ci ildə işlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49 .1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. ( Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 1448-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə “xx xxxxx 2020-ci il tarixli 127 saylı Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi qismində iddiaçı ilə işəgötürən qismində cavabdeh arasında xx.xx.2014-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilmiş, əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2014-cü il kimi qeyd olunmaqla, həmin məlumatlar elektron sistemə xx.xx.2020-ci il tarixdə daxil edilmişdir. İddiaçı cavabdehlə bağlanılmış əmək müqvailəsinə xitam verilsə də, həmin məlumatların onun tərəfindən elektron sistemə daxil edilmədiyindən, ona pandemiya ilə əlaqədar ödənilməli olan 190 manat məbləğində işsizlik müavinətini 4 ay müddətində ala bilmədiyindən, cavabdehin qeyd edilən hərəkətləri nəticəsində ona 4 ay ərzində ödənilməyən işsizlik müavinəti həddində maddi ziyan vurulduğunu əsas gətirərək, vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə araşdırması zamanı üçüncü şəxs qismində çıxış edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi izahatı əsasında müəyyən edilmişdir ki, müvafiq Qərar əsasında müəyyən edilmiş işsizlik müvainəti məhz işsiz kimi xx xxxxx 2020-ci il tarixə kimi elektron sistemdə qeydiyyatdan keçmiş şəxslərə ödənilir, həmin tarixdən sonra əmək müqaviləsinə xitam verilmiş şəxslərə ödənilmir, həmçinin, həmin müavinət yalnız elektron sistemdə olan məlumatlar əsasında ödənilir, şəxslə bağlanılmış əmək müqaviləsinə xitam edilmiş olsa da, bu barədə məlumat olsa da, əgər həmin xitam elektron sistemə işlənilməmişdirsə , bu halda həmin şəxs işsiz kimi sayılmır və müvainət ödənilmir.. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin veridiyi izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müvafiq əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilməsi barədə tərəflər, habelə müvafiq dövlət orqanı məlumatlı olmuş, lakin həmin məlumatlar elektron sistemə işlənilmədiyindən onun nəzərə alınması mümkün olmamış, habelə həmin məlumat elektron sistemə xx xxx 2020-ci il tarixdə daxil edildiyindən həmin məlumatın daha sonra növbəti aylar üçün də nəzərə alınması və buna əsasən iddiaçıya müvafiq işsizlik müavinətinin ödənilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə xitam verilməsi halı xx xxx 2020-ci il tarixdə müvafiq elektron sistemə daxil edildiyindən, artıq həmin tarixdən iddiaçı ilə cavabdeh arasından bağlanılmış əmək müqvailəsinə məhz xx.xx.2014-cü il tarixdən xitam verilməsi halı məlum olmuşdur. Lakin həmin məlumatlar iddiaçıya müvafiq müvabiətin ödənilməsi zamanı nəzərə alınmamışdır. Nəticə etibarilə yalnız əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron sistemə xx xxx 2020-ci il tarixdə daxil edildiyindən və yalnız xx xxxxx 2020-ci il tarixə kimi işsiz kimi qeydiyyatda olan şəxslərə müvafiq müvaniətin ödənilməsinin mümkün olduğundan iddiaçıya müvafiq müvaniətin ödənilməsindən imtina edilmişdir. Halbuki, iddiaçının xx.xx.2014-cü il tarixdən işsiz olması halı artıq müəyyən edilmişdir (xx.xx.2020-ci il tarixdən). Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçıya məhz birbaşa cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, sübutları əsas götürərək, hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin, 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar