Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2283/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Birinci tərəflər: İddiaçı3 İlyas qızı, X2 və İddiaçı2 İkinci tərəf: İddiaçı1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli X9 müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verənlər”, Azərbaycan Respublikası Bakı şəhəri 6 saylı Notariat Ofisində 2V-82 reyestrlə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli Qanun üzrə X8 Şəhadətnaməyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv Azər Baxşiyev küçəsində istifadəsində olan 0.01795 ha torpaq sahəsində yerləşən 11 saylı fərdi yaşayış evinin onlara miras qalan hissəsini “Hədiyyə alan”-ın mülkiyyətinə verirlər. “Hədiyyə alan” isə bağışlayan payı xüsusi mülkiyyətinə qəbul edir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ümumi sahəsi 193.80 m2 olan Bakı şəhəri, ünvan 1 küçəsi, 2ci massivin 11 saylı ev xüsusi mülkiyyət formasında İddiaçı1 adına 2/4 hissədə xx.xx.2010cu il tarixdə, İddiaçı3 ½ hissədə, İddiaçı2 ½ hissədə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, X6, Cavabdeh1, X7, X10, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı ev ünvanında qeydiyyatındadırlar.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 3-13-48/2-13881/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh1 xx.xx.2009-cu il tarixdən, Cavabdeh2 xx.xx.2009-cu il tarixdən, Cavabdeh3 xx.xx.2017-ci il tarixdən, Cavabdeh4 xx.xx.2009-cu il tarixdən Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massiv, ev 11 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddia tələbi
5. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və azyaşlı uşaqları X7, X1 və X4 ona məxsus Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı2 və İddiaçı3 ərizəsi əsasında onlar mülki iş üzrə iddiaçı qismində cəlb edilmişdirlər.
7. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və azyaşlı uşaqları X7, X1 və X4 ona məxsus Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı evinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı evi mülkiyyət hüquq əsasında ona məxsusdur. Həmin mənzili ona 18 mart 2024-cü il tarixli X9 ilə tam olaraq onun mülkiyyətində keçmişdir. Hal-hazırda mənzildə o və ailə üzvləri yaşamaqla istifadə edirlər. Evin keçmiş sahibi və ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə qeydiyyatdadırlar. Lakin çıxacaqlarını vəd etsələr də, hazırki vaxta qədər ona məxsus mənzildə mənzilin keçmiş sakinləri qeydiyyatdadırlar. Onlar Asan xidmətə arayış üçün müraciət etdikdə xəbər tutdular ki, hazırda yaşadığı evdə sözügedən cavabdehlər hələdə onun evində qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra problemlər yaradır. Onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır.Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 228, 228.5, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.
10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehlər qohumu deyil, onları tanımır. Atası 2009-cu ildə vəfat edib. Atası humanist insan olduğuna görə onları mənzilə qeydiyyata salıb. Onlar evdə kirayəçi olublar. Nanəgül atasının ikinci həyat yoldaşıdır. Ev 2005-ci ildə alınıb. Digər iddiaçılar mülkiyyətçidir. Ev ilk olaraq anasının adına olub. Cavabdehlər evdə kirayəçi olublar. Anası onları evə qeydiyyata saldığını bildirmişdir.
12. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası
13. 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları haqqında Ümumi Bəyannamə
15. 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
16. 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.
18. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
21. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
22. Mülki Məcəllənin 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
32. İddia əsaslıdır.
33. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçıların paylı mülkiyyətçiləri olduqları mənzildə cavabdehlər yaşayış yeri üzrə qeydiyyatda qalmağa davam edir. İddiaçı bu halın onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığını qeyd edərək cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının olmamasının müəyyən edilməsini xahiş edir.
34. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.
35. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
36. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).
37. Məhkəmə göstərilənləri rəhbər tutmaqla qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.
38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı ev (ümumi sahəsi 193.80 m2) xüsusi mülkiyyət formasında iddiaçılara məxsusdur. İddiaçının bildirdiyinə əsaəsn, cavabdehlər mənzildə əvvəllər kirayəçi olmuş, mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmalarına razılıq verilmişdir.
39. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 həmin mənzildə istifadə hüququ əldə etmələri üçün hüquqi əsaslar yaranmamışdır və cavabdehlər uzun müddətdir mənzildə yaşamamaqlarına baxmayaraq qeydiyyatdan çıxmamışlar və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır.
40. Göründüyü kimi, iddiaçıların qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan onlar məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçılar mübahisə predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etdiyi, lakin cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qaldığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə faktiki yaşamadan qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
43. Göstərilənlərə əsasən, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və və azyaşlı övladları X7, X6 və X5 Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı evə dair istifadə hüququnun olmaması müəyyən edilməlidir. Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və və azyaşlı övladları X7, X6 və X5 Bakı şəhəri, ünvan 1 küçəsi, 2-ci massivin 11 saylı evdə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova