Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2334/2020 30.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı cavabdehlər Heydər Əliyev adına X1, X2 Zavoduna və üçüncü şəxslər “X3” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı istehlakçının hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Heydər Əliyev adına X1, X2 Zavoduna və üçüncü şəxslər “X3” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının Müsafiəsi Dövlət Xidmətinə qarşı istehlakçının hüququnun müdafiəsi tələbinə dair ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsi imzalanmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, iddia ərizəsinin növbəti vərəqləri ərizəyə əlavə edilməmiş, iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Heydər Əliyev adına X1, X2 Zavoduna və üçüncü şəxslər “X3” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının Müsafiəsi Dövlət Xidmətinə qarşı istehlakçının hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2334/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2334/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver