Məhkəmə qərarları › İş №2(002)-2356/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2356/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2356/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiasıüzrə mülki işə Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat məbləğində verilmiş sığorta ödənişi, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-də xx xxxx 2017ci il tarixli sığorta müqaviləsinəəsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə sığortalanmış «Mercedes Benz» markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2017-ci il tarixdə Bakışəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsindəİbrahimov Əli Mahir oğlu tərəfindən idarə olunan «X5» markalı H029019 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Xətai rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərər çəkənin avtomobilinin zədələnməsi iləəlaqədar 5.000 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərər çəkmişşəxsin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsindəüçüncüşəxsəödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. «Mercedes Benz» markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olduğundan, avtomobil etibarnamə ilə Cavabdeh2 verildiyindən, hadisə zamanı avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər üçündən tutulmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinəəsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 vəCavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «Mercedes Benz» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixli sığorta müqaviləsinəəsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıüzrə «xxxx» ASC-də sığortalanmışdır. Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdə müvafiq etibarnamə olmadan həmin avtomobili idarə edərkən Bakışəhərində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədəİbrahimov Əli Mahir oğlu tərəfindən idarə olunan «X5» markalı, H029019 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh1 törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq protokol tərtib edilmiş, Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 3(011)-1072/2017 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan RespublikasıİXM-in 332.1, 332.4 və 327.2-ci maddələri ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilmişdir. İş materiallarından göründüyü kimi, «xxxx» ASC müvafiq sığorta aktına əsasən «İcbari sığorta haqqında» Qanunun tələblərinə uyğun olaraq 5.000 manat sığorta ödənişini köçürmə yolu iləİbrahimov Əli Mahir oğluna ödəmişdir. Beləliklə, iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinəəsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla 4 müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinəəsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinəəsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə`siri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinəəsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmişşəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmişəvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 916.1-ci maddəsinəəsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncüşəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936-cı maddəsinəəsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almışşəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncüşəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinəəsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinəəsasən, hüququ pozulmuşşəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinəəsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinəəsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinəəsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortasıüzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinəəsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmişşəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmişəvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1108.1-ci maddəsinəəsasən, ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmiş, və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərərin əvəzini həmin avtomobili digər qanuni əsasla sahiblik hüququna malik olan Cavabdeh2 ilə birgəödəməyə borcludur. Hazırda yüksək təhlükə mənbəyinin mülkiyyətçisi hər hansı maddi məsuliyyət və mülki cavabdehlik daşımır, çünki o, avtomobilə dair Cavabdeh2 adına etibarnamə vermişdir. Lakin Cavabdeh2 yüksək təhlükə mənbəyini onu idarə etmək hüququ olmayan Cavabdeh1 verməklə, hüquq pozuntusu törətmişdir və bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan avtomobilin təmiri üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmiş, dəymiş zərər məbləğini mübahisələndirməmişlər. Ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5.000 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, digər Cavabdeh3 baş vermiş hadisə iləəlaqədar mülki məsuliyyət və maddi cavabdehlik daşımır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5.000 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» ASCnin xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar