Məhkəmə qərarları › İş №2(002)-244/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-244/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-244/2021 16.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi X3 qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı ASC tərəfindən Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Opel Astra markalı ,**-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 443 ( dörd yüz qırx üç )manat sığorta ödənişini vəməhkəmənin hesabına köçürülmüş 20(iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Chevrolet Aveo” markalı. **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil AE 332538 nömrəli şəhadətnamə əsasında 03.03.2016-ci il tarixdən 02.03.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 10.10.2016-cı il tarixdə saat 13:20 radələrində Bakı şəhəri. Binəqədi rayonu, Biləcəri dairəsi ilə idarə etdiyi “Chevrolet Aveo" markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, nəticədə “Opel Astra” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 443 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh Zeynəb Eliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 566785 nömrəli Protokol tərtib olunmuşdur. “Opel Astra" markalı, **-BX-*** dövlət zeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı F.S. Qasımov Afiq tərəfindən 443 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən avtomobilə dəymiş zərər 443 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir.Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddiadan imtina olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh müvafiq ərizəni onunla əsaslandırmışdır ki, "xxxx"ASC Qaradağ rayon məhkəməsinə müraciət etməklə qeyd etmişdir ki, 10.10.2016-cıil tarixdə saat 13:20 radəiərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində idarə etdiyi "Chevrolet Aveo" markalı, 90-Ov-549 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtonəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır, nəticədə "Opel Astra" markalı, 99-BX- 293 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 443 manat məbləğində maddi ziyan vurmuşdur. Barəsinnə İXM-nin 327.6-cı nəzərdə tutulan KYP 566785 nömrəli prorokol tərtib olunmuşdur. "Opel Astra" marakalı avtomobilin sürücüsünə həmin pulu ödəmişdir. Ona görə də həmin avtomobilə vurulmuş ziyana görə 443 (dörd yüz qırx üç) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun ondan tutulması barədə qərnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə münasibətini bildirməklə qeyd edir ki, doğrudan da iddia tələbində qeyd eilən inzibati xətanı törtmişdir. Qeyd edir ki, həmin gün uşağı xəstələndiyindən məktəbən onu götürüb tez xəstəxanaya çatdırmalı idi. Tələsdiyindən inzibati xəta törətmiş, yəni iddia tələbində qeyd edilən avtomobillə ziyan vurmuşdur. Həmin vaxt zərər vurduğu navtomobilin sürücüsünə təxmini ziyanın 100 (yüz) manata kimi olduğunu və həmin pulu ona yerindəcə verilməyi təklif etmişdir. Sürücü razılşamamış onda ona uşağını tez həkimə çatdırıb yarım saata gələcəyini bildirməklə avtomobilimi sürüb getmişdir. Yarım saatdan sonar gəlib görmüşdür ki, həmin taksi sürücüsü maşınını sürüb gedibdir. Ətrafdakılardan onu soruşduqda ona bildiriblər ki, o polisə şikayətə gedib. O da ordan dərhal polis idarəsinə gəlmiş və ona orada bildirmişlər ki, İnzibati xəta törətmisən və məni 100 (yüz)manat cərimə edəblər. o da həmin cəriməni ödəmişdir. Onadan sonra təxminən üstündən dörd il yarım keçmişdir ki, heç kim və heç bir orqan onunla maraqlanmamış dır. Bu barədə ona heç bir məlumat verilməmişdir. indi ona məlum olur ki, iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə mürcaiət edibdir. İddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbindən imtina olunması barədə qərar qəbul eidlməlidir. Belə ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bu halların nəzərə alınaraq, qanunvericiliklə müəyyən eidlmiş iddia müddəti ötürülməsi səbəbindən iddiadan imtina olunması barədə qərar qəbul eidlməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia ərizəsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, hazırki iş üzrə iddia müddəti tətbiq eidlməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 15.11.2016-nı il tarixli sığorta aktından görünür ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 443 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan 15 noyabr 2016-cı il tarixli ödəniş tapşırığının məzmunundan aydın olur ki, 443 manat məbləğində pul vəsaiti 08.11.16-cı il tarixli akta əsasən zərəin ödənişi qismində “xxxx” ASC tərəfindən F.S.X2 ödənilmişdir. İş materiallarında olan 106 № li 08.11.2016-cı il tarixli hesab məlumatından görünür ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ehtiyat hissələri 85 manat, təmir xərci 358 manat olmaqla, ümumi ödənilməli məbləğ 443 manat məbləğ təşkil edir. İş materialalrında olan 20.10.2016-cı il tarixli arayışın məzmunundan görünür ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində qabaq bufer, sağ qanad hissələrinə zərər vurulmuşdur. İş materiallarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat cərimə olunmuşdur. İş materiallarında olan icbari sığorta şəhadətnaməsinin məzmunundan aydın olur ki, Chevrolet markalı 90OV549 dövlət qeydiyyatı nömrə nişanlı avtomobil icbari sığorta olunmuşdur. İş materiallarında olan qüsur aktının məzmunundan aydın olur ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 443 manat məbləğidə maddi zərər vurulmuşdur. İş materialalrında olan məlumatdan görünür ki, Chevrolet markalı 90OV549 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilin sahibi X1r və Cavabdeh adına nəqliyyat vasitəsinin idarə edilməsinə dair 06.02.2023-cü il tarixədək etibarnamə verilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 9\604 № li rəyinin məzmunundan aydın olur ki, “Opel Astra ” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 443 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 90OV549 dövlət qeydiyyat nişanlı Chevrolet markalı avtomobili Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Opel astra markalı, 99BX293 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “Opel Astra ” markalı **-BX-*** dövlt qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 443 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair ekspert rəyi əsasında da müvafiq avtomobilə dəymiş zərər 443 manat məbləğində müəyyən eidlmişdir. Həmçinin cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, o, hadisə yerindən yayınmışdır. Bu halda, məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən yayınmış olan cavabdehdə qarşı sığoprta ödənişinə dair subroqasiya hüququ yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilmiş və bu əsasla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddəti tətbiq edilməli, bu əsasla iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında sığorta müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki qanunvericiliyin tələbinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti 3 il hesab olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin axımı iddiaçının sığorta ödənişinə dair subroqasiya hüququnun yarandığı andan hesablanmalıdır. İş materiallarından görünür ki, sığorta hadisəsi 10.10.2016-cı il tarixdə baş vermiş, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi və hadisə yerindən yayınma barədə inzibati xəta haqqında protokol 11.10.2016-cı il tarixdə tərtib edilmiş, iddiaçı tərəfindən baş vermiş sığorta hadisəsinə dair sığorta aktı isə 15 noyabr 2016-cı il tarixdə tərtib edilmişdir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına tarixinə dair heç bir sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subroqasiya hüququnun yaranma tarixi məhz hadisə yerindən yaynmaya dair müvafiq inzibati protokol tərtib edildiyi 11.10.2016-cı il tarix əsas götürülməklə müəyyən edilməli, iddia müddətinin axımı məhz həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən mülki qnaunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüşdür. Ona görə də məhkəmə mülki qnaunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilməli, bu əsasla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməli, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar