Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2485/2025 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh10 və Cavabdeh11 Anatolyevanın iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X2, Cavabdeh14 azyaşlı xx.xx.2022-ci il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X4, 01:07.2008-cü il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X9, 1xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəlüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə mülkiyyətimdə olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi 9 saylı evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 bağışlanma müqaviləsinə əsasən onun mülkiyyətindədir və xx.xx.2009-cu il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Hazırda mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh1, X4, X8, X5, Cavabdeh5, X9, X10, Sadıqov Anar, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh13 qonşu olmaqla ona məxsus evə necə qeydiyyata düşməsini o bilmir, onları o evə qeydiyyata saldırmamışdır. X25 oölu qardaşının nəvəsi, Cavabdeh2 bacısının qızı, Cavabdeh3 bacısı, Cavabdeh10 Elçad oğlu qardaşı oğlu, X13 qardaşı oğlu, Cavabdeh11 qardaşının arvadı, Cavabdeh14 qardaşının oğlu olmaqla başqa ünvanda yaşayırlar, ona məxsus elə heç bir əlaqələri yoxdur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdi və bildirdi ki, evi anası bağışlayıb, vəfat edib. . Cavabdeh10 iddia tələbini qəbul etməyərək bildirdi ki,həmin evdə yaşamasa da qeydiyyatdadır.Qeydiyyata düşməyə yerləri yoxdur. Özü yaşadığı evin çıxarışı olmadığından qeydiyyata düşə bilmir. Cavabdeh11 Anatolyeva məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki,həmin evdə yaşamasa da qeydiyyatdadır.Qeydiyyata düşməyə yerləri yoxdur. Özü yaşadığı evin çıxarışı olmadığından qeydiyyata düşə bilmir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o və qızı X12 həmin evdə doğulub anası vəfat edənə kimi orada yaşamışdır. Evi anası qardaşına bağışlamış, qardaşı onları evdən çıxartmayacağına söz verdiyi üçün razılıq vermişdilər. Cavabdeh14, Cavabdeh6, Cavabdeh4, Cavabdeh12, Cavabdeh1 və Cavabdeh7 məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini bildirmişdirlər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 2 (002)-2485/2025 saylı, 22 yanvar 2026-cı il tarixli qərardadı ilə iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12 və Cavabdeh13 münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir Məhkəmə işdə iştirak edən şəxsklərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli bağışlanma müqaviləsinə əsasən, X6 Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Morskaya (E.Rəhimov) küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 101.7+25.8 kv.m. yaşayış sahəsi 63.2 kv.m. olan 9 saylı fərdi yaşayış evini oğlu (İddiaçı) bəxşişi qəbul edənin mülkiyyətinə vermişdir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair olan xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli Daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1in hüquqi subyekti İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il 101 nömrəli məktubuna əsasən, Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh13 Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 9 saylı evdə passport qeydiyyatındadırlar. Qeyd: hər iki ailənin eyni adda ünvanda yəni ünvan 2a olmasına baxmayaraq vətəndaşların özlərinə məxsus ayrı-ayrılıqda fərdi yaşayış evləri vardır və həmin fərdi yaşayış evlərində ayrı-ayrılıqda ailə üzvləri ilə birlikdə yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 12/78 saylı məktubuna əsasən, İddiaçı yaşadığı fərdi yaşayış evinin ünvanı E.Rəhimov küçəsi, ev 9-dur. Onunla təqribən 150-200 metr aralı məsafədə yaşayan qonşusu Cavabdeh5 da ailəsi ilə yaşadığı fərdi yaşayış evinin ünvanı eyni ilə E.Rəhimov küçəsi, ev 9-dur. Yuxarıda göstərilən sakinlərin yaşadıqları evlər təxmini eyni vaxtda tikilmişdir. Lakin tamamilə ayrı-ayrı ərazilərdə tikilmiş evlərin eyni ünvan göstərilməsindən vətəndaşlar xəbərsizdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında xx.xx.2009-cu il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir.Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 iddiaçının qohumlarıdır. Vaxtilə həmin mənzildə yaşasalarda sonradan həmin evdən getmişlər və özlərinə çıxarışı olmayan mənzildə yaşamışlar.Lakin onlar pasport qeydiyyatında qaldığıarından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin bir qismi -Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh13 qonşularıdır. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 mənzilə istifadə hüquqnuna xitam verilməsi ilə bağlı qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Beləliklə, məhkəmə həmin cavabdehlərin iddiaçıya münasibətdə mübahisəli evdən istifadə hüququna xitam verilməsi məsələsinə dair qeyd edir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aild olmadığını və həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, eyni zamanda cavabdehin həmin məzildə yaşamadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 iddiaçıya məxsus evə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Həmçinin məhkəmə digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh13 münasibətdə isə qeyd edir ki, cavabdehlər iddiaçının qanuni əsaslarla sahibliyində olan mənzildə faktiki olaraq yaşamırlar, öz yaşayış hüquqlarını həmin mənzillə təmin etməmişdir və başqa mənzildə yaşamaqdadırlar, ayrı özlərinə məxsus mənzildə yaşasalarda mənzilin qeydiyyat ünvanı iddiaçının ünvanı ilə eyni qeyd olunmuşdur. Buna görədə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh12, Cavabdeh13 hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Digər tərəfdən, cavabdehin iddiaçının qanuni əsaslarla sahibliyində olan mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qəraına əsasən Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkhüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi 9 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi 9 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi 9 saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2485/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2485/2025
22.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver