Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2585/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçınun iştirakı ilə, İddiaçınun cavabdehlər Cavabdeh1,Cavabdeh2 və X5 qarşı «mübahisə predmeti üzrə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı « mübahisə predmeti üzrə istifadə hüquqlarına xitam verilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Şahin Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, Cavabdeh1 aid hissədə istifadə hüququnun olmamasının müəyyən edilməsi kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzili xx.xx.2022-ci il tarixli çıxarışa əsaəsn daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir.Cavabdehlər Cavabdeh1 onun keçmiş gəlini,Cavabdeh2 və Cavabdeh3 isə nəvələridir.Cavabdeh1 onun gəlini olduğuna görə mülkiyyətində olan evə qeydiyyata düşmüşdür.Lakin oğlu ilə ailə münasibətləri pozulmuş,2011-ci ildən nikahları ləğv edilmiş və uşaqları ilə birlikdə ona məxsus evdən daimi olaraq köçüb getmişlər.Artıq 11 ildən artıq müddətdir ki,cavabdehlər ona məxsus evdə yaşamırlar.Onda olan məlumata görə daimi əsaslarla Türkiyə Respublikasına köçüb getmişlər.Cavabdehlər artıq onların ailə üzvü deyildir,cavabdehlərin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişlər.Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır.Onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia əriəzisnin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehin gəlini və nəvələri olduğunu, 2011-ci ilə kimi həmin evdə yaşadıqlarını, həmin ildə boşandıqdan sonra keçmiş gəlini nəvələri ilə xarici ölkəyə getdiklərini, hazırda da həmin ölkədə yaşadıqlarını, nəvələrinin də artıq böyüdüyünü, 2011-ci ildən indiyə kimi də o evdə yaşamadıqlarını, o evə ehtiyacları da olmadığını, vatsap nömrəsi vasitəsilə əlaqə saxladıqlarını, evlə bağlı heç bir tələblərinin olmadığını, qeydiyyatdan çıxmağa razı olduqlarını, bununla bağlı yalnız ərizə yazıb göndərə biləcəklərini,hazırda qeyd edilən iddia tələbinin irəli sürülməsinə səbəb evin satmaq istəməsinin olması olduğunu, onlar isə xarici ölkədə olduğundan razılıqla bağlı heç bir sənəd ala bilmədiklərini, əslində razı olsalar da, notarial ərizə verə bilmədiklərini, ona görə də məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etdiyini, xarici ölkədə olan mobil telefon nömrəsini verə bildiyini, habelə onun göndəridyi mesajları da təqdim edə bildiyini, həmin mesajlardan da görünür ki, onlar hamısı razıdır, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, öz ifadəsində ərizəçinin qonşusu olduğunu,cavabdehləri tanıdığını, həmin evdə yaşadıqlarını, sora isə təxminən 2011-ci ildən köçüb xarici ölkəyə gedtiklərini, bu barədə qonşusundan eşitdiyini, indiyə kimi də onların həmin evə gəlib-getdiyini görmədiyini, başqa məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, öz ifadəsində ərizəçinin qonşusu olduğunu,iddiaç və cavabdehin tanıdığını, gəlini olduğunu, çox yaxşı ailə olduqlarını, niyə ayrıldıqlarını da bilmədiklərini, ancaq 2011-ci ildən ayrıldıqlarını, həmin vaxtdan da gəlini, nəvələri Türkiyə Respublikasına getdiyini bildiyini, indiyə kimi də onları o evdə görmədiyini, 2011-ci ildən evdən ayrıldığını,Türkiyədə yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək, öz ifadəsində ərizəçinin qonşusu olduğunu,neçə illik qonşu olduğunu, həmin gəlinlə də aralarının yaxşı olduğunu, sonra bildik ki, ayrılıblar, həmin vaxtdan da onlar evi tərk etdiyini bildiyini, həmin evdə indiyə kimi də görmədiklərini, qonşusunun gəlini nəvələrinin xarici ölkəyə köçdüyünü dediyini, bu barədə ondan eşitdiyini, başqa məlumatı olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsinin məzmunundan aydın olur ki, İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş X3 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı və oğlu X13 miras əmlakdan ½ hissədə pay almalıdırlar, miras əmlak: xx.xx.2001-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan 02 sentyabr 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, X13 ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzilə dair ½ hissədə pay hüququnu İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 237821 №li Orderin məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzil X1 verilmiş, orderdə ailə üzvi kimi X9, İddiaçı, X13 adları qeyd edilmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzildə X9 və İddiaçı qız 1986-ci ildən, X13 1990-cı ildən, X15-gəlini 1995-ci ildən, Cavabdeh2 1998-ci ildən, X10 1996-cı ildən pasport qeydiyyatındadır. İş materialalrında olan 1092 № li xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilində qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilə dair tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri (cavabdehlər mübahisə predmeti olan mənzilə 2000-ci ilədək olan tarixdə daimi pasport qeydiyyatına düşdüyündən) 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsinində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil 1985-ci il tarixli order əsasında X6 (iddiaçının həyat yoldaşı) verilmiş, xx.xx.2001-ci il tarixdə həmin evə dair onun adına Qeydiyyat Vəsiqəsi verilmiş, xx.xx.2019-cu il tarixdə o vəfat etmiş, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı və X11 ½ hissədə pay hüququ müəyyən eidlmiş, xx.xx.2022-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Cavabdeh1 1995-ci ildə ora gəlin köçmüş və daimi pasport qeydiyyatına düşmüş, Cavabdeh2 Qalıb qızı 1998-ci il tarixdə, X12 1996-cı il tarixdə daimi pasport qeydiyyatına düşmüş, cavabdehlər həmin tarixdən 2011-ci il tarixədək orada yaşamışlar, 2011-ci ildə iddiaçının oğlu ilə Cavabdeh1 arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlar anaları Cavabdeh1 himayəsində saxlanılmışdır. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən cavabdeh həmin mənzildə köçüb yaşadığı vaxtda həmin mənzil order əsasında onun qaynatası X6 məxsus olmuşdur. Qeyd edilən cavabdeh qaynatasının ailə üzvi hesab olunmadığından, habelə onun yaxın qohumu qismində çıxış etmədiyindən, onunla birgə yaşasa da, onunla birgə ümumi təsərrüfat aparmadığından, bundan əlavə istifadə hüququnun yaranmasına dair mülkiyyətçi ilə aralarında razılığın olmasına dair hər hansı yazılı razılaşma olması halı müəyyən edilmədiyindən, qeyd edilən cavabdehin həmin mənzilə dair istifadə hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə istifadə hüququnun olmaması müəyyən edilməli, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə onu qeyd edir ki, qeyd edilən cavabdehlər həmin evdə yaşadığı vaxtda mənzil order əsasında babaları X6 məxsus olduğundan, onlar mülkiyyətçinin yaxın qohumu qismində çıxış etdiyindən, habelə atalarının öz yetkin yaşına çatmayan uşaqlarını həmin evə köçürmək hüququ olduğundan, qeyd edilən cavabdehlər həmin mənzildə köçüb yaşadığından, onların həmin evə dair istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş iddiaçının izahatı, şahid ifadələri, digər mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, qeyd edilən cavabdehlər 2011-ci il tarixdən indiyədək həmin mənzildə yaşamır, həmin mənzili daimi tərk etmişlər, hazırda xarici ölkədə yaşayırlar. Eyni zamanda, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən cavabdehlərin həmin mənzili tərk etməsi hər hansı məcburiyyətdən baş verməmişdir. İndiki halda məhkəmə hesab edir ki, qeyd edilən cavabdehlərin həmin yaşayış sahəsini könüllü olaraq, daimi tərk etdiyindən (2011-ci ildən), həmin müddətdən indiyə kimi uzun bir vaxt keçdiyindən (6 aydan artıq bir müddət keçdiyindən), bu halın isə hər hansı məcburiyyətin təsiri altında olması halı müəyyən edilmədiyindən, habelə başqa yaşayış sahəsinə malik olduğundan, indiki halda onların həmin yaşayış sahəsinə ehtiyacının olması halı müəyyən eidlmədiyindən, qeyd edilən cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüququ itirilmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehlərə aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilinə dair istifadə hüququnun olmaması halı müəyyən edilməli, cavabdehlər Cavabdeh2 və X4 iddiaçıya məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 iddiaçıya məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilinə dair istifadə hüququnun olmaması halı müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və X4 iddiaçıya məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,Ş.Xəlilov küçəsi 15 saylı evin 41 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2585/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2585/2022
12.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver