Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2588/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2006-cı il təvəllüdlü X4 ilə birlikdə iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydiyyatdan keçmişdir. Mənzili ikinci nikahdan olan əri, eləcə də digər iddiaçıların atası almışdır. Cavabdeh isə onun birinci nikahdan olan oğludur, mənzilin ona heç bir aidiyyəti yoxdur. Cavabdeh guya vaxtilə verilmiş orderdə onun adının olduğunu bildirsə də, orderdə Cavabdeh qeyd olunmayıb, yəqin ki, Azər adı səhvən yazılıb, ola bilər ki, mərhum ərinin digər nikahdan olan övladının adı ilə səhv düşüb, hər bir halda mənzil çoxdan özəlləşdirilib, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən də mülkiyyətçilər yalnız iddiaçılardır. Cavabdehin isə mənzillə heç bir əlaqəsi olmamışdır və hazırda da yoxdur. Belə ki, cavabdehi uşaq vaxtlarından onun anası, yəni cavabdehin nənəsi Göyçayda saxlamışdır. Azər 8-ci sinifdə oxuyanda cəmi 2- 3 il onlarla yaşamış, 1989-cu ildə əsgərliyə getmiş, 1992-ci ildə əsgərlikdən qayıtdıqdan sonra yenidən nənəsinin yanına köçmüş və bir daha həmin mənzildə yaşamamışdır. Nənəsi vəfat edəndə onun razılığı ilə Göyçaydakı ev cavabdehin adına keçirilmiş, cavabdeh həmin evi satdıqdan sonra Bakıdan özünə ayrıca ev almış, lakin formal olaraq yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə iddiaçılara məxsus mənzildə qeydiyyatda qalmışdır. Cavabdeh yetkinlik yaşına çatmaya uşağı ilə birlikdə həmin mənzildə formal olaraq qeydiyyatda olsa da, 30 ilə yaxındır ki, həmin mənzildə yaşamır və mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçilar üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalırlar, həmçinin bu hal onların mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 İddiaçı1 izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, o, orta məktəbdə oxuyanda mübahisəli mənzildə yaşamışdır, 1989-cu ildə hərbi xidmətə yollanmış, 1992-ci ildə qayıtmışdır. Sözügedən mənzildən isə 2006-cı ildə çıxmışdır, 2006-cı ilə qədər orada yaşamışdır. Həqiqətən nənəsi ona Göyçayda ev vəsiyyət etmiş, həmin evi satıb Bakıda özünə ev almış, lakin sonradan ailəsində problem olmuşdur, hazırda həmin evdə keçmiş həyat yoldaşı yaşayır. O isə ikinci dəfə ailə qurmuşdur və kirayədə yaşayır. Heç bir kompensasiya ödənilmədən hazırda mənzildən qeydiyyatdan çıxmağa etiraz edir. Orderin surətindən görünür ki, soyadı və ata adı düzgün göstərilməsə də, həmin orderdə onun da adı vardır, ona görə həmin evdə payı olduğunu hesab edir, həmin payına görə müəyyən kompensasiya verilərsə razılaşa bilər, iddiaçılar isə ona heç bir ödəniş etmək istəmir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçılar ilə 1980-ci illərdən qonşudur. Cavabdeh uşaqlıqdan nənəsigildə Göyçayda yaşayıb. Azər 1990-cu ildə hərbi xidmətə getməmişdən əvvəl cəmi iki-üç il iddiaçılar ilə birlikdə yaşamış, hərbi xidmətə yollandıqdan sonra isə bir daha həmin mənzildə yaşamamışdır. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİ-JQ seriyalı, 366546 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 xx.xx.1974-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Abşeron rayon VVADQ şöbəsində 213 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 886638 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı3 anası İddiaçı1, atası X2r. İş materiallarında olan Vİİ-JQ seriyalı, 307597 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı2 anası İddiaçı1, atası X2r. İş materiallarında olan V-JQ seriyalı, 472363 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxxxx 1975-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur. İddiaçı4 anası İddiaçı1, atası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzili İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 hər birinin 1/4 payı olmaqla xüsusi mülkiyyətlərindədir və bu barədə 1701 nömrəli reyestr kitabında 155510 nömrəli vərəqində xx.xx.2012-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzil üzrə hüquq subyektləri İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3dır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh, İddiaçı2, X4, İddiaçı3, İddiaçı1 qeydiyyatdadırlar. İş materiallarında olan X1, X7 və X9 tərəfindən tərtib edilmiş və Qaradağ rayonu 132 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh iyirmi ildən çoxdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzilində yaşamır və həmin ünvana gəlib-getmir. İş materiallarında olan 206776 saylı xx.xx.1983-cü il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1587-ci küçə, 18 saylı evin 64 saylı mənzili X3 verilmişdir, ailə üzvləri İddiaçı1, X10, İddiaçı2, İddiaçı4 olmaqla 4 (dörd) nəfərdən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçıların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada uzun müddətdir (cavabdehin özünün izahatına əsasən azı 2006-cı ildən) yaşamır və yaşayış hüququnu başqa ünvanda təmin etmişdir, cavabdehin formal olaraq mənzildə qeydiyyatda qalması isə iddiaçıların mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçılar ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququ hazırda qalmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2006-cı il təvəllüdlü X4 ilə birlikdə iddiaçılara məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 18 saylı evin 64 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2588/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2588/2022
06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver