Məhkəmə qərarları › İş №2(002)-2597/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2597/2020

25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2597/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 574.03 manat pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Mərkəzi ofisi ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan depozitinin altında cavabdehə 12 ay müddətinə 2300 (iki min üç yüz) manat kredit verilmişdir. Eyni zamanda həmin kredit müqavləsinə əlavə olaraq onunla xx xxxx 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” ASC ləğv prosesesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 574.03 (beş yüz yetmiş dörd manat üç qəpik) manat borcunu ödəmişdir. xx xxxx 2019-cu il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları “Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin borcludan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o cavabdehin banka olan borcunun bir hissəsini cavabdehin kreditoru qarşısında öz öhdəliyini lazımınca yerinə yetirmədiyindən dolayı ödəmək məcburiyyətində qalmışdır. Mülki qanunvericiliklə bunun bağladığı zaminlik müqaviləsinin bir tələbi olmasına rəğmən, iddiaçıya qarşı reqres hüququnun da var olduğunu bildirmişdir. İddiaçı cavabdehin mövcud maddi vəziyyətini də nəzərə alaraq cavabdehin ona qaytarmalı olduğu məbləği hissə-hissə şəklində də qəbul etməyə hazır olduğunu bildirmişdir. İddiaçı halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu izahat verərək, iddia tələbini qəbul etdiyini, iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə məhkəməyə təqdim edərək, xx xxxx 2019-cu ildə “xxxx” ASC ilə kredit müqaviləsi bağladığını, bu müqavilədəki öhdəliyinin icrasına təminat kimi xx xxxx 2019-cu ildə zaminlik müqaviləsi bağlanıldığını, iddiaçının onun əvəzindən 574,03 manat məbləğində banka pul ödədiyini bildiyini, həmin pulu qaytarmağa razı olduğunu, maaşından hissə-hissə pul tutulmasına hazır olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 00\147755\DİK nömrəli xx.xx.2020-cu il tarixli kredit müqaviləsinin surətinin məzmunundan görünür ki, “xxxx” ilə Cavabdeh oğlu arasında 1100 manat dəyərində kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020 tarixli zaminlik müqaviləsinin surətinin məzmunundan görünür ki, X1 müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 453.1-ci maddəsinə əsasən, kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Həmin Məcəllənin 453.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlu ilə “xxxx” ASC aarsında xx xxxxxx 2020-cu il tarixli kredit müqaviləsi bağlanılmış. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 12 müddətinə 1100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində İddiaçı ilə bank arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən İddiaçı Cavabdeh bank qarşısında müvafiq kredit müqavilisəindən irəli gələn öhdəliklərinin tam və vaxtında icrasına görə onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh bank qarşısında olan 574,03 manat məbləğində olan borc öhdəliyi yaranmış və həmin məbləğdə olan borc öhdəliyi İddiaçı tərəfindən tam ödənilmişdir. Bu faktı hər iki tərəf təsdiq etməklə, qeyd olunan hal işin mübahisəsiz halı hesab edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki qnaunvericiliyin tələbinə əsasən zamin qismində çıxış edən iddiaçının cavabdehin bak qarşısında olan borc öhdəliyini tam icra etdiyindən, onun cavabdehə qarşı məhz ödənilmiş borc məbləği həddində pulu ona qaytarılmasına dair reqres qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, cavabdehin iddia tələbinin etirafına dair yazılı əriəzini əsas götürərək, hesab eidr ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 574.03 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 574.03 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar