Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-272/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxx» ASC-nin cavabdeh Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızı qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızına qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 150 (yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin «xxxx» ASC- nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Mercedes Benz" markalı 90PC082 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "Daevoo Gentra" markalı 99GC987 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızı qeyd olunan yol- nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra, o, hadisə yerinin tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirik ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Əkbərov Fuad Rafiq oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC sığortanın predmeti qismində "Mercedes Benz" markalı 90PC082 dövlət qeydiyyat nişanlı avtomobil, habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 150 manat məbləğində göstərilməklə, X3 faydalanan şəxs qismində həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12.10. 2019- cu il tarixli TYP 130772 nömrəli inzibati xəta haqqında protokolun surətindən və 12.10. 2019cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə X1 AR İXM-nin 327.6-cı maddəsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünə yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 09.08 2019-cu il tarixli PGU********** icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki "Mercedes Benz" markalı 90PC082 dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat məbləğində sığorta edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04111 nömrəli xx.xx.2019-cu il ödəniş tapşırığından görünür ki, Daevoo Gentra" markalı 99GC987 dövlət qeydiyyat nişanlı avtomobil üçün ödəniş həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “dəymiş zərərin hesablanmasına dair akt”dan görünür ki, "Daevoo Gentra" markalı 99GC987 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 150 manat ziyan dəymişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2019- cu il tarixində Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızı idarə etdiyi 90PC082 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtonəqliyyat vasitəsilə Daevoo Gentra" markalı 99GC987 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, cavabdeh Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmiş, Daevoo Gentra" markalı 99GC987 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 150 manat müəyyən edilmiş, xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına və xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanması aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 150 manat məbləğ zərərçəkənin hesabına köçürülmüşdür. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci və 63.1-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Cavabdehə məhkəmə iclasları barəsində rəsmi məlumat verilsə də, iclaslara iştirak etməmiş və tərəfindən heç bir etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmış olması qanuni qüvvəyə minmiş 12.10. 2019- cu il tarixli inzibati xəta haqqında qərar ilə sübuta yetirildiyindən, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yarandığından, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, cavabdeh Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızından 150 manat məbləğində maddi ziyan və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində bank xidmət xərci tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Rufullayeva(Paşayeva) Şəhla Haxverdi qızından 150 (yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş 20( iyirmi) manat məbləğində dövlət rüsumu, 0,40(qırx) qəpik məbləğində bank xidmət xərci tutularaq iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-272/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-272/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver