Məhkəmə qərarları › İş №2(002)-2734/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2734/2020

18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2734/2020 18.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında DSMF-nin Qaradağ rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarını və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyana qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında DSMF-nin Qaradağ rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarını və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyana qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin məsələyə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, hazırki məsələyə məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya müvafiq məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etmə hüququ və inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə müvafiq Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi yanında DSMF-nin Qaradağ rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində Veteran adlarını və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyana qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə aidiyyəti üzrə müvafiq inzibati orqana müraciət etmə hüququ və inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə müvafiq Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar