Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2840/2021 25.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məcidli Aysel Əli qızının katibliyi ilə İddiaçı nümayəndəsi X3 İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 mülkiyyətində olan avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 19149,40 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat pulun, vəkilə göstərdiyi yardıma görə .ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 24679,40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında icraata xitam verilməsi barədə ərizəni təqdim edərək, iddiadan imtina etdiklərinə görə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir .Həmin ərizədə İddiaçı cavabdeh X4 tərəfindən 12000 manat məbləğdə pul ödədiyini bildirərək, mübahisəni öz aralarında həll etdiyinə görə iddiadan imtina etmiş və əlavə olaraq qeyd etmişdir ki, gələcəkdə Cavabdeh qarşı mülkiyyətində olan avtomaşına vurulmuş maddi ziyanın əvəzi olaraq 19149,40 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat pulun, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 24679,40 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə heç bir şikayəti və ya tələbi olmayacaq. Buna görə də icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında borcun ödədiyini təsdiq edərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2840/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2840/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver