Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2851/2025 13.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzili xx.xx.2013-cü il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun oğlu olduğuna görə xx.xx.2015-ci il tarixdə mülkiyyətində olan mənzilə qeydiyyata saldırmışdır. Oğlu sonradan ailəsi ilə ayrılaraq daimi yaşamaq üçün onun mülkiyyətində olan mənzildən köçüb getmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh arvadının və uşaqlarının mənzilə olan istifadə hüquqları olmadığı müəyyən edilməklə ona məxsus mənzildən qeydiyyatdan çıxarılmışdır. Hazırda yalnız Vüqar mülkiyyətində olan evdə qeydiyyatda qalmışdır. Hal-hazırda Vüqar fiziki borclu şəxs kimi axtarışdadır, ona məxsus evdən daimi olaraq köçüb getmiş və mülkiyyətində olan mənzillə heç bir əlaqəsi yoxdur. O, iki dəfə beyin insultu keçirmişdir. xx.xx.2024-cü il tarixdə beyin əməliyyatı keçirmişdir və xəstədir. Onun sakit həyat keçirməyə ehtiyacı vardır. Dəfələrlə oğlunun əməllərinə görə, yəni dələduzluq etdiyinə görə ayrı-ayrı şəxslər onu narahat edirlər. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli 2(002)- 2851/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçı X4 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2013-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilini X1. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə tam pay şəklində X4 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq reyestr kitabının 160569 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-21016 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il tarixdən hazıradək Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (Sərhəd Nəzarəti) xx.xx.2025ci il tarixli 3-38-33/2-2954/25 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə ölkənin dövlət sərhədini xx.xx.2022-ci il tarixdə tərk etmişdir. - 150 saylı MKİS-nın xx.xx.2025-ci il tarixli 65 saylı məktubundan görünür ki, Cavabdeh 08 aprel 2022-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilində yaşamır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 1224/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı «istifadə hüquqlarının olmadığı müəyyən edilməklə mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X2 və azyaşlı övladlarının Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilindən istifadə hüquqlarının olmadığı müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamənin həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün əsas olması təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, cavabdeh iddiaçıya məxsus mənzilə 2015-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının ailə üzvü (oğlu) olmaqla 2015-ci ildə atasına məxsus mənzilə qeydiyyata alınmışdır. Cavabdeh 2022-ci ildə ölkə ərazisini tərk edərək, daimi yaşamaq üçün xarici ölkələrdən birinə üz tutmuşdur. Cavabdeh mənzildə yaşamır, mənzildən təyinatı üzrə istifadə etmir və yaşayış sahəsinin saxlanmasını təmin etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadır, daimi əsaslarla başqa ünvana (ölkəyə) köçmüşdür, iddiaçıya məxsus mənzildə yaşamır. Belə olan halda cavabdehin iddiaçıya məxsus mənzilinə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarı ilə onun yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 3 saylı evin 36 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2851/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-2851/2025
13.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver