Məhkəmə qərarları › İş №2(002)-2857/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2857/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2857/2021 07.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş ziyana görə 600 manat, mənəvi zərərə görə 1060 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona (İddiaçı) ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə 221-ci maddəsi üzrə xüsusi qərar qəul edilərək aidiyyəti istintaq orqanına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 149.2-ci, 149.2.2-ci və 149.2.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, habelə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərin yaşayış yeri Qaradağ rayonu, Qobu Park 2 yaşayış kompleksi ünvanı olduğu qeyd edilsə də, cavabdehlərin hazırda həmin ünvanda rəsmi qedyiyyatda olmasına dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əasən iddia tələbi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə verilir. Həmçinin, məhkəmə tərəfindən AZEMİS X1 cavbadehərin rəsmi qeydiyyatda olduğu ünvana dair məlumatın əldə olunması üçün axtarış tədbirləri görülsə də, informaisya portalında cavabdehlər haqqında hər hansı məlumat aşkar olunmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvana dair heç bir sənəd iş materiallarına əlavə edilmədiyindən, iddia tələbinin ərazi aidiyyəti üzrə məhz Qaradağ rayon Məhkəməsinin yurisdiksiyasına aid olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmuna dair tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar