Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2882/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3 və Qanuni nümayəndə3 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3 və Qanuni nümayəndə3 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3 və Qanuni nümayəndə3azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 ilə birlikdə ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,M.Seyidov küçəsi 7 saylı evin 24 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,M.Seyidov küçəsi 7 saylı 24 saylı mənzilini 31 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır.Həmin mənzil xx.xx.2022-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3 və Qanuni nümayəndə3-azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 həmin mənzilin köhnə sakinləri olmuşdur.Evi satarkən mənzildən çıxacaqları barədə öhdəlik götürsələr də indiyə kimi ona məxsus evdən qeydiyyatdan çıxmamışlar.Cavabdehlər əvvəldən evin mülkiyyətçisi olmuş,mənzildə qeydiyyatda olmuş və onları mənzilə qeydiyyata o salmamışdır.Cavabdehlər həmin mənzili ona satarkən mənzildən çıxmağı öhdəsinə götürmüşdür.Məhkəmə qərarı olmadan o onları mənzildən qeydiyyatdan çıxara bilmir.Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır.Onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ənzil xüsusi mülkiyyət formasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 1024048 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 ünvan 1ənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. 5570810 nömrəli arayışın məzmunundan görünür ki, Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3,Qanuni nümayəndə3,xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 ünvan 1ənzil ünvanında qeydiyyatındadırlar. 119 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 1249 nömrəli arayışından görünür ki, Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3,Qanuni nümayəndə3,xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 ünvan 1ənzil ünvanında qeydiyyatda olmasına baxmayaraq,köhnə sakin olmaqla, harada yaşaması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1ənzil ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və o, həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Göründüyü kimi, müqavilə bağlandıqdan sonra xeyli müddət keçsə də mənzilin keçmiş mülkiyyətçisi öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, mənzili alıcıya təhvil verilsə də, cavabdehlər köhnə sakinlər olmaqla, həmin mənzildən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Hazırda isə həmin mənzilin mülkiyyətçisi qismində İddiaçı çıxış edir, habelə bu barədə onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 27-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3, Qanuni nümayəndə3, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 İddiaçı məxsus ünvan 1ənzilə dair istifadə hüquqları itirilməli,, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə1,Qanuni nümayəndə2,Cavabdeh3, Qanuni nümayəndə3,xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh6,xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh9,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh7,xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh11,xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh10,xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh5,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh8 İddiaçı məxsus ünvan 1ənzilinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2882/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2882/2022
03.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver