Məhkəmə qərarları › İş №2(002)-291/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-291/2021

25.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-291/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində ona məxsus 2.3 ha torpaq ahəsində əkin işlərinin aparması nəticəsində 2300 manat məbləğində əldən çıxmış faydanın, cavabdehin böhtanlara görə güclü ruhi həyəcan keçirməsi ilə şəkərli diabet xəstəliyi tutulması nəticəsində sağlamlığına dəymiş 100000 manat məbləğində maddi ziyanın, ona məxsus 2.3 ha torpaq sahəsində 1000 manat məbləğində əkinə hazırlıq üçün xərclədiyi maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın, iş vaxtını itirməyinə görə orta aylıq əmək haqqı olaraq 700 manat maliyyə vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 112130 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, yuxarıda qeyd olunana ünvanda qeydiyyatdadır və ailəsi ilə birlikdə faktiki olaraq yaşayır . Yaşadığı ev ona mərhum atasından qalıb. Ona məxsus fərdi yaşayış evinə ortaq hasarla qonşu olan fərdi yaşayış evi cavabdehin mərhum atasına məxsus olmuşdur. Hal hazırda həmin fərdi yaşayış evində cavabdehin bacıları və anası yaşayırlar. Cavabdeh sonradan həmin evdən köçərək gedmişdir. Hal hazırda qeyd etdiyi ünvanda qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Bir neçə il bundan qabaq həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə həyatı qurdu. Təxminən 2017-ci ilin əvvəllərində cavabdehin bacıları həyat yoldaşı ilə mübahisə etdilər. Mübahsəni genişləndirərək söyüş və təhqirə çevirdilər. Məcbur qalıb polis dəvət etdilər. Polis müdaxilə etdikdən sonra sakitləşdilər. Bununla bağlı cavabdehə müraciət etdi o, məsələni yoluna qoyacağını dedi. Sonradan isə onu telefonda təhqir edərək başına oyun açacığının bildirdi. Bundan sonra cavabdeh 2018-ci ilin əvvəllərində ardı-arası kəsilmədən barəmdə müxtəlif məzmunlu böhtan xarektcrli şikayətlərlə vəzifəli şəxslərə və hüquq mühafizə orqanları 9 dələ yalan müraciətlər ünvanladı. Belə ki, guya o, onların hasarı uçurmuşdur. Onların həyətində qaraj tikmişdir, Aparılmış ölçü yoxlama nəticəsində bu iddiaların. yalan və böhtan olduğu müəyyən edildi. Hətta daha irəli gedərək xx.xx.2018-ci tarixli böhtan xarakterli ərizə ilə mərhum həyat yoldaşının ölümündə '‘əli” olduğunu yazmaqdan belə çəkinmədi. Bunu polis əməkdaşları ona bildirəndə güclü həyəcan keçirdi. Bir müddət stresli aylar yaşadı. Sonunda məcbur qalıb həkimə müraciət etdi. Analiz və müayinə nəticəsində xx.xx.2019- ci il tarixində şəkər xəstəliyinə tutulduğum aşkar olundu. Həmin vaxtdan sağlamlığını itirmişdir, müntəzəm müalicə alır. sağlamlığına 100 000 manat maddi ziyan dəymişdir. Eləcə də cavabdehin 14.10. 2018-ci il tarixində yazdığı saxta şikayətə vaxt itirdi. Nəticədə 2, 3 ha əkinə hazır torpaq sahəsində vaxtında yəni yağışlı mövsümün başlaması səbəbindən əkin işləri apara bilmədi. Bununla bağlı 2300 manat gəliri əldən çıxdı. Əkin hazırlığına isə təxminən 100 manat vəsait xərcləmişdi. Nəticədə 2300 manat məbləğində əldən çıxmış fayda, 100 manat məbləğində maddi ziyana məruz qaldı. Cavabdehin yazdığı hər böhtanı aydınlaşdırmaq üçün müxtəlif orqanlarla orta hesabla 3 gün vaxt itirmişdir. Beləliklə təxminən bir ay müddət itirdi ki, orta hesabla bir aylıq iş vaxtını itirməklə 700 manat gəlirdən mərhum olmuşdur. Həmçinin cavabdehin qeyd etdiyi əməllər nəticəsində ona 10000 manat məbləğində mənəvi ziyan dəyib. Onun mənəvi sarsıntılar keçirmişdir. Cavabdehin böhtanları nəticəsində ona sonrakı prosesslər zamanı stressləri əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ yuxarıda qeyd etdiyi normalarla müəyyən edilmişdir. AR MM və MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etmədi. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qobustan Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh müraciətinə məhkəmə qaydasında baxılmalıdır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qobustan Rayon Polis Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh məktubuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh müraciətinə məhkəmə qaydasında baxılmalıdır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qobustan rayon Polis şöbəsinin arayışından görünür ki, Cavabdeh müraciətlərinə müvafiq maddələrlə cavablar verilmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qobustan Rayon Polis Şöbəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlarından görünür ki, X1 İddiaçı və Şamil Qarayev tərəfindən söyülüb təhqir olunması və hədələnməsi barəsində polis orqanına şikayət etmiş, toplanmış material üzrə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh məktubuna cavab ünvanlanmışdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, iş materialları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, tərəflər qonşu olmaqla aralarında daim mübahisələr olmuş, tərəflərin hər biri müvafiq orqanlara iddia ərizəsi, ərizə və şikayətlərlə müraciət etmiş və pozulmasını güman etdikləri hüquqlarının müdafiəsi ilə bağlı hərəkətlər etmişlər. İddiaçı iddia ərizəsində cavabdehin qanunsuz əməlləri nəticəsində ona məxsus torpaq sahəsində əkin işlərinin aparması nəticəsində 2300 manat məbləğində əldən çıxmış faydanın, cavabdehin böhtanlara görə güclü ruhi həyəcan keçirməsi ilə şəkərli diabet xəstəliyi tutulması nəticəsində sağlamlığına dəymiş 100000 manat məbləğində maddi ziyanın, ona məxsus 2.3 ha torpaq sahəsində 1000 manat məbləğində əkinə hazırlıq üçün xərclədiyi maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın, iş vaxtını itirməyinə görə orta aylıq əmək haqqı olaraq 700 manat maliyyə vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 112130 manat tələb etsə də, qeyd edilən iddia tələblərini əsaslandırmamış, iddia ərizəsində qeyd edilmiş əldən çıxmış faydaya dair, sağlamlığına dəymiş maddi ziyana dair hec bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehin qeyri-hüquqi hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara məruz qalmasına dair heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz əksini tapmamış, iddiaçı tərəfindən sübuta yetirilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X6 Məhkəməsi "X2rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar