Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2924/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, Maraqlı şəxs1 və onun nümayəndəsi (bacısı) X2 Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2571,67 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix -xx xxxxxxx 1956-cı il, Doğulduğu yer - AZƏRBAYCAN, NAXÇİVAN MR; ŞƏRUR, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN QARADAĞ RAYON TƏŞKİLATİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2571,67 manat olmaqla, ümumilikdə 2571,67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********551000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödnişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən fərqini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2021-ci il tarixli e-2-2(113)-5166/2021 saylı qətnaməsi ilə ərizəni təmin etmişdir. Maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci i ltarixli e-2-2(113)-5166/2021 saylı qətnaməsindən apelliyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsi xx.xx.2021-ci i ltarixli e-2-2(113)-5166/2021 saylı qətnaməsinin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2022-ci il tarixli 2-2(103)- 697/2022 saylı qərardadı ilə apeliyasiya şikayətini qismən təmin edərək , Bakı Kommersiya Məhkəməsi xx.xx.2021-ci il tarixli e-2-2(113)-5166/2021 saylı qətnaməsini ləğv etmiş və ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin maraqlı şəxs Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının rəhbəri Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul xahiş etmişdir. Maraqlı şəxs1 və onun nümayəndəsi məhkəmə iclasında verdiyi ifadəsində bildirdilər ki, o, xx.xx.2013-cü il tarixdən Azərbaycan GƏC-nin İdarə Heyətinə qərarına əsasən maliyyə çətinliyinə görə Azərbaycan GƏC-nin digər rayon və şəhər təşkilatları kimi Qaradağ rayon təşkilatının da maliyyələşdirilməsi dayandırıldığını, təşkilat bu günə qədər ictimai əsaslarla fəaliyyət göstərdiyini və təşkilatda sədr olaraq 1 işci (özünün) qeydiyyata alındığını, həmçinin Maraqlı şəxs1 2013-cü ildən sonra heç bir əmək haqqı almadığını bildirərək, borcun düzgün hesablanmadıönı, həmçinin onun həm gözdən əlil, həm parkinson xəstəsi olduğundan ölkədən çıxışının qadağan edilməsini onun səhhəti ilə bağlı vacib hallarda ölkədən kənara çıxmaq hüququnun məhdudlaşdırdığını nəzərə alınmasını, ərizəçinin tələbinin qəbul etmədiyi bildirərək ərizənin rədd edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 Maraqlı şəxs1 Dövlət Sosial Müdafiə Fonduna borcunu əks etdirən sistemdən çıxarışını təqdim edərək,borclunun məcburi dövlət sosial sığorta haqqı borcun olduğunun bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizəyə etiraz təqdim edərək, İddianın mahiyyəti ondan ibarətdir ki, hüquqi şəxs Azərbaycan Gözdən Əlillə Cəmiyyətinin Qaradağ Rayon Təşkilatı tərəfindən dövlət büdcəsinə olan Dövlət Sosial Müdafiə Fonduna olan 2571 manat 67 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin İcra orqanının rəhbəri olan- Maraqlı şəxs1 barəsində (yəni onun barəsində) “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” üçün məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının ərizəsi işin faktiki hallarına uyğun deyildir. Belə ki, o, xx.xx.1995ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının sədri vəzifəsində işləyir. 2002-ci ilin avqust ayında Korlar Cəmiyyətinin adı dəyişdirildi və Gözdən Əlilər Cəmiyyəti İctimai Birliyi adlandırıldı. Cəmiyyətin Prezidenti cənab S.Abdullayev seçildi və o, hazırki günə qədər işləyir. 19 dekabr 2002-ci ildə cəmiyyətin nizamnaməsi təsdiq edildi və həmin nizamnamədə göstərildi ki, rayon təşkilatları hüquqi şəxs deyildir. 2003-cü ildən təşkilatlar Azərbaycan GƏC-nin prezidentinin göstərişi ilə hər cəmiyyətin öz əsasnaməsi təsdiq olundu. xx.xx.2013-cü il tarixdən Azərbaycan GƏC-nin İdarə Heyətinə qərarına əsasən maliyyə çətinliyinə görə .Azərbaycan GƏCnin digər rayon və şəhər təşkilatları kimi Qaradağ rayon təşkilatının da maliyyələşdirilməsi dayandırılmış və təşkilat bu günə qədər ictimai əsaslarla fəaliyyət göstərir və Qaradağ rayon təşkilatında sədr olaraq 1 işci qeydiyyata alınmışdır. Bununla da Azərbaycan GƏC-nin Qaradağ rayon :əşkilatı Azərbaycan GƏC- nin əsasnaməsinə görə fəaliyyət göstərir və hüquqi şəxs deyildir. Onu da qeyd etmək lazımdır ki, 2014-cü ildən 2025-ci ilədək vergi ödəyicisi kimi bağlıdır və eyni zamandan 2004-cü ildən də bank hesabı da bağlanmışdır. Azərbaycan GƏC-nin mühasibatlığının səhlənkarlığı səbəbindən onlara heçnə verilmədiyinə görə onların təşkilatı da vergi ödəməyibdir. 2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayına qədər İctimai' Birliyin mühasibatı tərəfindən onlara əməkhaqqı ödənilməyibdir. 2013-cü ildən hazırki günə kimi ona ümumiyyətlə əməkhaqqı hesablanmayıb və o, yalnız ictimai əsaslarla fəaliyyət göstərir. Məhkəmə maraqlı şəxsin və DSMF-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, təşkilatın xx.xx.2019xx.xx.2021-ci illəri əhatə edən dövrə ödəməli olduğu borc cəmi 2571,67 manat məbləğində olmuşdur. İş materiallarında olan hüquqi şəxs haqqında olan məlumatdan görünür ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatının (VÖEN:**********) rəhbəri Maraqlı şəxs1dur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********5 nömrəli bildirişin məzmunundan görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs1 məcburi dövlət sosial sığorta borcu olması barəsində bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, AzGƏC-in maddi durumu aşağı səviyyədədir. Cəmiyyətin maddi bazası yoxdur. Hal-hazırda mərkəzi idarə də daxil olmaqla bütün rayon təşkilatlarına maliyyələşdirmə dayandırılmışdır. Qaradağ rayon Təşkilatının maliyyələşməsi 2013-cü ildən dayandırılmışdır. 2002-ci ildən Qaradağ rayon Təşkilatına əmək haqqı hesablanmasına görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən sanksiyalar tətbiq edilməklə haqsız olaraq 1932 (bir min doqquz yüz otuz iki) AZN borc hesablanmışdır. Az.GƏC-in rəhbərliyi yuxanda göstərilənləri və Cəmiyyətin maliyyə çətinliyini nəzərə alaraq, DSMF tərəfindən tətbiq edilən sanksiyalar silinməklə AzGƏC-in Qaradağ rayon Təşkilatına mümkün olan dəstək göstərilməsi xahiş olunmuş və maliyyə çətinliyinə baxmayaraq əsas borcun ödənilməsində Cəmiyyətin mərkəzi İdarəsi tərəfindən Qaradağ rayon Təşkilatına borcun hissə-hissə ödənilməsi üçün yardım olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə ünvanlandığı xx.xx.2022-ci l tarixli sığortaedənin silinməli olan borcları haqqında məktubundan da görünür ki, vətəndaş Maraqlı şəxs1 tərəfindən “Gözdən Əlillər Cəmiyyətinin Qaradağ Rayon Təşkilatı”nın( VÖEN: **********) məcburi dövlət sosial sığorta haqları üzrə borclarının silinməli ilə bağlı daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Müraciətdə qeyd olunan səğortaedənin məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası(hesablanmış penya) üzrə silinməli olan borc məbləğləri barədə məlumatlar təqdim edilmiş və əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Həmin məktuba əlavə olunmuş silinməli olan borcları haqqında çıxarışdan görünür ki, VÖEN: ********** olan sığortaedənin məcburi dövlət sosial sığorta haqqı üzrə 1932,59 manat borcu, penya və maliyyə sanksiyası üzrə borcu 539,08 manat kimi qeyd edilmiş və həmçinin 2006-ci ilin 1 yanvar tarixinə yaranmış və 2018-cı ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı üzrə borcu üzrə -79,9 manat, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları üzrə isə 539,08 manat olmaqla cəmi 618,98 manat məbləğində borc silinməlidir. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-cü il tarixli 1 nömrəli protokolundan çıxarışdan görünür ki, Cəmiyyətin maliyyə vəziyyəti normallaşana qədər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin maliyyələşdirdiyi bütün rayon və rayonarası təşkilatlarına müvəqqəti olaraq əmək haqqı verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-cı maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə İ və İİİ bəndlərinə əsasən hər kəsin azadlıq hüququ vardır. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İş materiallarında göründüyü kimi , borclunun məcburi dövlət sosial sığorta haqqı üzrə borcu üzrə -79,9 manat, maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları üzrə isə 539,08 manat olmaqla cəmi 618,98 manat məbləğində borcu silinməli olduğu halda, ərizəçi məhkəməyə müraciət edərkən borcun məbləğini 2571,67 manat olaraq qeyd etmiş, halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ərizəçiyə ünvanlandığı sığortaedənin silinməli borclara dair çıxarışa əsasən hal-hazırda borclunun 1852,69(1932,59-79,9) manat məbləğində borcu hesablanmalı, eyni zamanda da iş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2013-cü il tarixli 1 nömrəli protokolundan və borclunun izahatından da göründüyü kimi 2012-ci il tarixdən şəxsin maliyyələşdirilmədiyi(əmək haqqı almadığı) halda mövcud məcburi dövlət sosial sığorta haqqı üzrə borcun yaranma əsaslarına dair yetərli sübutlar olmadığından, həmçinin maraqlı şəxsin shhətindəki problemlərlə (gözdən əlillik, parkinson xəstəliyi) əlaqədar olaraq, hazırkı halda, onun ölkədən çıxışına məhdudiyyət qoyulmasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə zidd olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, işin faktiki hallarını, yuxarıda qeyd olunduğu kimi borcun yaranma əsasları və məbləği barəsində qeyri dəqiqlik olduğunu həmçinin, hal-hazırda maraqlı şəxsin parkinson xəstəsi olduğundan onun müalicə üçün xaricə getmə ehtimalının zəruri olduğunu və həmçinin qeyd edilən məhdudiyyətin borcun məbləğinə qeyri mütənasib olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Maraqlı şəxs1 qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2924/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2924/2022
17.10.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver