Məhkəmə qərarları › İş №2(002)-2942/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2942/2023

29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2942/2023 29.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Abdulovnanın cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi və X1rşı qiymətləndirmə rəyinin etibarsız hesab edilərək yenidən qiymətləndirilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abdulovnanın cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi və X1rşı Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək, sifarişçi Qaradağ rayon İcra şöbəsinin tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi barədə Ekspertiza keçirilsin, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mülki iş üzrə iddiaçı qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi, qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi; hərracın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin qiymətləndirmə hesabatı, etibarsız hesab edilməsi tələb olunan hərracın yekunları barədə protokol, hərracın keçirilməsinə dair bildiriş iddia ərizəsinə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa dair qanunvericiyin tələblərinə əməl olunmadığından, iddia ərizəsində istinad edilən fakt və hallara dair sübutlar əlavə edilmədiyindən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Abdulovnanın cavabdehlər Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi və X1rşı Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə ərizəsi ilə müraciət edərək, sifarişçi Qaradağ rayon İcra şöbəsinin tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatının ləğv edilməsi, əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilərək, qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi barədə Ekspertiza keçirilsin, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Abdulovnaya geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı Abdulovna, FİN: xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Abdulovnaya geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar