Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2948/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Balkı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi giriş 14, M3, m2) istifadə hüquqlarının itirilmiş hesab ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi giriş 14, M3, m2) mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Həmin mənzil onlara xx.xx.2011-ci il tarixdə vəfat etmiş anaları X1 miras qalmışdır. Həmin mənzilə dair onların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh onların qardaşı olmaqla, həmin mənzildə qeydiyyatdadır. Qardaşları həmin mənzildə qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamışdır və hal-hazırda da yaşamır. Cavabdehin onlara məxsus mənzildə qeydiyyatda qalması onlar üçün bir sıra çətinliklər yaradır. Belə ki, onların mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqları pozulur. Həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalırlar. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, iddianı qəbul edir, mənzildən istifadə hüququnun itirilməsinə razıdır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - ƏMDX DƏDK və Reyestri PHŞ-nın müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi giriş 14, M3, m2) payı 1/3 hissə olmaqla İddiaçı2, payı 2/3 hissə olmaqla İddiaçı1 paylı mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzilində qeydiyyatdadır. - xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 8İ-3347 reyestr saylı ərizədən görünür ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzilinin satılmasına, bağışlanmasına razıdır, etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 3M-159 reyestr saylı miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh anasından miras qalmış mənzilin 1/3 hissə payını qardaşı İddiaçı1 bağışlamış və 1 həftə ərzində miras qalmış mənzildən qeydiyyatdan çıxması müqabilində qardaşı İddiaçı1 notariusun depozit hesabı vasitəsi ilə 10.000 manat pulu alması barədə, İddiaçı1 da öz növbəsində qardaşına notariusun depozit hesabı vasitəsi ilə 10.000 manat pulu ödəməsi barədə öhdəlik götürmüşdür. Yuxarıda qeyd edildiyi kimi, öncəki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi giriş 14, M3, m2) istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 25 saylı evin 10 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsi giriş 14, M3, m2) istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2948/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2948/2024
23.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver