Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3184/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Fərhad oğluna, Cavabdeh4 Fərhad qızına qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X5 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Fərhad oğluna, Cavabdeh4 Fərhad qızına qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair məhkəməyə ərizə verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı X5, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 Fərhad oğlu, Cavabdeh4 Fərhad qızı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh X4 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə mhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi, məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış iddiaçı X6 məhkəmənin birinci çağırışına gəmməmiş, cavabdeh X4 işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı X3 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Fərhad oğluna, Cavabdeh4 Fərhad qızına qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X5 müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyinə görə büdcədən dövlət rüsumunun qaytarılması məsələsi də həll edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı X3 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Fərhad oğluna, Cavabdeh4 Fərhad qızına qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-3184/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3184/2023
16.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver