Məhkəmə qərarları › İş №2(002)-3188/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3188/2025

05.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3188/2025 05.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri. ünvan 1ənzlinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 1 saylı evin 94 sayı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun oğludur. Oğlu Cavabdeh 2019-cu ilin fevral ayından ona məxsus evdən daima olaraq köçüb getmiş, hazırda harada yaşaması ona məlum deyildir. Uzun müddətdir ki, ona məxsus evlə heç bir əlaqəsi yoxdur. Cavabdehrin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında izahatlarında qeyd etdi ki, ev ona məxsusdur. Cavabdeh onun oğludur. O son bir neçı ildir ki, heç bir övlad kimi ondan xəbər almır, maraqlanmır. Onun hazırda hara yaşaması barədə məlumatlı deyildir. Daha iki oğlu var. Cavabdeh heç qardaşları ilə də danışmır. Ailəlidir. Ev əvvəl onun əri Oleqin adına idi. Daha sonra həmin əmlak onlara miras qalmışdır. Oğlanları bağışlama müqaviləsi əsasında öz paylarından onun xeyrinə imtina etmişdilər.Digər oğulları ilə münasibətləri yaxşıdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hazırki halda məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1ənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli, 656 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1ənzil ünvanı üzrə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Mülki işin materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 74 saylı məktubundan görünür ki, Bakı şəhəri, ünvan 1ənzil ünvanı üzrə qeydiyyatda olan Cavabdeh ünvanlanan məhkəmə bidirişini onun həmin mənzildə yaşamaması səbəbindən çatdırmaq mümkün olmadı.Ona ünvanlanmış bildiriş anasına təqdim olundu. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki, Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktuba əlavə edilmiş xx.xx.2008-ci il tarixli Qanun üzrə X4 Şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı, X8, X6 və Cavabdeh Oleq oğlu olmaqla onlıardan hər biri miras əmlakdan bərabər-1/4 hissədə pay almaq hüquqları vardır.Miras əmlak isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 1 saylı evin 4 otaqlı 94 saylı mənzilindən ibarət olmuşdur. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktuba əlavə edilmiş xx.xx.2008-ci il tarixli Sazişdən görünür ki, DƏDRX Bakı ərazi idarəsinin verdiyi 11/17138 nömrəli xx.xx.2008 tarixli Forma 1 arayışa və ÖM-069571 rey.kit.927_səh:139240Q/al: 30/4147 xx.xx.2001 tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Lökbatan qəsəbəsi, B. Niftəliyev k ev 1 m 94 yerləşən mənzili Mülki Məcəlləsinin 1279-ci maddəsinə və Bakı şəhəri 8 saylı DNK da verilmiş 2V-1-83 reyestrli xx.xx.2008-cı il tarixli Qanun üzrə X4 şəhadətnaməyə əsasən onlar- X1 Rüstəm Oleq oğlu və Cavabdeh Oleqovic hərəsinə düşən ¼ hissə paylarını anaları- İddiaçı vermək barədə saziş bağlamışdır. Mülki işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktuba əlavə edilmiş xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, ünvan 1ənzilini X2 tərəfindən X9 35420 manat satılmışdır. Məhkəmə mülki iş üzrə faktiki halları nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh S Cavabdeh İddiaçı oğludur. Həmin mənzil iddiaçının 2008-ci il tarixdən mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə 2002-ci il tarixdən qeydiyyatdadır. Mübahisə predmeti olan mənzil tərəflərə miras qalmışdır. Daha sonra cavabdeh və digər vərəsələr iddiaçının xeyrinə öz paylarından imtina etmişdilər. İddiaçı isə hazırda cavabdehin kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə bildirişləri ona çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının oğlu-ailə üzvi olmaqla mübahisəli evdə qeydiyyatdadır və həmçinin cavabdehin adında başqa daşınmaz əmlak aşkar edilməmişdir. Hazırki halda cavabdehə kompensasiya ödənilmədən onun mənzildən istifadə hüququna xitam verilməsi mülki qanunvericiıliyə ziddir. Həmçinin məhkəmə əlavə edir ki, cavabdeh atasından miras qalmış əmlakda olan payından anasının xeyrinə imtina etməsi-bağışlaması özlüyündə onun həmin evdən istifadə hüququnun xitamına əsas olan bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsnə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, sonra sübutlara qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu səbəbdən hazırki iş üzrə cavabdeh iddiaçının ailə üzvi-oğlu olması, həmçinin mübahisəli evdə qeydiyyatda olmaqla onun adına hər hansı bir daşınmaz əmlakının olaması halını nəzərə alınmaqla Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30-cü maddəsinə əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququ vardır və qanunvericilik onun yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu nəzərdə tutulmuşdur. İddiaçı isə kompensasiya təklif etmək niyyətində olmadığını məhkəmə ilaında bildirmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid ediləməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilindən istifadə hüququna xitam verilməsi» tələbi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar