Məhkəmə qərarları › İş №2(002)-3467/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3467/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3467/2022 16.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-in Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,X4,Cavabdeh6,Cavabdeh7 və Cavabdeh8 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-in Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,X4,Cavabdeh6,Cavabdeh7 və Cavabdeh8 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-in mülkiyyətində olan Bakı şəhəri,Qaradağ rayonu,Qobustan qəsəbəsi,Salyan yolu küçəsi,29a ünvanında yerləşən 44 nömrəli mənzildən Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,X5,X4,Cavabdeh6,Cavabdeh7,Cavabdeh8,X10,X11 və onları azyaşlı ailə üzvləri X7,X2,X1 istifadə hüquqlarına xitam verilməsi,Cavabdehlər Cavabdeh2,Cavabdeh7,X12,Cavabdeh6 və onların azyaşlı ailə üzvləri X7,X3,X1 Bakı şəhəri,Qaradağ rayonu,Qobustan qəsəbəsi,Salyan yolu küçəsi,29a ünvanında yerləşən 44 nömrəli mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddia tələbi ipoteka qoyan şəxsin və onunla birlikdə yaşayan şəxslərin mənzildən çıxarılması ilə bağlı hüquq münasibətlərinə aiddir. İpoteka haqqında qanunvericiliyin tələbinə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qeyd edilən məsələnin məhkəmə qərarı olmadan məhkəmədən kənar həll edilməsi qaydası və prosedura qanunvericilikdə dəqiq şəkildə tənzim olunmaqla, imperativ norma kimi qeyd edilmişdir. Bu halda, məhkəmə qeyd edilən qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilib, baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-in Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4,X4,Cavabdeh6,Cavabdeh7 və Cavabdeh8 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar