Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3467/2023 30.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adının Şəmistan, soyadının Əmirov, ata adının Sədrəddin, doğum tarixinin 20 iyul 1944-cü il, doğum yerinin Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndi, ata qrafasında ata adının X6, ana qrafasında ana adının X8, milliyyətlərinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X5 ilə 06 dekabr 1981-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan üç uşaqları doğulmuşdur. X5 28 fevral 2023-cü il tarixdə vəfat etmişdir. X5 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR Kalinin rayonunda doğulmuşdur və bu barədə Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kənd sovetliyində doğum aktı barədə qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan SSR-dən qaçqın olmaqla, Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışlar. Doğum şəhadətnaməsinə əsasən mərhum həyat yoldaşı şəxsiyyət vəsiqəsi almışdır. Həmin şəxsiyyət vəsiqəsinə əsasən də X4 ölüm haqqında şəhadətnamə verilmişdir. X1 doğum haqqında şəhadətnaməsi müəyyən səbəblər üzündən itmiş, doğum akt qeydi Ermənistan SSR-də aparıldığından yeni doğum şəhadətnaməsi ala bilmirlər. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda həmin şəhadətnamə almaq üçün lazımdır. Mərhum həyat yoldaşının X3 X2, anası X8 olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, X5 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndində doğulmuşdur. X2, anası X8 olan ərizəçinin həyat yoldaşının adına doğum haqqında akt qeydi Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kənd sovetliyi tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin həyat yoldaşının adına digər sənədlər (şəxsiyyəti, nikahı, hərbi xidmətdə olmasını, əmək fəaliyyətini və öldüyünü təsdiq edən sənədlər məhkəməyə təqdim olunmuş, həmin sənədlərin hər biri tədqiq olunmuşdur) verilmişdir. 1988-ci ildə baş vermiş olaylar, yəni azərbaycanlıların doğma dədə-baba yurdlarından (Qərbi Azərbaycandan) deportasiyası zamanı ərizəçi də digər həmin vəziyyətdə olan şəxslərin bir çoxu kimi doğum haqqında şəhadətnaməsini itirmişdir. Azərbaycana pənah gətirən ərizəçiyə SSRİ pasportuna əsasən müxtəlif sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur. X5 28 fevral 2023-cü il tarixdə Bakı şəhərində xroniki böyrək xəstəliyindən (V mərhələ) vəfat etmiş, bu barədə Maraqlı şəxs tərəfindən 07 mart 2023-cü il tarixdə müvafiq akt qeydləri kitabında 131 saylı akt qeydi aparılaraq, mərhumun adına ölüm haqqında AZ-İİ seriyalı 326957 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Maraqlı şəxs 06 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi həyat yoldaşı X3 doğum akt qeydinin bərpa edilməsinin həmin şöbədə mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X2, anası X8 olan X3 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi həyat yoldaşının doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2, anası X8 olan X3 xx.xx.1944-cü il tarixdə Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və X3 doğum akt qeydi bərpa olunsun. X3 adına doğum şəhadətnaməsi verilsin. Doğum haqqında şəhadətnamədə adı Şəmistan, soyadı Əmirov, ata adı Sədrəddin, doğum tarixi 20 iyul 1944-cü il, doğum yeri Ermənistan SSR Kalinin rayonu Soyuqbulaq kəndi, ata qrafasında ata adı X6, ana qrafasında ana adı X8, milliyyətləri azərbaycanlı kimi qeyd olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3467/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3467/2023
30.11.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver