Məhkəmə qərarları › İş №2(002)-348/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-348/2023

31.01.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-348/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin 242942 saylı orderinin və Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunun X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xətai (keçmiş Şaumyan) rayon XDS İKnin xx.xx.1988-ci il tarixli 29 saylı protokoluna əsasən və 21 iyul 1988-ci il tarixli 242942 saylı orderinə əsasən mərhum atam X4 4 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 1 ünvanında 3 otaqlı mənzil verilmişdir. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. X1 23 may 2022-ci il tarixdə vəfat etmişdir. Hazırda həmin mənzili özəlləşdirmək istəyirlər. Lakin XDS-nin İK-si tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 29 saylı protokolda (qərarda) mərhum atasının adı “Ədahib” əvəzinə, “Əlahib” kimi qeyd edildiyindən mənzilin özəlləşdirilməsi mümkün olmamışdır. Bu barədə Xətai rayon İcra Hakimiyyətinə müraciət etsə də mülki prosessual müddət ötürüldüyündən həmin düzəlişin mümkün olmamasını bildirmişlər və bu barədə imtina məktubu verilmişdir. Hazırkı hüquqi faktın müəyyən edilməsi ona evin özəlləşdirilməsi üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 269459 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş XVİ-ЖГ seriyalı 445093 saylı doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi X1, anası X3r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X2 xx.xx.2022ci il tarixli ərizəsinə Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.1988-ci il tarixli, 29 saylı protokoldan görünür ki, X8 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunda mərhum atasının adının Ədahib əvəzinə Əlahib kimi qeyd olunması nəzərə olaraq düzəliş edilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq, qanunvericiliyin tələbinə əsasən mülki prosessual müddətin ötürüldüyündən faktın müəyyən edilməsi ilə bağlı daimi qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 21 iyul 1988-ci il tarixli XDS İK-nin 242942 saylı orderindən görünür ki, ünvan 1 ünvanında 3 otaqlı mənzil 4 nəfər ailə üzvü(özü, yoldaşı və iki qızı) tərkibdə olmaqla İsmayılov Ə. M. oğluna verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin 242942 saylı orderində və Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunda ərizəçinin ata adı yanlış olaraq “Əlahib” kimi göstərilmişdir. Ərizəçi qeyd olunan yanlışılığın aradan qaldırılması üçün Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün lazımdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi belə faktın müəyyən edilməsi imkanı prosessual qanunvericilikdə təsbit olunmuşdur, lakin bu faktın müəyyən edilməsi üçün müəyyən şərtlərin olması zəruridir. Hansı ki hazırki mübahisədə həmin şərtlərin hamısı mövcuddur. Əvvəla Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin 242942 saylı orderində və Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunda qeyd edilən şəxsin adı(Əlahib), ərizəçinin şəxsiyyət vəsiqəsindəki və doğum haqqındakı şəhadətnamədə qeyd edilən ata adı ilə düz gəlmir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Üçüncüsü sənədləri verən təşkilatın hüququ varisi tərəfindən sənəddəki səhv aradan qaldırılmamışdır. Bu səbəbdən həmin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması mümkündür və həmin faktın müəyyən edilməsi məhz sübutetmə ilə bağlı olan məsələdir. Ərizəçi isə şəxsiyyət vəsiqəsindəki onun qeydiyyat ünvanı ilə hüquqmüəyyənedici sənədlərdəki evin üst-üstə düşdüyünə istinad etməklə və faktiki olaraq hüquqmüəyyənedici sənədlərdəki evdə yaşadığını təsdiq etməklə sənəddə aparılmış qeydin səhv olduğunu sübut edə bilir. Çünki sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda, problemli hüquqi sənədlərdə ailə üzvləri sırasında qeyd edilən X6 ərizəçinin doğum haqqında şəhadətnaməsindən də göründüyü kimi anasıdır. Bununla da təsdiq olunur ki, hüquqmüəyyənedici sənədlərdə qeyd edilən Əlahib adlı şəxs ərizəçinin X1dur. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin 242942 saylı orderinin və Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunun X4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin 242942 saylı orderinin və Xətai (keçmiş Şaumyan) rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 29 saylı protokolunun X4 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar