Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3540/2025 28.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzili xx.xx.2025-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, ona məxsus mənzildə yaşamır və ona məxsus mənzillə heç bir əlaqəsi yoxdur. Həmin şəxsin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur. Həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Cavabdehin ona məxsus mənzildə yaşamaması onun mübahisəli mənzilə istifadə hüququnun olmaması əsas olmaqla, həm də mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. İddiaçı öncəki məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən mülki işə növbəti məhkəmə iclaslarında onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə telefonla əlaqə saxlanıldı və cavabdeh bildirdi ki, iddianı qəbul edir. Hazırda Rusiya Federasiyasında yaşayır. Ölkəyə qayıda bilmir. Mübahisə predmeti olan mənzildə qeydiyyatdadır. Qeydiyyatdan çıxmasına heç bir etirazı yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatdadır. - Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-48/2-A- 14333/2025 saylı məktubundan görünür ki, İddiaçı Cavabdeh qeydiyyatdan çıxarılmasına dair ərizəsinə cavab olaraq qanunvericiliyin tələbləri izah edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı oğludur. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzilində qeydiyyatda olsa da, həmin mənzildə deyil, Rusiya Federasiyasında yaşayır. Onunla telefon vasitəsi ilə əlaqə saxlanılan zaman iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Axundov küçəsi 14 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3540/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3540/2025
28.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver