Məhkəmə qərarları › İş №2(002)-3634/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3634/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3634/2023 25.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi Aslanova Gülnar Faiq qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək X2 ölümünə görə 5000 manat məbləğində və X1 ölümünə görə 5000 manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə 120,40 manat dövlət rüsumu, cəmi 10120,40 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2472/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdeh məhkəmə qərarı (hökmü) əsasında psixiatriya stasionarında, narkoloji-tibb müəssisələrinə məcburi yerləşdirilmiş, eləcə də azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid olduqda, onların müvəqqəti yaşadıqları yer həmin müəssisələr hesab edildiyindən, onlara qarşı tələblər həmin müəssisələrin yelrəşdiyi yer üzrə məhkəmələrə verilir. Bu səbəbdən, cavabdehə qarşı qaldırılmış iddia onun cəza çəkdiyi müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı müəyyən etdiyi ümumi qaydaya görə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına əməl edərək düzgün olaraq Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilən aidiyyət qaydası sırf həmin kateqoriyadan olan mülki işlər üçün nəzərdə tutulmuşdur. Belə olan halda, ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı olduğundan ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar